“Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                 

Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Tarix: 6-05-2024, 00:02 | Çap et
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər”
Nikol Paşinyan tez-tez bəyan edir ki, o, atdığı addımlarla 29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistanı qoruyur və nəticədə respublikanın suverenliyi möhkəmlənir. Baş nazir bununla da açıq şəkildə göstərir ki, Ermənistanın qonşu ölkələrə qarşı heç bir ərazi ambisiyası yoxdur.

“O, həqiqətən də suveren olduğumuzu göstərmək üçün Ermənistanın “forpost”a çevrilməsinə imkan verməyəcəyini xüsusi olaraq vurğulayır və müvafiq olaraq, anti-Rusiya təbliğatına təkan verir. İlk baxışdan belə bir təəssürat yarana bilər ki, Ermənistan Rusiya asılılığından qurtulsa, bu, bizim müstəqil qərar qəbul etmək və daha müstəqil olmağımıza kömək edəcək. Eyni zamanda, Ermənistan hakimiyyəti Qərbə doğru addımlar atmağa çalışır. Amma Qərb bizim regionda praktiki olaraq yoxdur”, - İrəvanda çıxan “Past” (“Fakt”) qəzeti yazır.

Qərb hərbi-siyasi bloku Cənubi Qafqazda daha çox NATO şəklində, onun üzvü olan Türkiyə vasitəsilə mövcuddur.

“Rusiya regionu tərk edərsə, indiki vəziyyətdə yaranan boşluğu yalnız Türkiyə doldurmağa qadirdir və bunun üçün lazımi resursları var. Təsadüfi deyil ki, Qərb analitik dairələrində Rusiyanı regiondan məhz Türkiyə vasitəsilə sıxışdırmaq məsələsi müzakirə olunur. Düzdür, Türkiyə əvvəlki kimi Rusiya ilə əməkdaşlığı davam etdirir. Lakin eyni zamanda, Ankara Rusiyanın Ukraynada davam edən münaqişə nəticəsində zəifləməsini gözləyir ki, lazımi anda arxadan zərbə endirsin”, - nəşr yazır.

“Hazırda Ankaranın bölgəmizə təsiri xeyli artıb. Çünki Azərbaycan faktiki olaraq Türkiyənin nəzarəti altındadır, Gürcüstanda isə Türkiyə kapitalı üstünlük təşkil edir. Təkcə Ermənistan məsələsini həll etmək qalır və onların nail olmaq istədiyi kimi Cənubi Qafqaz Türkiyənin nəzarətində olacaq”, - material müəllifi iddia edir.

“Təsadüfi deyil ki, Ankara Bakı vasitəsilə sırf bizim dövlətimizin daxili məsələləri olan ilkin şərtlər irəli sürür. Məsələn, İlham Əliyev bildirir ki, Ermənistan konstitusiyasını dəyişməlidir. Əslində, Türkiyə və Azərbaycanın tələbi ondan ibarətdir ki, biz onların diktə etdiyi konstitusiya qəbul etməliyik. Türkiyə və Azərbaycan bir qədər də irəli gedərək Ağrı dağın təsvirini Ermənistan Respublikasının gerbindən çıxarmağı tələb edirlər. İstisna deyil ki, zaman keçdikcə Türkiyə və Azərbaycan yeni ilkin şərtlər irəli sürəcəklər. Məsələn, azərbaycanlıların Ermənistana qayıtmaq hüququnun qanuni şəkildə tanınması. Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl bir çox “şəffaf” işarələr verməsi diqqət çəkir. Onun sözlərinə görə, hazırda regionda “yeni nizam” yaradılır və “əsassız xatirələri” bir kənara ataraq, indiki zamanın reallıqlarından çıxış etmək vaxtı çatıb. Türkiyə lideri nəsihətlərini Paşinyanı təriflə möhkəmləndirib və qeyd edib ki, “indi o da bunu başa düşür”, - “Past” qəzeti qeyd edir.

Nəşr daha sonra Türkiyə-Azərbaycan tandeminin “diktəsi ilə” regionda yeni münasibətlərin qurulmasının daha bir amilinə diqqət yetirir: Prezident İlham Əliyev bu yaxınlarda Bakının Ermənistana qaz tədarük edəcəyini istisna etməyib.

“Aydındır ki, Türkiyə və Azərbaycan kapitalı, malları və enerjisi Ermənistana daxil olsa, ölkəmiz gələcəkdə gözlənilən ağır nəticələrlə birlikdə bu ölkələrdən iqtisadi asılı vəziyyətə düşəcək. Başqa sözlə, Ermənistan iqtisadiyyatı Türkiyənin ixtiyarında olacaq və əgər bir gün Ankara yenidən məhdudiyyətlər tətbiq etmək qərarına gəlsə, Ermənistan iqtisadiyyatı çökə bilər”, - “Past” hesab edir.

Nəşr Ermənistanın hazırkı hakimiyyətinin “Türkiyə-Azərbaycan şərtlərini bir-birinin ardınca yerinə yetirmək yolu ilə getdiyini” güman edir.

“Paşinyan respublikanın konstitusiyasının və gerbinin dəyişdirilməsi mövzusunu təsadüfən siyasi gündəmə gətirməyib. Belə çıxır ki, bizim hakimiyyət ölkəni “forpost” (Rusiyanın - red.) statusundan çıxarmaq, Ermənistanın suverenliyini möhkəmləndirməkdən danışsa da, əslində ölkəni “türk kəndinə” çevirmək yolu ilə aparır”, – qəzet yazır.

Erməni mətbuatının bu cür iddiaları nə dərəcədə doğrudur? Onlar nəyə aparır, hansı nəticələrə səbəb ola bilər? Bəlkə, bu cür iddialar erməni cəmiyyətində parçalanmanı dərinləşdirməyə, nəticədə onu vətəndaş müharibəsinə sürükləməyə və ya mövcud hakimiyyəti devirməyə yönəlib?

Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, hesab edir ki, Ermənistandakı vəziyyəti bu gün Gürcüstanda baş verənlərdən ayrı nəzərdən keçirmək kökündən yanlışdır. “Dünya və regional geosiyasi mərkəzlər arasında Cənubi Qafqaz uğrunda gedən mübarizənin intensivləşməsi bu ölkələrin elitasında və cəmiyyətlərində anormal ziddiyyətlərə səbəb olub. Biz qərbyönümlü Gürcüstan müxalifətinin “xarici agentlər haqqında qanuna” qarşı etiraz mitinqlərini müşahidə edirik və rusiyapərəst ermənilərin Azərbaycanın bir sıra işğal olunmuş ərazilərinin bu torpaqların əsl sahiblərinə qaytarılmasına qarşı təxribatlarını görürük. Paradoksal olan odur ki, Gürcüstanda nümayişçilərə faktiki dəstəyi prezident Salome Zurabişvili verir və nə qədər qəribə olsa da, erməni etirazının başında Erməni Apostol Kilsəsinin özü dayanır... Məncə, Gürcüstan və Ermənistan hakimiyyətləri öz ölkələrində real çevriliş cəhdi ilə üz-üzədirlər”, - ekspert deyir.

O hesab edir ki, Gürcüstandakı milli yönümlü hökumət, ölkəyə Aİ üzvlüyünə namizəd statusunun yenicə verilməsinə baxmayaraq, millətin və regionunun gələcəyi ilə bağlı müzakirələr və qərarların qəbulu zamanı Avropanı nəzərə almadan öz qanunvericilik standartlarını tətbiq etmək və həlledici səs hüququna malik olmaq uğrunda mübarizə aparır.

“Ermənistanda vəziyyət başqadır - burada Qərb Nikol Paşinyanın köməkliyi ilə Rusiyanın forpost ölkəsinin ictimai-siyasi həyatına nüfuz etmiş “rus ruhunu” damla-damla sıxışdıraraq çıxarır. Bu zaman bir sıra qərbli siyasətçilər Rusiya və İrana qarşı “ikinci cəbhə” açacaqlarına və yaranmaqda olan türk geosiyasi birliyinə qarşı müqavimət göstərə biləcəklərinə ümid edirlər.

Amma etiraf etmək lazımdır ki, Paşinyan çətin proqnozlaşdırılan və avantürist siyasətçidir. Erməni güc elitasının gələcək seçimi isə həqiqətən də, qonşuları ilə “dinc yanaşı yaşama” proyeksiyasına qədər daralır. Yeganə alternativ “Ermənistan layihəsinin” faktiki bağlanması və bir vaxtlar dövlət olan bu qurumun tarixin arxivinə göndərilməsi kimi kədərli səyahət ola bilər. Ermənistanda bunu artıq dərk edirlər. Ona görə də, bu ölkənin yüksək vəzifəli şəxslərinin çıxışlarında “şüur işartıları” görünür.

Ümumiləşdirsək, əminliklə deyə bilərik ki, Ermənistan və Gürcüstanın hakimiyyət orqanları öz səlahiyyətlərini qoruyaraq, status-kvonu saxlaya bilsələr, regionun hər üç ölkəsi üçün vahid geosiyasi alqoritmin qurulması mümkün olacaq”, - deyə Rzaquliyev yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Bu gün, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Dünən, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Dünən, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Dünən, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Dünən, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Dünən, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Dünən, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Dünən, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
17-05-2024, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
17-05-2024, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
17-05-2024, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
17-05-2024, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
17-05-2024, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
17-05-2024, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru