`Cinema Plus` da müştərilərlə məzələnir... - BU DA FAKT!!!
Tarix: 6-05-2024, 08:54 |
Çap et
"Şikayətim "Cinema Plus"dandır. Dia-az.info bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paulaşımında Yalçın Nəzərov adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: " "UFC 300" turnirinə ESPN-dən alıb izlətmək əvəzinə Rusların "Боец" kanalından götürüb qoyurlar müştərinin qabağına, keyfiyyət də sıfır...
"Боец"dən baxan idiksə, elə oturub evdən çipsimizi, kolamızı alıb baxardıq da...
Özlərinin satdıqları da od tutub yanır. "Red Bull" 7manata... Bu qeyri-peşəkarlıq üçün "Cinema Plus" bizə 22 manatlıq "komfort"u laiq gördüyünə görə də bir "əhsən" düşür..."