“Air India Express”də kadr çatışmazlığı: - 70 reys ləğv edilib
Tarix: 8-05-2024, 09:38 |
Çap et
Hindistanın aşağı büdcəli hava yolu şirkəti “Air India Express”, kadr çatışmazlığı səbəbindən son bir neçə saat ərzində 70-dən çox reysi ləğv edib.
Uçuş cədvəlinin pozulması ilə bağlı məlumatı daşıyıcının mətbuat xidməti təsdiqləyib. “Bəzi stüardessalarımız dünən gecədən başlayaraq son anda xəstələndiklərini bildirdilər ki, bu da uçuşların ləngiməsinə və uçuşun ləğvinə səbəb olub. Rezervasiyanın ləğvindən təsirlənən müştərilərə pulun tam geri qaytarılması və ya başqa bir tarixə pulsuz transfer təklif olunacaq ”, - məlumatda deyilir.
Keçən ay “Air India Express”in kabin heyətini təmsil edən həmkarlar ittifaqı aviaşirkətin zəif idarə olunduğunu və işçilərlə rəftarda bərabərlik olmadığını bəyan edib.
AzVision.az