“Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                     Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır .....                     İntim videolar çəkən polkovniklə bağlı .....                 

Talıbovlar təsisçidən zorla aldıqları universiteti itirdilər - ZAMANINDA İSƏ...
Tarix: 8-05-2024, 11:14 | Çap et
Talıbovlar təsisçidən zorla aldıqları universiteti itirdilər
Naxçıvan Dövlət Universiteti (NDU) yenidən təşkil olunacaq. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qeyd edək ki, Bakı Dövlət Universiteti də daxil, ölkədəki əksər ali məktəbə publik hüquqi şəxs statusu verilib. Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var. Onun üçün mülki hüququn adi hüquqi şəxsləri üçün mövcud olan məhdudiyyətləri yoxdur. Publik hüquqi şəxsin bilavasitə təsisçisi dövlətdir. Universitetlərin bu cür publik hüquqi şəxsə çevrilməsi büdcədən deyil, məhz öz qazancı əsasında inkişafını təmin etməlidir.

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Dövlət Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunduğunu deyib. “Bu, özəl universitetdir və bağlanma da təsisçinin qərarıdır”, - deyə nazir vurğulayıb. Ötən ilin sonunda Naxçıvan Universitetinin lisenziyasının 2024-cü ilin yanvar ayından dayandırılacağı xəbəri yayılmışdı.

Buna səbəb Naxçıvan Təhsil Nazirliyinin universitetdə keçirdiyi yoxlama zamanı ciddi pozuntuların aşkarlanması olub. Artıq Naxçıvan Universitetinin bütün kollektivinə də universitetin fəaliyyətinin dayandırılması ilə bağlı xəbərdarlıqlar edilib.

Naxçıvan Universiteti 1999-cu ildə fəaliyyətə başlayıb. Bu universitetin təsisçisi İsmayıl Əliyev olub. O, həm də Naxçıvan Dövlət Universitetinin müəllimi idi. Sonralar Vasif Talıbov bu universiteti İsmayıl Əliyevin əlindən alıb. Naxçıvan Universiteti Seymur Talıbovun mülkiyyəti oldu. Məlumatlara görə, universitetin infrastrukturu yaxşı vəziyyətdədir. Yataqxanası, korpus binası və şəraiti müasir standartlarla təşkil olunub. Hətta keçən il Naxçıvanın kitab sərgisi bu universitetin binasında keçirilmişdi. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxdı. Qeyd edək ki, Seymur Talıbov 2022-ci ilin sonlarında Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib. Seymur Talıbov uzun illər özünü Naxçıvan Dövlət Universitetinin rektoru kimi aparıb, universitetdə bütün məsələlərə şəxsən nəzarət edib. Universitetdə əlavə təhsilə qəbul, qabiliyyət imtahanları zamanı alınan rüşvət birbaşa Seymur Talıbova çatdırılıb. Universitetdə yoxlamalar başlayacağı xəbərlər yayıldığı günlərdə Seymur Talıbov ərizəsini yazmışdı.

Seymur Talıbov 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyib. 2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub. 2017-ci ildən isə NDU-nun dosenti idi.

Universitetlərin publik hüquqi şəxsə çevrilməsinin üstünlüyü nədir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır: “Publik hüquqi şəxs özü-özünü maliyyələşdirməlidir. Bunun maliyyələşməsində dövlətin rolu başqa subyektlərin rolu kimi kommersiya əsasında ola bilər. Publik hüquqi şəxs statusu alan universitetlər əvvəldə hüquqi şəxs idi, onların öz möhürü, bank hesabları var idi. Lakin hazırda onların hüquqi statuslarının müəyyənləşməsi prosesi gedir. Bilirsiniz ki, Mülki Məcəllədə hüquqi şəxsin yalnız iki forması-kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin adı çəkilmişdi. Amma əslində dövlətin tabeliyində olan elə struktur və qurumlar var ki, onlara kommersiya hüquqi şəxs statusu vermək düzgün gəlmirdi. Verilmiş qərarla universitetlərimiz öz həqiqi statuslarını aldılar. Bundan sonra universitetlərdə dövlət, hər hansı bir müəssisənin və fiziki şəxsin sifarişi ilə təhsil alan tələbələrin ödənişi sifarişçi tərəfindən ödənilir. Publik hüquqi şəxs statusu universitetlərin özünü tanıması, müstəqil fəaliyyətini təmin edən dəyərdir”.

Natiq Ələsgərovun sözlərinə görə, publik hüquqi şəxsə çevrilən universitet hər hansı bir layihə həyata keçirə və ondan əldə etdiyi qazancı istədiyi kimi sərf edə bilər: “Yəni əldə olunan gəlirlər universitetin maddi-texniki bazasının inkişafına, professor-müəllim heyətinin əmək haqlarının artırılmasına sərf edilə bilər. Belə olan halda, təbii ki universitetlərdə rəqabət imkanları artacaq və onların hər biri elm, ictimai fəaliyyətdə, texnoparkların inkişafında daha çox layihələr irəli sürməyə çalışacaqlar ki, qazanc əldə etsinlər. Bununla da universitetlər müəllimlərin əmək haqlarının artırılması, ən yaxşı tələbələrin dövlət və ya universitet hesabına təminatı, sosial vəziyyəti aşağı olan tələbələrə yardım etməyə çalışacaqlar. Bundan başqa, publik hüquqi şəxs statusu olan universitetlər özlərinə nəzarəti gücləndirmiş olacaqlar. Onlar fəaliyyətlərində korreksiya edib yaxşı fəaliyyətlərini genişləndirə bilərlər. Bu imkanın verilməsi universitetlərdə müstəqil fəaliyyətin, özünüdərk imkanlarının və özünə inamın artmasına şərait yaradır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Bu gün, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
Dünən, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
Dünən, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Dünən, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
Dünən, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Dünən, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
Dünən, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
Dünən, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
17-05-2024, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
17-05-2024, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
17-05-2024, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
17-05-2024, 12:30
“Zaxarova təsdiqlədi ki, erməni kilsəsi və revanşistlər...” - Arakelyan
17-05-2024, 12:28
Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: - Kirantsda görüş başladı
17-05-2024, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru