“Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                 

Naxçıvana maneəsiz, yoxsa sadələşdirilmiş keçid... - Bakının şərti dəyişir?
Tarix: 7-05-2024, 10:52 | Çap et
Naxçıvana maneəsiz, yoxsa sadələşdirilmiş keçid...
Azərbaycan və Ermənistan arasında sülh anlaşması yönündə danışıqlar irəlilədikcə Zəngəzur dəhlizi məsələsinə də yəqin ki, xeyli dərəcədə aydınlıq gələcək. Ona görə ki, hər iki halda söhbət qarşılıqlı etimad mühitinin gücləndirilməsindən gedir.

Əslində erməni tərəfinin dirənişinə lüzum yoxdur. Çünki dünyada ölkələrin materik hissəsi ilə eksklavı arasında əlaqəyə dair uğurlu nümunələr, beynəlxalq hüququ gözardı eləməyən müsbət praktika var. Rusiyanın anklav ərazisi olan Kalininqrad vilayəti kimi. “Litva kommunikasiyaların açılması kontekstində Rusiyanın Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini İrəvan və Bakı ilə bölüşüb”. Bunu Litvanın Ermənistandakı səfiri Andrius Pulokas erməni mediasına açıqlamasında bildirib. O, Litva və Ermənistanın coğrafi baxımdan oxşarlığına diqqət çəkərək deyib: “Rusiya Federasiyasının Kalininqrad vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi eksklavdır və ölkənin əsas ərazisi ilə rabitəsi vacibdir. Litvanın AB-yə daxil olması bu sahədə də həlledici rol oynadı. AB, Litva və Rusiya "Kalininqrad tranziti" adlandırılan sxem üzrə razılığa gəliblər və indi hətta Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə, materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər". Səfir vurğulayıb ki, tərəflər (Rusiya və Litva) iki əsas mühüm komponentdə razılığa gələ biliblər: “Litvanın öz ərazisinə tam nəzarəti və lazımsız maneələr olmadan tranzit zamanı səyahətçilər üçün maksimum rahatlıq. Düşünürəm ki, bu sadələşdirilmiş tranzit modelinin bəzi elementləri insanların Ermənistan ərazisindən keçməsinin tənzimlənməsində faydalı ola bilər”. Bəs sadələşdirilmiş tranzit nə demək? Bakı buna gedərmi? Yeri gəlmişkən, istisna deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində may ayının 10-da keçirəcəkləri görüşdə bu məsələ də müzakirə olunacaq.

Məlumdur ki, rəsmi Bakı Azərbaycandan Azərbaycana - Naxçıvana maneəsiz keçid tələb efir. Hər hansı yoxlama maneə demək deyil ki? Xatırladaq ki, 10 noyabr (2020) kapitulyasiya sənədinin 9-cu bəndi də maneəsiz hərəkəti ehtiva edir. Hərgah, məlum olaylardan sonra bu sənəd öz qüvvəsini itirmiş kimidir. Belədirmi? Hazırda müzakirələr nə yerdədir, Bakını hansı yekun variant qane edə bilər?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Litvanın Ermənistandakı səfirinin Zəngəzur dəhlizi, daha dəqiqi, Azərbaycanın bir hissəsindən digərinə sərnişin və yüklərin daşınması ilə bağlı açıqlaması özlüyündə müsbət haldır: “Çünki Qərbdəki bəlli çevrələrin təsiri altında ən azından son 4 ildə bizim regiona yanaşmada qərəzə yol verən, prosesləri sivilizasiyalarası toqquşma kontekstindən dəyərləndirən bir ölkənin səfirinin sözügedən açıqlamanı verməsi o deməkdir ki, onlar dəhlizin açılmasının qaçılmazlığını anlayırlar və bu, təkcə Litvanın mövqeyi deyil. Dəhlizin "Kalininqrad tranziti" sxemi üzrə işləyib-işləməyəcəyinə gəldikdə, Azərbaycan bununla bağlı danışıqlara hazır olduğunu bildirib. Ancaq bizim danışıqlara hazır olduğumuzu deməməyimiz heç də həmin kommunikasiya sxeminin olduğu kimi burada da tətbiq ediləcəyi anlamını daşımır. Çünki burada tarix və digər faktorlar var. Biz Kalininqradın Rusiyanın tərkibinə haçandan qatıldığını və ora tranzitin sırf Litva torpaqlarından keçərək reallaşdırıldığını bilirik. Ancaq Zəngəzur dəhlizinin keçdiyi torpaqların nə vaxt Ermənistana peşkəş edildiyini və sovet dönəmində oradan Naxçıvana necə keçilib-gedildiyini də unutmamışıq. Çünki bir çoxumuz məhz həmin yolla Naxçıvana gedib-gəlmişik. Xatırladım ki, Litva səfirin haqqında danışdığı “sadələşdirilmiş tranzit modeli” özlüyündə iki sənədi ehtiva edir. Onlardan biri Dəmir Yolu ilə Sadələşdirilmiş Keçid Sənədi", ikincisi isə “Sadələşdirilmiş Tranzit Sənədi” adlandırılır. Həmin sənədlərdən ikincisi Kalininqradda yaşayan, işləyən və mülki olanlara, digəri isə yerdə qalan Rusiya vətəndaşlarına verilir. Birinci sənədlə rusiyalılara Kalininqrada ancaq qatarda Litvanı çox qısa müddət ərzində tərk etməklə, ikinci sənədlə isə avtomobillə də getmələrinə izn verilir. Və onlar üçün Litva torpaqlarını keçib getmə müddəti 24 saat müəyyənləşdirilib. Ancaq Litvanın 2024-cü ilin martında atdığı addımlar da göstərdi ki, bu rejimə hər an müəyyən dəyişikliklər də edilə, keçid şərtləri sərtləşdirilə bilər. Ona görə də əminəm ki, Azərbaycan bütün bu detalları nəzərə almaqla “Kalininqrad tranziti” sxeminin Zəngəzur dəhlizi üçün nə dərəcədə yararlı olub-olmadığını müəyyənləşdirəcək".

S.Alıyev digər vacib məqama da diqqət çəkdi: “Üstəlik, o da unudulmamalıdır ki, Rusiyadan fərli olaraq bizim öz torpaqlarımızın bir hissəsindən o biri hissəsinə getməyimiz üçün İrandan keçən və sözügedən dəhlizdən məsafəcə elə də böyük olmayan alternativimiz var. Və Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi də hələ heç kim ləğv etməyib. Burada aprelin 23-də ADA Universitetində keçirilən forumda Prezident İlham Əliyevin yaponiyalı ekspertin sualını cavablandırarkən dediklərini xatırlatmaq, məncə, yerinə düşərdi. "İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil", - mən cənab Prezidentin dediklərini olduğu kimi diqqətinizə çatdırdım. Onu da diqqətinizə çatdrım ki, dövlət başçımız Zəngəzur dəhlizi açılmadan Ermənistanın irəli sürdüyü, arxasında da kimlərin durduğunu yaxşı bildiyimiz “sülh qovşağı”nın reallaşdırılmasının mümkünsüzlüyünü də bildirdi ki, rəsmi İrəvan ən azından keçmişin təcrübəsinə dayanaraq bundan düzgün nəticə çıxarmalıdır. “Keçmişin təcrübəsi” deyərkən mən neft və qazımızın Ermənistan üzərindən daşınması ilə bağlı 90-cı illərdə bizə edilən təzyiqin nə ilə nəticələndiyini nəzərdə tuturam. O təzyiqi edənlər indi “sülh qovşağı”nın arxasındakı güclərdir. Zəif və həmin güclərdən də bir çox baxımdan xeyli asılı olduğumuz zamanlarda onların diqtəsinə boyun əymədiksə, Zəngəzur dəhlizi ilə bağlı şərtlərimiz yerinə yetirilmədiyi təqdirdə kim “sülh qovşağı”nın reallaşacağını fikirləşirsə, qoy fikirləşsin. Necə deyərlər, “xəyala dalmaq zərərli deyil”, zərərli olan xəyalla yaşamaqdır".

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirdi ki, əslində Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndini qəsdən səhv şərh edərək guya Azərbaycanın Zəngəzur ərazisindən keçəcək dəmir yolu və avtomobil yolu üçün eksterritorial yurisdiksiya tələb etdiyini bəyan edir: “Guya bu nəqliyyat dəhlizi ilə Azərbaycan vətəndaşlarının, yüklərinin və nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz keçidi üçün yaradılacaq şərait Ermənistanın həmin ərazilər üzərində yurisdiksiyasının itməsinə gətirəcək. Təəssüf ki, qonşu İran rəsmiləri də öz əvvəlki açıqlamalarında guya bu halda İranla Ermənistan arasında əlaqənin kəsiləcəyini dəfələrlə qabardıblar. Əslində isə üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən şərt beynəlxalq praktikada geniş yayılıb. Həmin bəyanatda göstərilir ki, "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir". Bunun mənası odur ki, Azərbaycan vətəndaşları, yəni sərnişinlər, Azərbaycanın Naxçıvana gedən və geriyə qayıdan yükləri və nəqliyyat vasitələri bu yollardan sərhəd və gömrük yoxlaması olmadan keçəcək. Amma digər yüklər, məsələn, Rusiya Federasiyasına, İrana və sair ölkələrə məxsus yüklər həmin dəhlizdən keçərək, deyək ki, Avropa istiqamətinə gedəcəksə, bu zaman Ermənistan həm sərhəd yoxlaması, həm gömrük yoxlamasını həyata keçirməkdə sərbəst olacaq". S.Məmmədov qeyd etdi ki, eyni zamanda Ermənistanın özü bu nəqliyyat dəhlizindən istifadə etməklə, həm Avropaya, həm Rusiyaya yüklərini, nəqliyyat vasitələrini və vətəndaşlarını göndərə biləcək: “Bu, Ermənistan üçün kifayət qədər sərfəlidir. 35 ilə yaxındır haray salıblar ki, bizi blokadaya alıblar. İndi özləri-özlərini blokadada saxlayırlar bu mənasız dirənişləri ilə. Azərbaycan tərəfi həmçinin Ermənistan ərazisindən keçəcək nəqliyyat vasitələri üçün yol xərclərini də ödəyəcəyini bildirib. Yəni Ermənistan üçün sərfəli bir variandır”. İcraçı direktorun fikrincə, Litvanın Ermənistandakı səfiri Andrius Pulokasın erməni mediasına açıqlamasında bildirdikləri də həqiqətdir: “Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra Litva Rusiyanın sərnişinləri, yük və nəqliyyat vasitələri üzərində nəzarət qoymaq istədi, amma bu alınmadı. Rusiya müqavilə şərtlərini ciddi surətdə tələb etdi və orada Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar çərçivəsində hansısa məhdudiyyətlər qoyuldu. Ötən ilə qədər Xorvatiya özünün cənub ərazilərinə nəqliyyat vasitələrinin gedişi və qayıdışı üçün Bosniya və Herseqovina ərazisinin kiçik bir hissəsindən keçməli olurdu. Bir müddət əvvəl adaları birləşdirən körpü tikildikdən sonra artıq Xorvatiya Bosniya və Herseqovina ərazisindən istifadə etmir. Yəni istənilən qədər misal göstərmək olar. Təklif olunan variant heç bir eksterritorial yurisdiksiya tələb etmir. Bu, sadəcə, Ermənistanın cığallığıdır”. O ki qaldı üçtərəfli bəyanatda həmin dəhlizin mühafizəsinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin həyata keçirməsi məsələsinə, S.Məmmədovun sözlərinə görə, bu, onunla bağlıdır ki, Ermənistanın sərhədlərini Rusiya sərhədçiləri mühafizə edir: “Bu, daha çox Ermənistan-Rusiya məsələsidir. Azərbaycana isə təhlükəsiz və maneəsiz nəqliyyat dəhlizi lazımdır. Bu arada, Ermənistan hakimiyyətinin 4 kəndi qaytarmaqla bağlı Azərbaycanla razılaşmasından sonra və Qazaxıstan görüşü ərəfəsində Ermənistanın daxilində və xaricdə olan qüvvələr və dövlətlər sülh razılaşması istiqamətində gedən prosesləri pozmaq üçün əllərindən gələni edirlər. Bugünlərdə Ermənistanın baş prokurorluğu Paşinyanı konstitusiyanı pozaraq ərazilərini Azərbaycana verməkdə günahlandırıb. Bununla bağlı Ermənistanın təhlükəsizlik orqanlarına sorğu da göndərilib. Absurd ondadır ki, Ermənistanın hətta bəzi rəsmi dairələri və xaricidəki havadarları işğal olunmasına və həmin ərazilərin Azərbaycanın olmasına dair heç bir mübahisənin və şübhənin olmadığı əraziləri Ermənistan ərazisi hesab edirlər. Sülh proseslərində başlanmış müsbət dinamika davam edəcəksə, əlbəttə, Zəngəzur dəhlizi məsələsi də həllini tapacaq, özü də Ermənistanın ərazi bütövlüyünə heç bir xələl gətirmədən. Əks proseslər gedəcəksə, o zaman məsələ bir qədər də uzana bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Bu gün, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Dünən, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Dünən, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Dünən, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Dünən, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Dünən, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Dünən, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Dünən, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
17-05-2024, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
17-05-2024, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
17-05-2024, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
17-05-2024, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
17-05-2024, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
17-05-2024, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru