Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                     Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu .....                     Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: .....                 

Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə... - Görünəni odur ki...
Tarix: 4-05-2024, 11:28 | Çap et
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
Elçin Alıoğlu - TREND


Ermənistanda "qarabağlılar klanı" adlanan qruplaşmanın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın tandemi Erməni Apostol Kilsəsi (EAK) ilə fəaliyyətlərini birləşdirməkdədir.

Baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün bu üçlüyün malik olduqları bütün vasitələrə və metodlara əl atacaqları şübhəsizdir.

R.Köçəryanın başçılıq etdiyi "Ermənistan" müxaltifət fraksiyasının deputatları qapalı toplantı keçiriblər.

Toplantıda ölkədəki vəziyyət, xüsusilə də Tavuş (Tovuzqala) rayonundakı hadisələr, Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasının gedişatı müzakirə olunub. Çıxış edən R.Köçəryan deputatlardan "parlamentdə və küçələrdəki mübarizədə daha fəal olmağı" tələb edib.

"Ermənistan"ın parlamentdəki fraksiyasının rəhbəri Seyran Ohanyanın dediyinə görə, R.Köçəryan "ölkədəki situasiya ilə bağlı fəaliyyətdən bəhs edib, zəruri məsləhətlər verib".

Daha sonra isə EAK-ın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstyanyan əvvəlcə bütün ermənilərin katolikosu 2-ci Qaregin, daha sonra isə Robert Köçəryanla görüşüb.

Ermənistan mediasında yer alan məlumatlara görə, görüş zamanı keşiş Baqrat Tavuş rayonunda 32 ildən bəri erməni işğalında olan, indisə azad edilərək Azərbaycana təşvil veriləcək 4 kənddə məskunlaşmış ermənlərin "Paşinyan hakimiyyətinə qarşı çıxmadıqların"dan şikayətlənib.

Keşiş Baqrata məsləhət bilinib ki, əsas mübarizə İrəvan küçələrində aparılmalıdır. Ən əsası isə, son günlərdə Ermənistanın müxtəlif məkanlarında yolları bağlayan, N.Paşinyanın istefasını və delimitasiya-demarkasiya prosesinin dayandırılmasını tələb edən qruplar birləşməli, fəaliyyətlərini "qarabağlılar klanı" və Erməni Apostol Kilsəsi ilə birgə reallaşdırmalıdır.

Robert Köçəryansa arxiyepiskop Baqrata "Tavuşdan İrəvanadək tərəfdarları ilə piyada yürüş etməyi" çıxış yolu kimi təklif edib.

R.Köçəryanın sözlərinə görə, N.Paşinyan da Serj Sarqsyanın istefasını tələb edəndə belə yürüş etmiş, yol boyunca ətrafına yığışan tərəfdarların sayını fasiləsiz artırmışdı.

Bütün ermənilərin katolikosu 2-ci Qaregin bu ideyanı bəyənməyib və arxiyepiskop Baqratın "İrəvana yürüş"ün uğur ehtimalının çox az olduğunu vurğulayıb.

Tərəflər saatlarla davam edən müzakirələrdən sonra ilkin sövdələşmə əldə ediblər. Robert Köçəryan Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasına etiraz edən, N.Paşinyanın istefasını istəyən və yolları bağlayaraq etiraz aksiyaları təşkil edən qruplara maliyyələşdirdiyi mass-media vasitələrinin, 3 telekanalın və bloqerlərin informasiya dəstəyini vəd edib.

Təbii ki, bəhs olunanlar aşkarlanan faktlardır və onlar qıısa müddətdə əvvəlcə R.Köçəryanın köməkçiləri, sonra da "Ermənistan" fraksiyasının mənsubları tərəfindən "qətiyyətlə" təkzib olundu.

Erməni Apostol Kilsəsi (EAK) bəhs olunan görüşlə müzakilərin "əsassız iddialar" olduğunu bəyan edib.

Lakin reallığı danmaq mümkün deyil.

Arxiyepiskop Baqrat Qalstanyan müstəqil fəaliyyət göstərmir. Onun bütün açıqlamaları, bəyanatları, Tavuş rayonundakı isterik davranışı EAK-ın təlimatları çərçivəsindədir.

Bu keşiş bütünlüklə, total şəkildə idarə olunan fiqurdur və Nikol Paşinyan mediası onu "Ermənistanın keşiş Qapon"u adlandırır.

Bir zamanlar Kanadada fəaliyyət göstərərk EAK-ın Kanada yeparxiyasının arxiyepiskopu olmuş B.Qalstyanyan orada kütlli miqdarda yeyintilərlə məşğul olmuş, bu ölkədəki erməni kilsələrini müflis duruma salmışdı.

Kanadadadı erməni icmasının səbr kasasını daşdıran B.Qalstyanın biabırçı şəkildə qovulmasını önləmək üçün Eçmiədzin onu təcili şəkildə Ermənistana qaytarararaq Tavuş rayonuna yollamışdı.

Ermənistanınn baş naziri Nikol Paşinyandan fərqli olaraq, R.Köçəryan, S.Sarqsyan və 2-ci Qaregin qonşu ölkələrə qarşı ərazi iddialarından, kliniki psixoz həddinə çatdırılmış revanşizmdən, uydurma əsatirlərə və saxtakarlığa əsaslanmış yalançı tarixdən, “dənizdən dənizə Böyük Ermənistan” idefiksindən və yeni hərbi əməliyyatlara çağırışlardan əl çəkmək niyyətində deyillər.

30 il Ermənistanı idarə edən və ölkənin resurslarını istismar edərək milyardlarla dollarlıq sərvətyə yiyələnən Robert Köçəryan və Serj Sarqsyan hakimiyyətdə olduqları illərdə ətraflarına topladıqları, əslən Qarabağdan olan ermənilərdən ibarət «qarabağlılar klanı» formalaşdırıblar.

Həmin klan hazırda Ermənistanın iqtisadiyyatında istisnasız olaraq bütün sahələrdə təmsil olunmaqla yanaşı, daxili siyasətdə də ciddi təsir rıçaqlarına malikdir.

Kənardan təsir altında olan klanın əsas məqsədi Nikol Paşinyanın devrilməsi, hakimiyyətə qayıdışın təminatıdır. Amma onların «come back» şansları azdır, çünki Ermənistan cəmiyyətində 2-ci Qarabağ Müharibəsindən sonra pərişanlıq və ümidsizliyin artması, N.Paşinyana olan etimadın azalması ilə müşayiət olunan proseslər yaşansa da, ermənilərin əksəriyyəti Köçəryan-Sarqsyan duetinə rəğbətlə yanaşmırlar. Tam əksinə, onlar “sabiqlər”in qayıdışına imkan verməməyə hazır olduqlarını vurğulayırlar: Ermənistanda keçirilən bütün rəy sorğularının total əksəriyyətinin nəticələri belədir.

Ermənistan Qərbə meylli siyasəti çıxış yolu bilir, orta statistik ermənilərin böyük qismi də ölkənin üzləşdiyi böhranlardan, ağır vəziyyətdən, xarici siyasətdəki laübələrdən və vurnuxmalardan qurtulmağın yeganə variantı qismində Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsində, perspektivdə isə bu struktura və habelə, NATO-ya üzv olmaqda görürlər.

Avropa İttifaqı ilə bağlı ermənilərin planları nə zamansa, çox uzaq perspektivdə bəlkə də reallaşsın, ola bilər. Amma Ermənistanın Şimali Atlantika Alyansına qoşulması idefiksinin özü belə, Rusiyanı və İranı ifrat dərəcədə qıcıqlandırır.

İrəvanın NATO arzularını Moskva ilə Tehran bölgədəki maraqlarına, geosiyasi və geostrateji təhlükəsizliklərinə birbaşa təhdid bildikləri üçün Ermənistanın NATO xəyalı elə illüziya olaraq qalacaq.

Köçəryan-Sarqsyan duetinin planları merkantil, siyasi mənafelər və iqtisadi istəklər müstəvisindədirsə, Ermənistan Apostol Kilsəsi (EAK) əsrlərdən bəri yürütdüyü doktrinadan əl çəkməyərək erməniləri hələ də puç arzular, revanşizm, etnik və dini zəmində nifrətə köklənmiş dözülməzlik, saxta tarixin təşviqatına əsaslanan ehkamlar çərçivəsində saxlamağa çalışır.

Ermənistan cəmiyyətindəki revanşizm, aqressiya, ərazi iddiaları və s. kimi ağır, ilk növbədə ermənilərin özləri üçün təhlükəli fəsadların da müəllifi EAK-dır.

Xristianlığın bütün başqa formalarından tam fərqli olan, kilsələrdəki vəzlərdə daim ərazi iddialarını və fantom siyasi “ağrı”ları, “itirilmiş torpaqların mütləq geri qaytarılmasının vacibliyi”ni gündəmdə saxlamağa çalışan Eçmiədzin ölkədəki hakimiyyətə nifrətini gizlətmir.

Katolikos 2-ci Qaregin indiyədək dəfələrlə, daimi qaydada N.Paşinyana qarşı yönələn bəyanatlarla çıxış etməklə yanaşı, erməniləri rəsmi İrəvana qarşı çıxmağa çağırır.

“Qarabağlılar klanı” və EAK-ın tandemi hazırda xarici ölkələrdəki erməni diasporunu da prosesə öz tərəflərində qataraq N.Paşinyan hakimiyyətinə qarşı birləşmiş düşərgə formatında çıxış etmək istəyirlər.

Bu qüvvələrin birləşməsi isə İrəvandakı mövcud iqtidar üçün olduqca ciddi problemlər yarada bilər.

Hələ ki, N.Paşinyan ABŞ, Fransa və Avropa İttifaqının vəd etdiyi dəstəyə güvənərək geri çəkilmək niyyətində deyil.

O, rəqiblərindən fərqli olaraq anlayır ki, Azərbaycanla sülh sazişinin imzalanmasının, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyasının, Bakı və Ankara ilə normal dövlətlərarası münasibətlərin qurulmasının, sərhədlərin açılmasının və kommunikasiyaların bərpasının alternativi yeni qarşıdurma, yeni münaqişədir.

Həmin münaqişədə Ermənistanın dağıdıcı məğlubiyyətlə üzləşmə şansı isə həddən ziyadədir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Bu gün, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Bu gün, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Bu gün, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Bu gün, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Bu gün, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Bu gün, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Bu gün, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
Dünən, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
Dünən, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
Dünən, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Dünən, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
Dünən, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
Dünən, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
Dünən, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
Dünən, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
Dünən, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
Dünən, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
Dünən, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Dünən, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
Dünən, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
Dünən, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
Dünən, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
Dünən, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
Dünən, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
Dünən, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
Dünən, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
Dünən, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Dünən, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
Dünən, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
Dünən, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
Dünən, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
Dünən, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
Dünən, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Dünən, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
Dünən, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
Dünən, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
Dünən, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
Dünən, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Dünən, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
Dünən, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
Dünən, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
Dünən, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
Dünən, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
Dünən, 12:26
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır
Dünən, 12:23
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək - Özü açıqlayıb
Dünən, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru