Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı .....                     ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi .....                     Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi .....                     Emin Əmrullayevə ETİRAZ .....                     "İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." .....                     `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? .....                     Eşqi Bağırov nə işlə məşğuldur? .....                     Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında .....                     Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR .....                     Cavid Qurbanovun oğlu deputat olacaq? .....                     Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb .....                     "Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." .....                     Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi .....                     Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? .....                     İnsanlarımızı belə YOLUXDURURLAR... .....                     AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın .....                     Sərhədlərlə bağlı son razılaşma: 1979-cu ilin xəritələri masada... .....                     Vaxtı keçmiş “İCELAND” dondurmaları... SATIŞDA! .....                     Aramsız yağışlar kənd təsərrüfatına necə təsir göstərib? .....                     Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək .....                     Köhnə tədris ili bitməyib... YENİSİNİN BAZARLIĞI APARILIR... .....                     “Bank VTB Azərbaycan”nın rəhbərliyinə yeni təyinat olub .....                     Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? .....                     "Trendyol"un çatdırılma qiymətlərini artırmasının .....                     Neft hasilatının azalması xarici ticarətə təsir etməkdə davam edir .....                     Nəhayət 500 min evə “əmlak amnistiyası” veriləcək? .....                     Onlar siyasətdən birdəfəlik çəkiliblər... .....                     Məhkəmə Osman Nərimanoğlu ilə bağlı qərar verdi .....                     "Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir .....                     İdman Akademiyasında “akademik korrupsiya”... .....                     Problem var: 4 obyekt Azərbaycana keçir .....                     GƏDƏBƏYDƏ HAKİM DƏRƏBƏYLİYİ .....                     APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib .....                     Xaçmaz sakinləri ÇARƏSİZ DURUMDA... .....                     AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? .....                     "Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq" .....                     Çörəyin qiyməti ucuzlaşır? .....                     Ermənilərin sərhəd TƏLAŞI... .....                     Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? .....                     Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir .....                 

Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığını pozur? - görünəni odur ki...
Tarix: 2-05-2024, 06:17 | Çap et
Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığını pozur?
“Biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarıb. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir”.

Bu sözləri Prezident İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda çıxışında deyib.

Azərbaycanla Avropa İttifaqı, ABŞ, Qərb institutları arasında uzun müddətdir müxtəlif problemlərlə, xüsusən demokratiya, insan hüquqları sahəsində ciddi fikir ayrılıqları, mübahisələr var. Son dövrlərdə bu istiqamətdə gərginlik daha da artıb. Amma Avropa Azərbaycanın sabit enerji tərəfdaşı olaraq qalıb, son iki onillikdə bu əməkdaşlıq durmadan genişlənib və hər iki tərəfə çox böyük həcmdə iqtisadi fayda verib.

İlham Əliyev bu ilin yanvarın 10-da yerli televiziyalara müsahibəsində Avropanın 8 ölkəsinin Azərbaycandan qaz aldığını bildirmişdi.

“Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşulub, müxtəlif interkonnektorlar yaradılıb və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olub”.

Onun sözlərinə görə, Azərbaycan qazına tələbat var və artacaq.

“Resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür. Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək”, - dövlət başçısı vurğulamışdı.

Ötən ilin statistikası Azərbaycanda istehsal edilən neft və qazın əsas alıcılarının Avropa ölkələri olduğunu göstərir.

Məsələn, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ildə Azərbaycanda kondensatla birgə 30,2 milyon ton neft çıxarılıb. Bundan 16,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Komitə ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Almaniya, İspaniya, Çexiya, Türkiyə, Xorvatiya, Yunanıstan, Böyük Britaniya, Rumıniya, İrlandiya, Vyetnam, Portuqaliya, Avstriya, İndoneziya, Fransa, Sinqapur, Tunis, Malayziya, Avstraliya, Tailand. Hesabatdan görünür ki, Azərbaycan neftinin müştəriləri arasında kifayət sayda Avropa ölkəsi var.

Qaz ixracına gəldikdə, energetika naziri Pərviz Şahbazov Azərbaycandan 2023-cü ildə 23,8 milyard kubmetr qaz ixrac olunduğunu açıqlayıb. Nazir bildirib ki, ixrac olunan qazın 11,8 milyard kubmetri Avropaya nəql olunub.

“Yanvar-dekabr aylarında qaz ixracı 5,3% artıb. Avropaya 11,8 mlrd. kubmetr, Türkiyəyə 9,5 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql olunub”, - P. Şahbazov qeyd edib.

Prezident İlham Əliyevin ADA-dakı çıxışında Avropa İttifaqının enerji əməkdaşlığına yaratdığı yeni manelərə toxunulur. Dövlət başçısı qeyd edir ki, bununla əlaqədar bir vacib məsələ Avropada qazıntı yanacağı ilə bağlı qoyulmuş məhdudiyyətlərdir: “Biz burada bir ziddiyyət görürük və biz bu məsələni artıq avropalı tərəfdaşlarımız qarşısında qaldırmışıq. Bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır”.

İ.Əliyev daha sonra sual edir: “Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir”.

Dövlət başçısı daha bir problemin yaşıl enerji və qazıntı yanacağının birləşməsi ilə bağlı olmasına diqqət çəkir: “Hesab edirəm ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik”.

Azərbaycanın artıq 30 ildir, beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq etdiyini, Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkənin Azərbaycan olduğunu xatırladan dövlət başçısı bəyan edib ki, Azərbaycan qazıntı yanacağından istifadəni dayandırmayacaq. “Biz bunu etməyəcəyik. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik”, - o vurğulayıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında yaranmış ziddiyyətləri Pressklub.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban əvvəlcə qeyd etdi ki, “qazıntı yanacağı” anlayışını düzgün tərcümə etmirlər. “İngiliscə “fosil energi” deyilir, yəni, ənənəvi olan, indiyə qədər istifadə olunan enerjidən söhbət gedir. Neft, qaz və kömür – bunlara niyə “qazıntı yanacağı” deyirlər, qəribədir” – o əlavə edib.

Ekspert vurğulayır ki, Azərbaycanla Avropa arasında bu məsələdə yaranmış fikir ayrılıqlarını prezident kifayət qədər açıqlayıb:

“Bildirib ki, biz bu məsələni onların qarşısında qaldırmışıq, amma onu necə həll etmək istəyirlər, məlum deyil. Bu da ondan irəli gəlir ki, Avropa Azərbaycandan aldığı qazın həcminin artırılmasını istəyir. Birincisi, ənənə belədir ki, həmin işi görmək üçün investisiyaların 30 faizini özümüz qoyuruq, 70 faizini kredit götürürük. İndi “Şahdəniz-2” layihəsində olduğu kimi krediti rahat ala bilmirik. Siz (Avropa İttifaqı – Turqut.) 2020-ci ildən sonra öz siyasətinizdə elə bir dəyişiklik edibsiniz ki, ənənəvi yanacağın hasilatı, nəql edilməsi, bu istiqamətdə digər məsələlərin həlli üçün güzəştli kreditlər ayrılmasın”.

İ.Şaban xatırladır ki, 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının başçısı Ursula von der Leyenlə Avropaya qaz satışının həcminin 10 milyarddan 20 milyard kubmetrə qədər artırılması ilə bağlı Enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalayıblar:

“Biz bunu öhdəlik kimi deyil, hədəf kimi qəbul etmişik. Bu il artıq biz Avropa bazarlarına 12 milyard kubmetr qaz verəcəyik. Xatırladım ki, 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Yəni həcmi 50 faizə qədər artırmışıq, bundan sonra 8 milyard kubmetrə qədər də artırmaq hədəfimiz var. Bunun üçün də ən böyük resurs “Abşeron” yatağının ikinci mərhələsindən çıxacaq qazdır. Bu, “Şahdəniz-2”-dən də mürəkkəb, çətin, böyük kapital qoyulası yataqdır. Avropa İttifaqı isə elan edib ki, artıq 2040-cı ildən etibarən ənənəvi enerjini ya öz bazarına qəbul etməyəcək, ya da həcmini kifayət qədər aşağı salacaq.

Ona görə də prezidentdə məntiqi bir sual yaranır: Yaxşı, tutaq ki, biz buna öz vəsaitimizi qoyduq, amma Avropa bizdən uzunmüddətli dövr üçün qaz almır, öz istehlakçılarına da tövsiyə edir ki, uzunmüddətli müqavilələrlə ənənəvi enerji almayın. Qısamüddətli 1, 2, 3 illik müqavilələrlə əməkdaşlığı başa vuraq. Azərbaycan layihə gücü ilə bu həcmi 2030-cu ildə Avropa bazarlarına çıxarır, amma cəmi 10 il vaxt qalır. 10 il bu işə yatırılan sərmayəni çıxarmaq üçün kifayət deyil axı… Bizim “Şahdəniz-2” layihəsi ilə bağlı 25 illik müqavilələrimiz vardı. Bu o deməkdir ki, Avropa bazarları 2045-ci ilə qədər bizdən qaz almalıdırlar. Həmin tarixə qədər olmasa da, müqavilələr kifayət qədər uzunmüddətlidir və qoyulan sərmayəni çıxarır, gəlir gətirir. Amma indi Avropa bunu etmək istəmir, o zaman Azərbaycan nə etməlidir? Qaz satışının müxtəlif yolları axtarılır, onu hidrogenə, digər qaz məhsullarına çevirib başqa ölkələrdə satmaq və s. Yəni belə məsələlər var, prezident də onları açıqladı”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi xəritələr masaya qoyuldu: Sərhədin bu hissəsində problem yarandı – Kritik gəlişmə
Bu gün, 10:36
ABŞ erməni silah alverçisinə sanksiya tətbiq etdi - KİV
Bu gün, 10:35
Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi - ƏMR
Bu gün, 10:31
Emin Əmrullayevə ETİRAZ - “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”
Bu gün, 10:25
"İşçidən və pensiyaçıdan artıq ödənilmiş pulun tutulması barədə..." - Ekspert danışır...
Bu gün, 10:18
`OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
Bu gün, 10:04
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında - FOTO
Bu gün, 10:03
Azərbaycanın İrandakı səfirliyi İŞİNİ BƏRPA EDİR - AMMA
Bu gün, 10:00
Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
Bu gün, 09:56
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb - DETALLAR
Bu gün, 09:54
"Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." - Akif İslamzadə
Bu gün, 09:53
Keşiş ermənilərə tezliklə əsas mitinqin keçiriləcəyini vəd etdi - Ermənistan KİV
Bu gün, 09:48
Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq? - İNCƏLƏMƏ
Bu gün, 09:47
İnsanlarımızı belə YOLUXDURURLAR... - AQTA-nın məmurları isə...
Bu gün, 09:41
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın - Diqqət!
Bu gün, 09:37
Sərhədlərlə bağlı son razılaşma: 1979-cu ilin xəritələri masada... - GƏLİŞMƏ
Bu gün, 09:35
Vaxtı keçmiş “İCELAND” dondurmaları... SATIŞDA! - Buralara BAXAN YOXDUR?
Bu gün, 09:33
Aramsız yağışlar kənd təsərrüfatına necə təsir göstərib? - ARAŞDIRMA
Bu gün, 09:28
Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək - Diqqət!
Bu gün, 09:26
Köhnə tədris ili bitməyib... YENİSİNİN BAZARLIĞI APARILIR... - İLGİNC İDDİA
Bu gün, 09:25
“Bank VTB Azərbaycan”nın rəhbərliyinə yeni təyinat olub - DOSYE
Bu gün, 09:17
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 09:05
"Trendyol"un çatdırılma qiymətlərini artırmasının ilginc səbəbi
Bu gün, 09:01
Neft hasilatının azalması xarici ticarətə təsir etməkdə davam edir - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Nəhayət 500 min evə “əmlak amnistiyası” veriləcək? - Ekspert danışır...
Bu gün, 08:56
Onlar siyasətdən birdəfəlik çəkiliblər... - SİYAHI
Bu gün, 08:54
Məhkəmə Osman Nərimanoğlu ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 08:53
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 08:51
İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?
Bu gün, 08:46
Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
Bu gün, 08:44
GƏDƏBƏYDƏ HAKİM DƏRƏBƏYLİYİ - Nazirə müraciət olundu
Bu gün, 08:41
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
Bu gün, 08:36
Xaçmaz sakinləri ÇARƏSİZ DURUMDA... - "...səsimizi eşidən yoxdur"
Bu gün, 08:35
AYNA pul yığmaqdan başqa NƏSƏ BİLİR? - ETİRAZ
Bu gün, 08:25
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:18
Çörəyin qiyməti ucuzlaşır? - İLGİNC AÇIQLAMA
Bu gün, 08:11
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 08:09
Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Bu gün, 06:58
Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir - NƏ BAŞ VERİR
Bu gün, 06:52
Azərbaycanda qaz bahalaşır? - Zəruri deyil... amma...
Bu gün, 00:44
Azərbaycanda “dollar sevdası” bitdi? - AKTUAL
Bu gün, 00:15
“Almet” ASC-də mənfəətin istifadəsi müzakirə ediləcək - YIĞINCAQ
Bu gün, 00:05
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası BDU-da tibbi aksiya keçirir
Dünən, 19:04
Qərbin "havası ilə oynayan" Ermənistan: - Rusiya Nikolu cəzalandırır
Dünən, 19:02
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 19:00
"Kral Təbabət" XƏSTƏLİK `SAÇDI`... - İŞ MƏHKƏMƏDƏDİR
Dünən, 18:56
Qazaxda sərhədlər belə müəyyənləşdi: - Digər ərazilər üçün şərtlər necə olacaq?
Dünən, 18:02
Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru