"Səba"nın törəmə şirkəti .....                     Azərbaycanda nəqliyyat şirkətinin səhmdarları .....                     Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem .....                     Əvvəllər məişət zorakılığı heç bu qədər çox deyildi .....                     Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, .....                     İnsan alverinə qarşı mübarizə: .....                     Azərbaycan-Ermənistan sərhədi: .....                     Bankların yüksək faizi: Nə qədər davam edəcək? .....                     "Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" .....                     İranın helikopter travması: .....                     Bankların valyutaya tələbi 33 milyon dollar artıb .....                     Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib .....                     Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun... .....                     Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub .....                     Dini cərayana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... .....                     İran prezidenti Rəisinin helikopter qəzası və hadisənin fəsadları... .....                     Yekun sülh sazişi nə vaxt imzalana bilər? .....                     Fazil Mustafa bəraət alan qonşusu haqqında danışdı .....                     "Biləsuvar Broyler"in səhmlərinin 30 %-i özəlləşdirilib .....                     “Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir” .....                     Kilsənin vergiyə cəlb edilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb .....                     “İrəvan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməlidir” .....                     Nazir onu özünə köməkçi təyin etdi .....                     Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? .....                     Azərbaycanla Belarus arasında YENİ İSTİLƏŞMƏ .....                     `Azərişıq` vətəndaşlara XƏBƏRDARLIQ ETDİ .....                     Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub .....                     Ermənistan-Azərbaycan sərhədində durum: .....                     Ermənistan imtina edərsə... .....                     Paşinyan ABŞ kəşfiyyatçısı ilə görüşdü .....                     Azərbaycanda könüllü cinsi əlaqədə olma yaşı 16-dan -18-ə QALDIRILA BİLƏR .....                     COP29-un Azərbaycanda keçirilməsi... .....                     BOKT “Qafqaz-Kredit”in xalis mənfəəti azalıb .....                     “Aqrar Sığorta”nın biznesində “donvurma” .....                     Növbədənkənar sessiya buna görə çağırılır .....                     Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər .....                     Azərbaycanda qızıl sürətlə bahalanır .....                     Meymunluq etməyəcəklərinə TƏMİNAT YOXDUR! .....                     İqbal Ağazadə və Rauf Arifoğlu yenə eyni dairədən namizəd olacaq? .....                     “Sevimli Dad”ın sahibi olan şirkət bölünür .....                 

Delimitasiya bəhanəsi: Paşinyanı devirmək istəyi və mümkün ssenari - NƏ BAŞ VERİR
Tarix: 1-05-2024, 06:43 | Çap et
Delimitasiya bəhanəsi: Paşinyanı devirmək istəyi və mümkün ssenari
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə qarşı etiraz aksiyaları keçirilir. İşğalda olan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və demarkasiya işlərinin başlamasından sonra sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri etiraza qalxıblar. Kənd sakinləri mütəmadi olaraq magistral yolları bağlayır, hökumətdən demarkasiya işlərinind ayandırılmasını tələb edirlər.

Sakinlərin etiraz aksiyalarına erməni müxalifəti dəstək verir, qızışdırıcı mövqe sərgiləyirlər. Məlumatlara görə, etiraz edənlərin əksəriyyəti Kirant kəndinin sakinləri yox, kənardan gələn qızışdırıcı şəxslərdir. Onlar Azərbaycana kəndlərin qaytarılması prosesinin, delimitasiya-və demarkasiyanın referendum yolu ilə həyata keçirilməli olduğunu iddia edir və Ermənistan hakimiyyətindən referendum keçirilməsini tələb edirlər.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Kirants sakinləri ilə görüşüb, müzakirələr aparıb. Məlumatlara görə, etirazçılar Baş nazirin vədləri ilə razılaşmayıblar.

Ermənistanda baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Elşən Mustafayev deyib ki, delimitasiya və demarkasiya ilə bağlı referendum keçirilməsi ümumiyyətlə, absurd ideyadır:

- Delimitasiya sərhədlərin müəyyənləşdirilməsi anlayışıdır. Burada söhbət hansısa ölkəyə ərazi verilməsindən getmir. Sərhədlərin müəyyənləşməsi qəbul olunmuş xəritələr əsasında aparılır. Delimitasiya və demarkasiya iki dövlətin hər hansı birinin digərinə gələcəkdə ərazi iddia etməməsi üçün atılan addımdır. Ermənistan hakimiyyətinin bu məsələni referenduma çıxarmaması doğru qərardır.

- Hər halda erməni müxalifəti bunu bilir, amma referendum tələb edirsə, bunun kökündə başqa səbəblər var...

- Əlbəttə, səbəb başqadır. Əslində bu etirazlar delimitasiya və demarkasiyaya qarşı yox, Paşinyan hakimiyyətinə qarşıdır. Ermənistan müxalifəti istənilən yola əl atır ki, Paşinyanı devirsin, hakimiyyətə gəlsin. Söhbət əsasən Rusiyaya bağlı siyasi qüvvələrdən və “Qarabağ klanı” deyilən müxaliflərdən gedir. Bu qüvvələrin dərdi əslində ərazilər deyil, hakimiyyətdir. Bu yöndə də xalqdan istifadəyə cəhd göstərilir, sərhəddəki erməni sakinləri qızışdırırlar. Müxalifət delimitasiyanı elə təhlükəli məsələ, proses kimi təbliğ edir ki, insanlarda xof yaranır. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sərhədlərin müəyyənləşməsinin qaçınılmaz proses olduğunu başa düşür, bunun doğru proses olduğunu qəbul edir və müxaliflərə qoşulmur, etirazlara dəstək vermir. Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti bilir ki, gələcəkdə müharibə olmaması üçün sərhədlər müəyyənləşməlidir. Eskalasiyanın olmamasının əsas şərtlərindən biri sərhədlərlə bağlı anlaşılmaz hal qalmamalıdır. Yenə deyirəm, əksəriyyət sülhün tərəfdarıdır, məsələnin birdəfəlik bitməsini istəyir. Amma erməni cəmiyyətində xəstə, çürük, xülya olan “Böyük Ermənistan” ideyası ilə yaşayan kəsim var ki, onlar hakimiyyət hərisli müxaliflərin alətinə çevrilir. Yolların bağlanması, hökumət binası qarşısında aksiyalarla müxalifət ölkədə xaosun yaradılmasına cəhd göstərir.

- Paşinyan Kirantsın narazı sakinləri ilə görüşüb, iki saat söhbət aparılıb. Sizcə, bu danışıqlardan sonra etirazlar səngiyə bilərmi?

- Müstəqil mənbələrin məlumatına görə, Paşinyanla görüşə hakimiyyətə müxalif şəxslər buraxılmayıblar. Onların görüşə buraxılmaması doğru qərardır, çünki onlar müxalif fikirlərini müstəqil şəkildə yox, təlimatlar əsasında səsləndirirlər. Amma həqiqətən də delimitasiyadan narahat olan, xoflanan kənd sakinləri görüşdə iştirak ediblər və bildiyim qədər onlara delimitasiyanın nə olduğu, narahatlıqlarına əsas olmadığı izah edilib.

Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, həmin ərazilər Azərbaycan ərazisi olsa da, onlar işğal müddətində - son 30 ildə orada yerləşdiriliblər, təsərrüfat qurublar, tikinti aparıblar. Narazıların əksəriyyəti qanunsuz da olsa, qurduqları təsərrüfatın taleyindən narahatdırlar. Hökumətdən də bunun hesabını soruşurlar. Təbii ki, Paşinyan onların köçürülməsi, qurduqları təsərrüfatın kompensasiyası sözünü verib. İnsanlar da heç nə itirməyəcəklərini anlayandan sonra məcburiyyətlə olsa da, hökumətlə razılaşacaqlar. Çünki paşinyan bu prosesin alternativini də kənd sakinlərinə başa salıb. Sakinlərə bildirilib ki, əgər onlar Azərbaycan ərazilərindən könüllü çıxmasa, o zaman kəndlər hərbi yolla alınacaq. Hansı ki, buna Azərbaycanın hüquqi əsası var. Sakinlərə anladılıb ki, ziyan görən onlar olacaq, onları qızışdıran müxaliflər yox. Müxalifət dediyim kimi, baş qaldıran etirazlardan yararlanmaq, etirazları böyütmək və Paşinyanı devirmək niyyətindədir.

- Bu niyyətə çata bilərlərmi?

- İnanmıram ki, müxaliflər Paşinyan hakimiyyətini devirə bilsinlər. Çünki indiki erməni müxalifəti əvvəl hakimiyyətdə olublar və ermənilər onları istəmirlər. Ermənistan indiki müxaliflərin hakimiyyətindən bezdilər, onlara nifrətləri artdı və 2018-ci ildə onları hakimiyyətdən qovdular. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən seçkilərdə məğlum Paşinyan hakimiyyətini 70 faizdən çox seçicinin dəstəkləməsi də onu göstərdi ki, ermənilər müxalifəti dəstəkləmir. İndiki etiraz aksiyaları da Paşinyanı hakimiyyətdən sala biləcək miqyasda deyil. Amma onu da unutmaq olmaz ki, siyasətdə hər şey ola bilir. Proseslər başqa məcraya yönələ, xarici qüvvələrin köməyi ilə, silahlı terrorla ölkədə xaos dərinləşə, Paşinyan devrilə bilər. Yəni bu da mümkün ssenaridir. Amma az ehtimal olunan ssenariyə daxildir.

- Ermənistanda baş verən etirazlar delimitasiya və demarkasiya prosesinə hansı təsiri göstərə bilər?

- Əlbəttə, təsir göstərə bilər. Amma bu, Azərbaycanın yox, Ermənistanın özünün ziyanına olacaq. Rusiyaya bağlı erməni müxalifəti erməni cəmiyyətinə demək istəyir ki, hakimiyyətə gəlsələr bu prosesi dayandıracaqlar. Amma ermənilər anlamalıdırlar ki, Ermənistanda kim hakimiyyətə gəlsə də, bu prosesi dayandıra bilməyəcək. Ən yaxşı halda, bir müddət proses dayana bilər. Bu isə Ermənistanın dövlətçiliyi üçün zərərlidir. Azərbaycan bir qarış da ərazisini işğalda qoymayacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Səba"nın törəmə şirkəti - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda nəqliyyat şirkətinin səhmdarları - TOPLANIR
Bu gün, 00:02
Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?
Dünən, 19:00
Əvvəllər məişət zorakılığı heç bu qədər çox deyildi - ETİRAZ
Dünən, 18:56
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
Dünən, 18:12
İnsan alverinə qarşı mübarizə: - Zəif durumda olanlara necə kömək edək?
Dünən, 18:08
Azərbaycan-Ermənistan sərhədi: - bütün demarkasiya 1976-cı ilin xəritəsi ilə aparıla bilər
Dünən, 18:04
Bankların yüksək faizi: Nə qədər davam edəcək? - ŞƏRH
Dünən, 17:58
"Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" - Rüstəmxanlıdan qəribə REAKSİYA
Dünən, 17:53
İranın helikopter travması: - Rəisi Əhmədinejad və Bənisədr qədər şanslı olmadı
Dünən, 17:47
Bankların valyutaya tələbi 33 milyon dollar artıb - SİYAHI
Dünən, 17:42
Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib
Dünən, 17:39
Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun... - ÇAĞIRIŞ
Dünən, 17:36
Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub - VİDEO
Dünən, 17:32
Dini cərayana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... - TƏFƏRRÜAT
Dünən, 17:29
İran prezidenti Rəisinin helikopter qəzası və hadisənin fəsadları... - Regiona necə təsir edəcək?
Dünən, 17:26
Yekun sülh sazişi nə vaxt imzalana bilər? - AKTUAL
Dünən, 17:23
Fazil Mustafa bəraət alan qonşusu haqqında danışdı - "ONUN HƏBSİNİN MƏNİM İŞİMƏ BAĞLILIĞI OLMAYIB"
Dünən, 17:21
"Biləsuvar Broyler"in səhmlərinin 30 %-i özəlləşdirilib
Dünən, 17:17
“Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir” - NARAZILIQ VAR...
Dünən, 17:15
Kilsənin vergiyə cəlb edilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb - Alen Simonyan
Dünən, 17:12
“İrəvan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməlidir” - deputat
Dünən, 17:11
Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Dünən, 17:07
Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? - ŞOK İDDİA
Dünən, 17:04
Azərbaycanla Belarus arasında YENİ İSTİLƏŞMƏ - MƏQALƏ
Dünən, 17:02
`Azərişıq` vətəndaşlara XƏBƏRDARLIQ ETDİ - Diqqət!
Dünən, 17:00
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub - AÇIQLAMA
Dünən, 16:53
Ermənistan-Azərbaycan sərhədində durum: - “Miqyas dəyişə bilər”
Dünən, 16:42
Ermənistan imtina edərsə... - "Sonu gələcək"
Dünən, 16:40
Paşinyan ABŞ kəşfiyyatçısı ilə görüşdü
Dünən, 16:37
Azərbaycanda könüllü cinsi əlaqədə olma yaşı 16-dan -18-ə QALDIRILA BİLƏR - AÇIQLAMA
Dünən, 16:35
COP29-un Azərbaycanda keçirilməsi... - MƏQALƏ
Dünən, 16:33
BOKT “Qafqaz-Kredit”in xalis mənfəəti azalıb
Dünən, 16:30
“Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb
Dünən, 16:27
Növbədənkənar sessiya buna görə çağırılır - YAP-çı deputat açıqladı
Dünən, 16:25
Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər - “Sputnik Armenia”
Dünən, 16:21
Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər
Dünən, 16:20
Meymunluq etməyəcəklərinə TƏMİNAT YOXDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:18
İqbal Ağazadə və Rauf Arifoğlu yenə eyni dairədən namizəd olacaq? - CAVAB
Dünən, 16:14
“Sevimli Dad”ın sahibi olan şirkət bölünür - NİYƏ?
Dünən, 16:11
Minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb - ARAŞDIRMA BAŞLADI!
Dünən, 16:07
"Bir çox qanunu operativ qaydada qəbul etmək zərurəti yaranır" - SƏBƏB BUDUR!
Dünən, 16:06
İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib
Dünən, 16:04
Ermənilərin KTMT məyusluğu - İLGİNC
Dünən, 15:30
“Milk-Pro” şirkəti bölündü
Dünən, 15:28
Deputatın oğlunun şirkəti bağlandı - GƏLİŞMƏ
Dünən, 15:24
"Bu elə bir qəzadır ki, çox qolları ola bilər" - Qulu Məhərrəmli
Dünən, 15:21
Yeni iclasda MM MÜZAKİRƏ EDƏCƏK
Dünən, 15:15
Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir - NƏ ETSİN?!!
Dünən, 15:08
Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir - FAKT BUDUR!
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru