“Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                 

“Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresinin açılış mərasimi keçirilib
Tarix: 8-05-2024, 10:03 | Çap et
“Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresinin açılış mərasimi keçirilib
Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə mayın 7-də “Təbabətin aktual problemləri - 2024” beynəlxalq elmi-praktik konqresinin açılış mərasimi keçirilib. Bir sıra xarici ölkələrdən tanınmış mütəxəssislərin qatıldığı, artıq bir ənənəyə çevrilmiş konqresin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə tər çiçəklər düzüblər.

Dia-az.info xəbər verir ki, Dövlət Himnimiz səsləndirildikdən və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycanın əsrarəngiz təbiətini əks etdirən sənədli videoçarx nümayiş olunub.

Konqresdə açılış nitqi söyləyən ATU-nun rektoru, professor Gəray Gəraybəyli xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “30 ildən artıq müddətdə erməni işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunub. Ölkəmizdə qısa müddətdə bir sıra qlobal layihələr həyata keçirilib, beynəlxalq arenada qarşılıqlı əlaqələr möhkəmlənib. Hamıya məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox vacib tarixi nailiyyətlər əldə edib, bütün dünyada tanınıb. Ötən illər ərzində Azərbaycan beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərə ev sahibliyi edib. Bu sahədə ölkəmizin zəngin təcrübəsi var. Artıq dünya ölkələri Azərbaycanla ciddi şəkildə hesablaşır, onun tutduğu yolu, onun sülhməramlı siyasətini alqışlayır.

Ona görə də 2023-cü ilin dekabrında keçirilmiş COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar dünya ölkələrinin Azərbaycana verdiyi yüksək dəyərin, inamın, etimadın nəticəsidir”.

Rektor qeyd edib ki, BMT-nin təşkil etdiyi bu ekoloji tədbirin əsas məqsədi dünya dövlətlərini, ekoloqlarını bir araya gətirməkdən, onların birgə fəaliyyət göstərmələrinə əlverişli şərait yaratmaqdan ibarətdir. Hazırda ətraf mühit, qlobal istiləşmə, havanın keyfiyyəti hamını narahat edən qlobal problemlərdəndir. Ona görə də hər bir ölkə bu cür qlobal məsələlərə öz töhfəsini verməlidir: “Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük entuziazmla apardığı ardıcıl və məqsədyönlü işlər təqdirəlayiqdir. Ölkəmiz qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verir. Ətraf mühitin qorunmasını, yaşıl enerji növlərinin yaradılmasını, onun dünya bazarına nəqlini prioritet olaraq qəbul edir. Belə ki, Azərbaycan sağlam gələcək, “Yaşıl dünya” naminə daim lazımi tədbirlər həyata keçirir, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir”.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbabətin aktual problemləri - 2024” elmi-praktik konqresini açıq elan edən rektor Gəray Gəraybəyli beynəlxalq tədbir çərçivəsində ATU-nun əməkdaşları ilə yanaşı, bir sıra ölkələrdən gəlmiş tanınmış alimlərin də çıxışlar edəcəyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov nazir Teymur Musayevin salamlarını toplantı iştirakçılarına çatdırıb və mayın 6-dan başlayıb 8-dək davam edəcək beynəlxalq konqresin işinə uğurlar arzulayıb.

Türkiyənin Yeditepe Universitetinin rekroru, professor Canan Aykut Bingölün videomüraciəti səsləndirildikdən sonra həmin universitetin Süni Mayalanma Mərkəzi, Qadın xəstəlikləri və doğum kafedrasının müdiri, professor Erkut Attar, Harran Universitetinin Ümumi cərrahiyyə və cərrahi onkologiya kafedrasının müdiri, Türk Cərrahi Dərnəyinin həmsədri, professor Ali Uzunköy, Memorial Ankara Xəstəxanasının Orqan transplantasiyası şöbəsinin müdiri, professor Acar Tüzüner, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin baş neyrocərrahı, Neyrocərrahiyyə Mərkəzinin direktoru, professor Qayrat Kariev çıxış edərək, beynəlxalq tədbirin möhtəşəm təşkilinə görə ATU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirib və rektor, professor Gəray Gəraybəyliyə xatirə hədiyyələri təqdim ediblər.

Açılış mərasimində musiqiyə də yer verilib. Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Xalq artisti, Şöhrət ordenli professor Mənsum İbrahimovun ifasında Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımız və eləcə də türk dünyasının birliyindən bəhs edən mahnılar konqres iştirakçılarının alqışları ilə qarşılanıb.

Rəsmi hissənin ardınca tibbin müxtəlif sahələri üzrə plenar sessiyalarla start verilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Bu gün, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Dünən, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Dünən, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Dünən, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Dünən, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Dünən, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Dünən, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Dünən, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
17-05-2024, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
17-05-2024, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
17-05-2024, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
17-05-2024, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
17-05-2024, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
17-05-2024, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru