Bu şirkətin səhmdarları kreditlərin qaytarılması məsələsini müzakirə edəcək
Tarix: 8-05-2024, 08:57 |
Çap et
“Nadir Quliyev adına Bakı Taxıl” ASC-nin növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü il üçün illik hesabatlarının və yekun mühasibat balansının təsdiq edilməsi
2. Mənfəətin istifadəsinə dair
3. Təşkilati məsələ
4. Cəmiyyətin taxıl tədarükü üçün aldığı kreditlər üzrə borcların qaytarılmasına dair.