MTN-in tutduğu narkobaron HƏBSDƏ ÖLDÜ
Tarix: 1-05-2024, 11:14 |
Çap et
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Quliyev İmran Ələkbər dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, İmran Quliyev 2011-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilib.
Azərbaycanda narkobaronb kimi tanınan İ.Quliyev transmilli mütəşəkkil cinayətkar dəstənin tərkibində Azərbaycana külli miqdarda narkotik gətiribmiş.