Minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb .....                     "Bir çox qanunu operativ qaydada qəbul etmək zərurəti yaranır" .....                     İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib .....                     Ermənilərin KTMT məyusluğu .....                     “Milk-Pro” şirkəti bölündü .....                     Deputatın oğlunun şirkəti bağlandı .....                     "Bu elə bir qəzadır ki, çox qolları ola bilər" .....                     Yeni iclasda MM .....                     Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir .....                     Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir .....                     Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı .....                     Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir .....                     Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub .....                     Saatlıq minimum əməkhaqqı neçə manatdan .....                     Suallar çoxdur, 3 versiya var, arqument isə... .....                     Azərbaycanın xam neft ixracı niyə azalır .....                     “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb” .....                     "Bu məsələlər nə qədər tez həll edilsə... .....                     Vəfa Cümşüdlü istefa verdi, Tofiq Yaqublu etiraz edir .....                     Elmira Axundovanın oğlunun şərikini əfvlə türmədən çıxarmaq istəyirlər .....                     Qubad İbadoğlunun cinayət işi üzrə .....                     Azərbaycanda ilin sonuna qədər quru sərhədlər açılır? .....                     Nazir Əliağa Hüseynovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb .....                     “Bumeranq effekti” .....                     Sakinlər “Pilot Residence” MTK-nı .....                     Ermənilər Qazaxla sərhəddəki Kirantsa yeni yol çəkirlər .....                     Yaxşı (Baqr)at qamçı vurdurmaz… .....                     Ermənistan ordusunu yenidən “qurur” .....                     Müharibə gedən ölkələrlə Azərbaycanın .....                     "Hamısı maşın alverçisi, təhsilsiz insanlardır" .....                     Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     “Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb .....                     Faciəvi şəkildə ölən qadın qazinin xanımı imiş .....                     Azərbaycan beynəlxalq təşkilata .....                     “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar .....                     Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verilib .....                     Gəncə Dövlət Universitetində yoxlama başlayıb .....                     "Bu cinayətlərə görə cəzalar sərtləşdirilib" .....                 

Azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu? - DETALLAR
Tarix: 1-05-2024, 12:59 | Çap et
Azadlığa buraxılan idmançı nə üçün yenidən həbs olundu?
Bir neçə gün əvvəl məhkəmə zalından azadlığa buraxılan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov yenidən həbs edilib. APA xəbər verir ki, bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edib.

Vüqar Kərəmovun azadlığa buraxılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından narazı qalan prokuror apelyasiya protesti verib. Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsi digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs ediliblər.

Bildirilir ki, bir neçə ay əvvəl dənizkənarı bulvar ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra Həsən Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Aprelin 24-də Xətai Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov və Rüfət Əsədovun barəsində həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb. Vüqar Kərəmovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı təmin edilməyib və onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda az ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə vətəndaşların istintaq zamanı həbsdə saxlanılması praktikası hələ də dəyişmir: “Bu ilin martında parlamentdə ombudsmanın məruzəsi dinlənildi. Ombudsman Səbinə Əliyeva dedi ki, istintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan çox şəxsin saxlanıldığı halları müşahidə edilib. Hesabatda bildirilir ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı orada limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1400 nəfərin saxlandığı, 1200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1411 məhkumun cəza çəkdiyi müəyyənləşib. Yəni açıq şəkildə deyilir ki, təcridxanalarda yer yoxdur. 1 nəfərlik yerdə 3-5 nəfər saxlanır. Bunun qarşısını almaq üçün illərdir ki, qanunlar qəbul olunur, dəyişdirilir, əlavələr yazılır. Hüquq mühafizə orqanları sovetdənqalma "dərhal həbs" qərarını dəyişməyə tələsmirlər. Məhkəmələr də bu istiqamətdə aciz görünür. Məhkəmə şəxsin əməlini nəzərə alıb istintaq dövründə açıb buraxır, istintaq orqanı protest verir, yenidən həbs etdirir. Bu praktikaya son qoyulmalıdır".

Natiq Ələsgərov deyir ki, bu gün Azərbaycanda “dərhal həbs” problemini həll etmək üçün yeni türmələr tikilir: “Dövləti xərcə salmaqdansa, bir çox əməllər üzrə həbslə bağlı olmayan qərarların verilməsi, ibtidai istintaq dövründə həbs-qətimkan tədbirlərinin digər qətimkan tədbirləri ilə əvəzlənməsinə imkan verilməlidir. Aydındır ki, bəzi cinayətlərə görə həbsin seçilməsi vacibdir. Məsələn, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi çox zəruridir. Əks halda, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlara, narkotacirlərə qarşı mübarizə əhəmiyyətsiz olar. Amma xırda xuliqanlığa görə mübahisə edib barışmış şəxslərin həbsə alınması qanunun düzgün tətbiq edilməməsidir. İki qonşu dalaşıbsa, barışıbsa, bu şəxslərin cərimələnməsi kifayət olduğu halda həbsə göndərilməsi ədalətli deyil. Ona görə də Azərbaycan qanunvericiliyinin hər bir məhkum üçün saxlama yerinin 4 kvadrat metrdən az olmaması tələbi hər gün pozulur. Az qala 1 məhkuma 1 kvadrat metr düşür”.

Natiq Ələsgərov deyib ki, bu məsələlər hüquq-mühafizə orqanı rəhbərlərinin, Ali Məhkəmə sədrinin iştirakı ilə müzakirə olunmalı, lüzumsuz həbs-qətimkan tədbirinin seçilməsi halları nəhayət ki, aradan qaldırılmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb - ARAŞDIRMA BAŞLADI!
Bu gün, 16:07
"Bir çox qanunu operativ qaydada qəbul etmək zərurəti yaranır" - SƏBƏB BUDUR!
Bu gün, 16:06
İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib
Bu gün, 16:04
Ermənilərin KTMT məyusluğu - İLGİNC
Bu gün, 15:30
“Milk-Pro” şirkəti bölündü
Bu gün, 15:28
Deputatın oğlunun şirkəti bağlandı - GƏLİŞMƏ
Bu gün, 15:24
"Bu elə bir qəzadır ki, çox qolları ola bilər" - Qulu Məhərrəmli
Bu gün, 15:21
Yeni iclasda MM MÜZAKİRƏ EDƏCƏK
Bu gün, 15:15
Şabran sakini ADYQCS-nin yerli rəhbərliyindən şikayətçidir - NƏ ETSİN?!!
Bu gün, 15:08
Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir - FAKT BUDUR!
Bu gün, 15:03
Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı - DİSKOTEKA İŞİ...
Bu gün, 15:01
Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:59
Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub - ƏMR
Bu gün, 14:56
Saatlıq minimum əməkhaqqı neçə manatdan HESABLANACAQ?
Bu gün, 14:02
Suallar çoxdur, 3 versiya var, arqument isə... - Tehran variant axtarışında
Bu gün, 14:02
Azərbaycanın xam neft ixracı niyə azalır - Hansı ölkələrə "qara qızıl" satırıq?
Bu gün, 14:00
“Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb” - Lütfiyar İmanovun oğlundan GİLEY
Bu gün, 13:56
"Bu məsələlər nə qədər tez həll edilsə... - Azərbaycan-İran əlaqələri daha çox genişlənər"
Bu gün, 13:09
Vəfa Cümşüdlü istefa verdi, Tofiq Yaqublu etiraz edir – Müsavatda NƏ BAŞ VERİR?
Bu gün, 13:07
Elmira Axundovanın oğlunun şərikini əfvlə türmədən çıxarmaq istəyirlər – KOMİSSİYA ÜZVLƏRİNƏ ŞOK MÜRACİƏT
Bu gün, 13:03
Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti uzadılıb
Bu gün, 12:58
Azərbaycanda ilin sonuna qədər quru sərhədlər açılır? - AÇIQLAMA
Bu gün, 12:53
Nazir Əliağa Hüseynovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Bu gün, 12:49
Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb
Bu gün, 12:43
“Bumeranq effekti” - Fransaya bir dərs olsun...
Bu gün, 12:41
Sakinlər “Pilot Residence” MTK-nı MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 12:38
Ermənilər Qazaxla sərhəddəki Kirantsa yeni yol çəkirlər
Bu gün, 12:37
Yaxşı (Baqr)at qamçı vurdurmaz… - Ədalət Verdiyevin yazısı
Bu gün, 12:34
Ermənistan ordusunu yenidən “qurur” - Arutyunyan
Bu gün, 12:31
Müharibə gedən ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi açıqlanıb
Bu gün, 12:25
"Hamısı maşın alverçisi, təhsilsiz insanlardır" - deputat
Bu gün, 12:21
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq - imza toplanılmasına başlanılıb
Bu gün, 12:19
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:17
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb - FOTO
Bu gün, 12:16
Faciəvi şəkildə ölən qadın qazinin xanımı imiş - FOTO
Bu gün, 12:12
Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək
Bu gün, 12:09
“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR
Bu gün, 12:04
Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verilib - FOTO
Bu gün, 11:59
Gəncə Dövlət Universitetində yoxlama başlayıb - İDDİA
Bu gün, 11:57
"Bu cinayətlərə görə cəzalar sərtləşdirilib" - General
Bu gün, 11:51
Nizaminin icra başçısı YAŞILLIĞI MƏHV EDƏNLƏRLƏ ƏLBİRDİR? - İTTİHAM VAR...
Bu gün, 11:43
"İsa Qəmbər deputat mandatı almağa layiq şəxsdir" - Novella Cəfəroğlu
Bu gün, 11:37
Nəsimi rayonunda müsabiqənin qalibləri elan edildi - FOTO
Bu gün, 11:32
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... - YENİ HEYƏTDƏ OLACAQLARMI?
Bu gün, 11:28
“Helikopter qəzasından sonra Azərbaycanla...” – İranlı diplomat
Bu gün, 11:22
BMCMİ əməliyyatlar keçirib, 46 kq narkotik, 3 silah aşkarlanıb - VİDEO
Bu gün, 11:20
"Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim" - Keçmiş deputat Hacı Salayevin məhkəməsi
Bu gün, 11:19
Naxçıvanda Su Ehtiyatları Agentliyi YARADILDI
Bu gün, 11:17
Mərkəzi Bank “PSG Finans” BOKT-nin vəzifəli şəxsini 50 min manat cərimələdi
Bu gün, 11:15
Rəisiyə görə Bakıya qarşı bu zibillər... - Verdyan
Bu gün, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru