Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                     Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu .....                     Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: .....                 

Revanşistlər özlərinə “yeni lider” tapdılar – Köçəryan da onu dəstəklədi
Tarix: 4-05-2024, 09:36 | Çap et
Revanşistlər özlərinə “yeni lider” tapdılar
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatlarını delimitasiya ilə bağlı keçirilən etirazlara qoşulmağa çağırıb. Qızışdırıcı mövqedə duran Köçəryanın piket şəklində davam edən aksiyaları genişləndirmək üçün nə qədər gücü var?

- Bəli, Tavuşdakı aksiyaların təşkilatçısı “Qarabağ klanı”nın üzvləri, Köçəryanın qohumlarıdır. Ermənistan cəmiyyəti bu məsələdə Köçəryanı müdafiə eləmədi. Tənqidçiləri daha çoxdur, nəinki müdafiəçiləri. Bu məqamda Nikol Paşinyana diqqət çəkmək istəyirəm. Azərbaycan rəsmən “İnterpol” xətti ilə müraciət edib ki, Serj Sərkisyan, Robert Köçəryan və Seyran Ohanyan Xocalı soyqırımını törədənlər və buna rəhbərlik edib həyata keçirən hərbi cinayətkarlardır. Bununla bağlı kifayət qədər sübut-dəlil toplanıb, bu cinayətkarlar Azərbaycana təhvil verilməlidir. Nikol Paşinyan bunu etmək istəmir. Onlar qatı cinayətkar, əlləri qana batmış adamlardır. Əgər Nikol onların öhdəsindən gələ bilmirsə, göndərsin bura, Azərbaycan öhdəsindən gələcək.

Ermənistan cəmiyyətinin içindəki ən destruktiv qüvvələr “Qarabağ klanı” və “Daşnaksütyun” Partiyasıdır. Nikol Paşinyan onlara qarşı həddindən artıq yumuşaq hərəkət edir. Bir-ikisini saxlayıb sonra buraxdılar. Robert Köçəryan barəsində bir neçə ittiham üzrə cinayət işi açılıb, həmçinin Serj Sərkisyan və Seyran Ohanyan haqqında. Ohanyan fəraridir, 44 günlük müharibədə cəbhədən qaçmışdı. Hesab edirəm ki, Nikol onlarla bağlı çox zəif hərəkət edir.

Düzdür, cəmiyyətin böyük hissəsi Nikol Paşinyanı müdafiə edir, ona qarşı ümumxalq hərəkatı təşkil etmək mümkün olmayacaq, amma buna baxmayaraq, təhlükəni beşikdə boğmaq lazımdır ki, sonradan böyüyüb başqa problemə çevrilməsin.

- Köçəryanı kim fəallaşdırır? Maraqlıdır ki, aylardır Almaniyada olan bu hərbi cinayətkar delimitasiya başlayan kimi Ermənistana qayıdıb.

- Köçəryan Rusiyanın “5-ci kolon”unun nümayəndəsidir, onun atası da belə idi. Ümumiyyətlə, bu gün Ermənistanda aranı qarışdıran, insanları Nikol Paşinyanın üstünə ayaqlandırmağa çalışan Rusiyadır. Bu səbəbdən də, “5-ci kolon” aktivdir, onların qarşısına məqsəd qoyublar ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Çünki Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini deyib, Azərbaycana məxsus olan ərazilərin qaytarılmasına qərar verib, delimitasiya prosesi start götürüb. Bunlar və bu fonda Cənubi Qafqazda vəziyyətin stabilləşməsi Rusiyanın maraqlarına uyğun gəlmir.

İranın da rolunu qeyd etmək istəyirəm. Mollalar da Ermənistan daxilində vəziyyətin gərginləşdirilməsi üçün hərəkətdədir. Bir sözlə, bölgədə aranı qarışdırmaq istəyən iki dövlət var, biri Rusiya, digəri İrandır.

- Bəs Qərb hansı mövqedədir?

- Qərb də həmişə verdiyi vədlərin hamısını axıra qədər yerinə yetirmir. Amma Qərb Nikol Paşinyanı müdafiə edir. Avropa Birliyindən “müşahidə missiyası” adı altında Ermənistana xeyli sayda keçmiş polis və kəşfiyyatçı göndərilib. 30 minlik missiyanın hamısı Nikol Paşinyanın mühafizə xidmətinə daxil edilib. Əgər Rusiya Ermənistan daxilində durumu daha da pisləşdirsə, vətəndaş müharibəsi həddinə çatdırsa, onda bölgəyə NATO-nun hərbi kontingenti yeridilə bilər. Bu Köçəryana da, Sərkisyana da, Ohanyana da məlumdur. Yaxşı bilirlər ki, bölgədə vəziyyət qarışsa, özlərinin durumu hamıdan pis olacaq.

- Revanşist media sərhədyanı bölgədə davam edən aksiyaların lideri kimi Tavuş yeparxiyasının lideri kimi Baqrat Qalstanyanı göstərir. Hətta iddialarında bir az da irəli gedən revanşistlər onun mümkün ümumxalq hərəkatının liderinə çevrilə biləcəyini deyirlər. Köçəryan da onunla görüşüb. Ümumiyyətlə, bir keşişin “xalq hərəkatı”nın sükanı arxasına keçmə ehtimalı nə qədərdir?

- Buna inanmıram. Düzdür, tarix boyu erməniləri qızışdıran, xalqlar arasındakı bu düşmənçiliyi yaradan erməni kilsəsi və keşişləri olub, indi də baş yepiskop II Qaregindən tutmuş regional yeparxiyalara qədər bütün kilsə Paşinyana qarşı mübarizə aparır, aranı qarışdırır, amma buna baxmayaraq, bu səylər nəticəsiz qalacaq. Qalstanyana gəlincə, keşişdən nə lider olar, onu nə də cəmiyyət qəbul edər.

Ermənilər üçün çıxış yolu Nikol Paşinyandadır. Nikol bu quldur dəstəsinin bir neçə üzvünü həbsə atmalıdır. Amma o, həddindən artıq yumuşaq davranır, onların da ayaqlarının altı yer alır. Hesab edirəm ki, Nikol Paşinyan və komandası onlara qarşı ardıcıl və bir az da sərt olmalıdır. Yalnız bu halda sabitlik yaratmaq mümkün olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Bu gün, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Bu gün, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Bu gün, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Bu gün, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Bu gün, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Bu gün, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Bu gün, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
Dünən, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
Dünən, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
Dünən, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Dünən, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
Dünən, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
Dünən, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
Dünən, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
Dünən, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
Dünən, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
Dünən, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
Dünən, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Dünən, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
Dünən, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
Dünən, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
Dünən, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
Dünən, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
Dünən, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
Dünən, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
Dünən, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
Dünən, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Dünən, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
Dünən, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
Dünən, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
Dünən, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
Dünən, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
Dünən, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Dünən, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
Dünən, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
Dünən, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
Dünən, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
Dünən, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Dünən, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
Dünən, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
Dünən, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
Dünən, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
Dünən, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
Dünən, 12:26
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır
Dünən, 12:23
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək - Özü açıqlayıb
Dünən, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru