600 manata telefon aldı, o da zay çıxdı... - Aldığı dükan isə...
Tarix: 7-05-2024, 08:36 |
Çap et
"Mart ayında, Yasamalda yerləşən "Telemobayl" mağazasından "Poco" mobil telefon aldıq..." Dia-az.info bildirir ki, bunu Rəna Məmmədova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edir.
Narazı vətəndaş daha sonra yazır: "Telefon 3 həftə işlədi. Öz-özünə söndü yanmadı. Zəmanət talonu olduğu üçün aparıb mağazaya verdik. Bir həftə sonra, "təmir etdilər". "işləyir"deyib, yeni zəmanət talonu ilə qaytardılar.
Dünən kart taxıb işlətdik. 1-2 saatdan sonra əcaib səslər çıxartdı, söndü. Bu gün yenidən talonla aparıb mağazaya verdik. "Zavodskoy deffektdi" deyib təmirə göndərdilər.
600 manat verib, bir ay işlətmədiyim telefona görə mən nə etməliyəm? Mağaza onu qaytarmalıdır, yoxsa dəyişməlidir? Bizdə belə qanun var?"