"City Construction Group" təşkilati-hüquqi formasını dəyişir
Tarix: 7-05-2024, 13:56 |
Çap et
"City Construction Group" təşkilati-hüquqi formasını dəyişir.
Dia-az.info xəbər verir ki, bu barədə şirkətin rəhbərliyi qərar verib.
Qərara əsasən, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdən Mənzil-Tikinti Kooperativinə çevrilib.
Qeyd edək ki, "City Construction Group" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi türkiyəli iş adamı Ahmet Tanyıldızdır. "City Construction Group" 2019-cu ildə "Elektroterm-1" MMC şirkətini də alıb.