Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Tarix: 6-05-2024, 18:04 |
Çap et
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Dia-az.info xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
İki dövlətin ekspert qruplarının işi davam edir.