Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                     Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu .....                     Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: .....                 

Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya... - Ermənistanda xaos gözlənilir?
Tarix: 4-05-2024, 11:48 | Çap et
Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya...
Ermənistanın sabiq prezidenti Robert Köçəryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digər bölgələrdə yolları kəsməklə məşğul olur. Bununla da Köçəryan ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün növbəti dəfə şansını sınamaq qərarına gəlib.

Kilsə ilə ittifaq

Tavuş rayonunun kəndlərində davam edən etiraz aksiyalarının rəhbərinin Baqrat olması diqqətdən yayınmayıb. Uzun müddətdir baş nazirə qarşı kəskin çıxışlar edən din xadiminin Robertlə də əlaqəsi üzə çıxıb. Bir neçə il əvvəl Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan eks-prezident 2021-ci il 17 fevral tarixində keçirilən mətbuat konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o, qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı. 2021-ci ildə Robert Köçəryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək, hakimiyyətə qayıdacaqlarına ümid edirdilər. Bu səbəbdən də tərəflər arasında gizli görüş keçirilir və razılaşdırılır ki, əgər Köçəryan hakimiyyətə qayıtsa, Baqrat katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda “döyüşə atılıb”.

Srbazanın iç üzü

Srbazanın ən böyük arzusu isə katolikos olmaqdır. Bu səbəbdən din xadimi baş nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq, özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxır. Tavuş hadisələri isə məsələnin duz-istiotu olub. İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl atacağının işarəsini verib və “Yerkrap”ın rəhbəri Sasun Mikaelyana səslənib. Bu isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma həvəsindən xəbər verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə bəyan edib ki, bu aksiya uğursuz olsa, nəticə əldə edilməsə də, özünü yaxşı reklam edə bilib.

Köçəryanın dəstəsi iş başında

Köçəryan texnoloqları hakimiyyəti devirmək üçün “dahiyanə” üsula əl atmaq qərarına gəliblər. “Ermənistan” bloku və Daşnaksütyun fəalları ilə gizli razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq ideyası ortaya atılıb. Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla yolları bağlamağa cəhd göstəriblər. Hədəf İrəvanın mərkəzi küçələri və dövlətlərarası şose yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış etiraz aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən müxalifətin KİV-lərində yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı izdiham kimi qələmə vermək siyasəti yürüdülüb. Təşkilatçılar bununla evlərində oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını böyütmək niyyəti güdüblər. Amma plan əks-effekt verib.

Köçəryan “komandası”nın ifşası

Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Köçəryan da gözə dəyib. Bu şəxs 2021-ci il parlament seçkilərində Robert tərəfindən işə götürülüb və seçkiöncəsi kampaniyanı idarə edib. Onun yanında isə David Saakyants olub. Bu şəxs isə Köçəryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və bu işdən külli miqdarda pul qazanır. Noyemberyan-Baqratşen yolunda təxribata cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar olduğu üzə çıxıb. İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi təqdim edən şəxsin hərbçi olmadığı da məlum olub. Başqa bir fakt: İrəvan küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün başqa rakursdan başqa bir aksiya kimi müxalif KİV-də təqdim edilib.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya isə elə erməni KİV tərəfindən ifşa edilib və lağa qoyulub. Məlum olub ki, etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş üzvüdür. Bu şəxs bu vəzifələrdə Köçəryanın hakimiyyəti illərində çalışıb.

Paşinyan hərəkətə keçdi

Təbii ki, bu hadisələrin Köçəryan tərəfindən idarə olunması hakimiyyət tərəfindən cavabsız qala bilməzdi. Elə bu səbəbdən də Ermənistanın baş prokuroru Anna Vardapetyan bəyan edib ki, ikinci prezident Robert Köçəryan və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın onlarla daşınmaz əmlakı və yüz milyonlarla dollar vəsaiti qanunsuz olduğu üçün müsadirə ediləcək. Təkcə Köçəryan və onun ailəsinin yeddi üzvünün 25 daşınmaz əmlakı, beş nəqliyyat vasitəsi, dörd milyon dollarlıq səhmi əlindən alınmalıdır. Prokurorluq Köçəryanın Ermənistanda və xaricdə 16 hüquqi şəxsin fəaliyyətində iştirakına xitam verməyə çalışır.

"Kaspi" qəzeti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Bu gün, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Bu gün, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Bu gün, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Bu gün, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Bu gün, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Bu gün, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Bu gün, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
Dünən, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
Dünən, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
Dünən, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
Dünən, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Dünən, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
Dünən, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
Dünən, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
Dünən, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
Dünən, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
Dünən, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
Dünən, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
Dünən, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Dünən, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
Dünən, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
Dünən, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
Dünən, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
Dünən, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
Dünən, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
Dünən, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
Dünən, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
Dünən, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
Dünən, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
Dünən, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
Dünən, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
Dünən, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
Dünən, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
Dünən, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
Dünən, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
Dünən, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
Dünən, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
Dünən, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
Dünən, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Dünən, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
Dünən, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
Dünən, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
Dünən, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
Dünən, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
Dünən, 12:26
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları toplanır
Dünən, 12:23
Paşinyan İlham Əliyevin bütün tələblərini icra edəcək - Özü açıqlayıb
Dünən, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru