Vətəndaşlara 300-500 manat müavinət verilməlidir - TƏKLİF
Tarix: 7-05-2024, 12:18 |
Çap et
Bütün vətəndaşlara 300-500 manat müavinət verilməlidir.
Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
O qeyd edib ki, dəfn müavinəti almaqda da problemlər var: “İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”.