Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem .....                     Əvvəllər məişət zorakılığı heç bu qədər çox deyildi .....                     Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, .....                     İnsan alverinə qarşı mübarizə: .....                     Azərbaycan-Ermənistan sərhədi: .....                     Bankların yüksək faizi: Nə qədər davam edəcək? .....                     "Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" .....                     İranın helikopter travması: .....                     Bankların valyutaya tələbi 33 milyon dollar artıb .....                     Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib .....                     Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun... .....                     Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub .....                     Dini cərayana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... .....                     İran prezidenti Rəisinin helikopter qəzası və hadisənin fəsadları... .....                     Yekun sülh sazişi nə vaxt imzalana bilər? .....                     Fazil Mustafa bəraət alan qonşusu haqqında danışdı .....                     "Biləsuvar Broyler"in səhmlərinin 30 %-i özəlləşdirilib .....                     “Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir” .....                     Kilsənin vergiyə cəlb edilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb .....                     “İrəvan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməlidir” .....                     Nazir onu özünə köməkçi təyin etdi .....                     Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? .....                     Azərbaycanla Belarus arasında YENİ İSTİLƏŞMƏ .....                     `Azərişıq` vətəndaşlara XƏBƏRDARLIQ ETDİ .....                     Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub .....                     Ermənistan-Azərbaycan sərhədində durum: .....                     Ermənistan imtina edərsə... .....                     Paşinyan ABŞ kəşfiyyatçısı ilə görüşdü .....                     Azərbaycanda könüllü cinsi əlaqədə olma yaşı 16-dan -18-ə QALDIRILA BİLƏR .....                     COP29-un Azərbaycanda keçirilməsi... .....                     BOKT “Qafqaz-Kredit”in xalis mənfəəti azalıb .....                     “Aqrar Sığorta”nın biznesində “donvurma” .....                     Növbədənkənar sessiya buna görə çağırılır .....                     Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər .....                     Azərbaycanda qızıl sürətlə bahalanır .....                     Meymunluq etməyəcəklərinə TƏMİNAT YOXDUR! .....                     İqbal Ağazadə və Rauf Arifoğlu yenə eyni dairədən namizəd olacaq? .....                     “Sevimli Dad”ın sahibi olan şirkət bölünür .....                     Minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb .....                     "Bir çox qanunu operativ qaydada qəbul etmək zərurəti yaranır" .....                 

İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT - Bu illik...
Tarix: 1-05-2024, 12:08 | Çap et
İcra başçıları ilə bağlı ÖNƏMLİ MƏLUMAT
Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti yenə də ciddi tənqid olunur. Onların bir qismi işdən çıxarılsa, hətta bəziləri həbs olunsa belə, yerlərdə vəziyyət bir o qədər də dəyişmir. Bu səbəbdən hətta tez-tez yerli icra hakimiyyətlərinin ləğvi barədə təklif gündəmə gəlir. İcra hakimiyyətlərinin ləğv olunacağı barədə xəbərlər dövlət başçısının sərəncamı ilə yaradılmış 14 iqtisadi rayonun yaradılmasından sonra aktuallaşıb.

Bildirilir ki, bu, ölkənin yeni idarəetmə modelinə keçməsi, bütün İcra hakimiyyətlərinin ləğvi prosesinə hazırlıqdır.

Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarına xüsusi nümayəndə təyin etməsi ilə azad edilmiş torpaqlarda bu proses yekunlaşmaq mərhələsinə yaxınlaşdı. Kəlbəcər rayonuna da xüsusi nümayəndə təyinatı reallaşdırıldıqdan sonra proses bütün işğaldan azad edilmiş rayonlarda başa çatmış olacaq.

Aprelin 29-da dövlət başçısı İlham Əliyev Rasim Hüseynovu Naxçıvanın Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Prezident bir müddət əvvəl bildirib ki, yeni idarəetmə üsulu gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir. Eləcə də onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Məlumat üçün qeyd edək ki, icra başçılarının rəsmi maaşları təmsil etdikləri bölgənin əhalisinin sayına görə müəyyənləşdirilir. Hazırda Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat...

Ekspertlər də qeyd edirlər ki, icra başçıları institutu ləğv edilməli, əvəzində isə seçilmiş şəxslərə regionlarda idarəetmə səlahiyyətləri verilməlidir. Ölkədə parlament seçkilərinə hazırlıqlar başlaması onu deməyə əsas verir ki, bu il referendum olmayacaq. Bu isə o deməkdir ki, icra başçısı postu ən azı bu ilin sonunadək ləğv edilməyəcək.

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Yerlərdə icra başçısı ölkə Prezidentinin sərəncamı ilə təyin olunan şəxsdir. O, rəhbərlik etdiyi regionun birinci şəxsi olduğu üçün, həmin ərazidəki bütün məmurlar öz fəaliyyətini icra başçısının müəyyən etdiyi qaydalar və tələblər çərçivəsində qurub aparırlar. İcra başçısı vətəndaşların qayğıları ilə maraqlanıb onların həlli üçün ürəkdən çalışırsa, digər məmurlar da öz fəaliyyətini buna uyğun şəkildə qururlar. Yox, əgər icra başçısı qapılarını vətəndaşların üzünə bağlayırsa və onların problemlərinin həlli üçün səy göstərmirsə, yerdəki digər məmurlar da insanlarla bu şəkildə davranır və təbii ki, bu şəkildə sərgilənən idarəçilik yerlərdə insanların narazılığına gətirib çıxarır. Son bir neçə ildə biz bu şəkildə idarəçiliyin nə ilə nəticələndiyinə dair bir çox nümunələri görə bildik. Ölkə Prezidenti dəfələrlə öz çıxışlarında məmurlara "məmur xalqın xidmətçisidir" deyərək bunu unudanlara xüsusi xatırlatma edib. Ancaq çox təəssüf ki, bir çox məmurlar yerlərdə özlərini xalqın xidmətçisi kimi deyil, xalqın ağası kimi apararaq insanlara yuxarıdan aşağı baxmaq yolunu tutublar. Təbii ki, bu yolu tutanların son aqibəti yaxşı olmur. Son illərdə bəzi icra başçılarının işdən çıxarılması və onlardan bəzilərinin həbsi dediklərimizin konkret nümunələridir. Bir ailənin başçısı o ailənin üzvlərinin qayğıları ilə maraqlanmırsa və onların üzləşdiyi problemlərin həllinə çalışmırsa, o ailədə hansı hörmətə sahib ola bilər? İcra başçısı da belədir.

İcra başçılarının fəaliyyətində nöqsanlar aşkar edilərkən, onlar vəzifədən kənarlaşdırılarkən və ya həbs edilərkən hakimiyyətin üzərinə gəlib, onu tənqid edənlər bilməlidirlər ki, ölkədə Bakı şəhəri daxil, 85 şəhər və rayonlara icra başçısı Prezidentin sərəncamı ilə təyin olunur. Ölkə rəhbərinin bu adamların hamısını yaxından tanıması fiziki cəhətdən mümkün deyil. Düşünürəm ki, bu sırada icra başçısı vəzifəsinə namizədlik təqdim edən vəzifəli şəxslərin məsuliyyəti yetərincə olmalıdır.

Ölkədə yerli idarəçilikdə yeni yanaşma artıq ortaya qoyulub. Belə idarəçiliyin daha səmərəli olacağı şübhəsizdir. Hesab edirəm ki, ölkənin iqtisadi rayonları üzrə yeni idarəçiliyin tətbiqi gözləntiləri doğrulda biləcək".

REAL Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli referenduma böyük ehtiyac görür: “Əslində şəxsi fikrim budur, uzun illərdir ki, publik çıxışlarımda bunu dilə gətirmişəm. Mütləq şəkildə referendum olmalıdır. İcra hakimiyyətləri ləğv olunmalıdır. Çünki ölkədə prezidentdən tutmuş sadə vətəndaşa qədər dəfələrlə bu institutun fəaliyyəti ilə bağlı tənqidi fikirlər söylənilib. Bu institut artıq idarəedici orqan olaraq öz limitini tam doldurub. Müstəqillik illərində lazım olan işini görüb bitirib. Artıq onların ləğv edilməsinə çox ciddi ehtiyac var. Onu da nəzərə almaq lazımdır ki, paralel olaraq Prezidentin şəxsi nümayəndəsi institutu da yaradılıb. Burada da hüquqi prosedurlarda problem yaşanır. Yəni Prezidentin səlahiyyətli nümayəndələri ilə icra başçılarının səlahiyyət bölgüsü aydın deyil. Səlahiyyət və məsuliyyət bölgüsündə problemlər bir müddətdən sonra yaşanacaq. İdarəetmədə ikitirəliyin yaranması ehtimalı yaranır. Ona görə də hesab edirəm ki, seçkilərdən öncə referendumun olması çox yaxşı olardı. Çünki ölkənin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı idarəetmədə olan boşluqların aradan qaldırılması şərtdir. İcra hakimiyyətləri bunun bir qoludur. Bundan başqa da qərarlar olmalıdır. Proporsional seçki sisteminə keçid olsa çox yaxşı olardı. Heç olmasa parlamentin bir hissəsi bu sistem üzrə formalaşardı. Amma təbii ki, hamımız bütövlükdə parlamentin bu seçki sistemi ilə formalaşmasını istərdik. Bundan başqa, inzibati ərazi bölgüsünün yenidən dizayn olunması vacibdir. Çünki Azərbaycan kimi ərazisi çox böyük olmayan ölkədə 80-ə yaxın rayona ehtiyac yoxdur. Prezidentin yaratdığı 14 iqtisadi rayon var. Bu da doğru qərardır. Bunu inzibati ərazi vahidinə çevirmək lazımdır. Bununla idarəetmənin keyfiyyətində dəyişikliklər ola bilər. Bundan başqa, Nazirlər Kabinetinin rolu müəyyən olunmalıdır. İndiki sistemdə Nazirlər Kabinetinin rolu aydın deyil. Çünki bizdə prezident idarə-üsuludur. Prezident müşavirələr keçirir, baş naziri, nazir müavinlərini təyin edir. Tapşırıqları da özü verir. O zaman baş nazirin funksiyası nədir? Bütün bunlara aydınlıq gətirilməlidir. Məsuliyyət və səlahiyyət bölgüsü dəqiq olmalıdır. Ləğv olunacaqsa, hansı institutların olması barədə düşünmək lazımdır. Məncə, seçkidən öncə referendum olsa, daha yaxşı olardı”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?
Bu gün, 19:00
Əvvəllər məişət zorakılığı heç bu qədər çox deyildi - ETİRAZ
Bu gün, 18:56
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
Bu gün, 18:12
İnsan alverinə qarşı mübarizə: - Zəif durumda olanlara necə kömək edək?
Bu gün, 18:08
Azərbaycan-Ermənistan sərhədi: - bütün demarkasiya 1976-cı ilin xəritəsi ilə aparıla bilər
Bu gün, 18:04
Bankların yüksək faizi: Nə qədər davam edəcək? - ŞƏRH
Bu gün, 17:58
"Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" - Rüstəmxanlıdan qəribə REAKSİYA
Bu gün, 17:53
İranın helikopter travması: - Rəisi Əhmədinejad və Bənisədr qədər şanslı olmadı
Bu gün, 17:47
Bankların valyutaya tələbi 33 milyon dollar artıb - SİYAHI
Bu gün, 17:42
Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib
Bu gün, 17:39
Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun... - ÇAĞIRIŞ
Bu gün, 17:36
Səabil rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub - VİDEO
Bu gün, 17:32
Dini cərayana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... - TƏFƏRRÜAT
Bu gün, 17:29
İran prezidenti Rəisinin helikopter qəzası və hadisənin fəsadları... - Regiona necə təsir edəcək?
Bu gün, 17:26
Yekun sülh sazişi nə vaxt imzalana bilər? - AKTUAL
Bu gün, 17:23
Fazil Mustafa bəraət alan qonşusu haqqında danışdı - "ONUN HƏBSİNİN MƏNİM İŞİMƏ BAĞLILIĞI OLMAYIB"
Bu gün, 17:21
"Biləsuvar Broyler"in səhmlərinin 30 %-i özəlləşdirilib
Bu gün, 17:17
“Məmurlar işsiz, kasıb vətəndaşları çox incidir” - NARAZILIQ VAR...
Bu gün, 17:15
Kilsənin vergiyə cəlb edilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb - Alen Simonyan
Bu gün, 17:12
“İrəvan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməlidir” - deputat
Bu gün, 17:11
Nazir onu özünə köməkçi təyin etdi - ƏMR
Bu gün, 17:07
Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? - ŞOK İDDİA
Bu gün, 17:04
Azərbaycanla Belarus arasında YENİ İSTİLƏŞMƏ - MƏQALƏ
Bu gün, 17:02
`Azərişıq` vətəndaşlara XƏBƏRDARLIQ ETDİ - Diqqət!
Bu gün, 17:00
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub - AÇIQLAMA
Bu gün, 16:53
Ermənistan-Azərbaycan sərhədində durum: - “Miqyas dəyişə bilər”
Bu gün, 16:42
Ermənistan imtina edərsə... - "Sonu gələcək"
Bu gün, 16:40
Paşinyan ABŞ kəşfiyyatçısı ilə görüşdü
Bu gün, 16:37
Azərbaycanda könüllü cinsi əlaqədə olma yaşı 16-dan -18-ə QALDIRILA BİLƏR - AÇIQLAMA
Bu gün, 16:35
COP29-un Azərbaycanda keçirilməsi... - MƏQALƏ
Bu gün, 16:33
BOKT “Qafqaz-Kredit”in xalis mənfəəti azalıb
Bu gün, 16:30
“Aqrar Sığorta”nın biznesində “donvurma” - yığımları 2 mln. manat azalıb
Bu gün, 16:27
Növbədənkənar sessiya buna görə çağırılır - YAP-çı deputat açıqladı
Bu gün, 16:25
Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər - “Sputnik Armenia”
Bu gün, 16:21
Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 16:20
Meymunluq etməyəcəklərinə TƏMİNAT YOXDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:18
İqbal Ağazadə və Rauf Arifoğlu yenə eyni dairədən namizəd olacaq? - CAVAB
Bu gün, 16:14
“Sevimli Dad”ın sahibi olan şirkət bölünür - NİYƏ?
Bu gün, 16:11
Minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb - ARAŞDIRMA BAŞLADI!
Bu gün, 16:07
"Bir çox qanunu operativ qaydada qəbul etmək zərurəti yaranır" - SƏBƏB BUDUR!
Bu gün, 16:06
İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib
Bu gün, 16:04
Ermənilərin KTMT məyusluğu - İLGİNC
Bu gün, 15:30
“Milk-Pro” şirkəti bölündü
Bu gün, 15:28
Deputatın oğlunun şirkəti bağlandı - GƏLİŞMƏ
Bu gün, 15:24
"Bu elə bir qəzadır ki, çox qolları ola bilər" - Qulu Məhərrəmli
Bu gün, 15:21
Yeni iclasda MM MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 15:15
Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir - NƏ ETSİN?!!
Bu gün, 15:08
Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir - FAKT BUDUR!
Bu gün, 15:03
Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı - DİSKOTEKA İŞİ...
Bu gün, 15:01
Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru