Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı .....                     "Makron ikili oynayır" .....                     “Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                     Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı .....                     Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir .....                     Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi .....                     Yeni Kaledoniyadakı hadisələrə qərəz: .....                     Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb .....                     Nikol Paşinyan Azərbaycana gələ bilər .....                     Qonşuluqda inqilabın ayaq səsləri: .....                     "Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR .....                     Siyasilərin rəsmilərlə görüşü: .....                 

BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR? – “Oliqarx məmurlar bazarı inhisara alıblar və...”
Tarix: 8-05-2024, 17:48 | Çap et
BAKIDA POMİDOR NİYƏ UCUZLAŞMIR?
May ayının ikinci həftəsidir, ancaq pomidorun qiyməti hələ də qış aylarındakından fərqlənmir. Marketlərdə və bazarlarda bu məhsul alıcılara 3.60-5 manat arasında təklif olunur. Hazırda paytaxtda satşa çıxarılan pomidorun əsas hissəsi Bakıətrafı qəsəbələrdəki istixanalardan, eləcə də Şəmkir, Göyçay və s. rayonlardakı fermer təsərrüfatlarından gətirilir.

Xatırladaq ki, ötən ilin may ayında pomidor 2.50-2.80 manat arası təklif olunurdu - indiki qiymətlərlə müqayisədə təxminən iki dəfə ucuz. Qiymətlərin yüksək olması alıcıları da narazı salır. Marketlərdə apardığımız müşahidələr göstərir ki, başqa tərəvəz məhsulları ilə müqayisədə pomidor alanlar azdır. Bəzi alıcılar isə bir neçə ədəd, ən yaxşı halda 1 kiloqram pomidor alır.

“Bazar Store” marketinin təsərrüfat bölməsinin işçisi deyir ki, qiymətlərin baha olması onlardan aslı deyil. Onun sözlərinə görə, şirkətin müqaviləsi olduğu fermerlər məhsula yüksək qiymət qoyur, ticarət şəbəkələri isə ən yaxşı halda onu 40-50 qəpik marja ilə satır.

“Ucuz olanda gündə azı yarım ton pomidor satılırsa, indiki halda bir neçə yeşik zorla alınır. Bu, market üçün də sərfəli deyil. Xarab olan məhsul da xərcləri artırır, market üçün məhsulun maya dəyərini artırır” – deyə, adının yazılmasını istəməyən “Bazar Store” əməkdaşı bildirir.

Araşdırmalar pomidorun region ölkələri ilə müqayisədə ən baha Azərbaycanda satıldığını göstərir.

Moskvada ticarətlə məşğul olan Maarif Əsgərov “AzPolitika”-ya bildirib ki, pomidor növünə, ölçüsünə görə fərqli qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, Azərbaycandan göndərilən birinici növ pomidor məhsulu topdansatışda 3.60 manata, pərakəndə ticarət mərkəzlərində 4- 4.50 manata satılır.

“Əlbəttə, ucuz qiymətə də yaxşı mal almaq olar. Əgər topdansatışda 2-3 gün ərzində satılmayan mal qalıbsa, onu yarı qiymətə əldə etmək mümkündür” –deyə, Əsgərov bildirir.

Tbilisidə yaşayan jurnalist Avtandil Məmmədov isə bildirir ki, Gürcüstan paytaxtındakı ticarət mərkəzlərində əsasən 2 növ pomidor satılır: “İstixanalarda yetişdirilən, xaricdən gətirilən xırda pomidor növü var, çox dadlıdır, onun qiyməti Azərbaycan valyutası ilə 3.80- 4 manatdır. Amma Azərbaycanda bizim də istehlak etdiyimiz pomidor burada 2.50-2.80, maksimum 3 manatdır”.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərindəki ticarət mərkəzlərində yüksək keyfiyyətli salxım pomidorun qiyməti 2-2.50 manat arasında dəyişir. Dahaa aşağı qiymətə məhsul almaq da olar.

Maraqlıdır ki, Azərbaycanda pomidorun qiyməti yüksək həyat səviyyəsinin olduğu Avropa ölkələri ilə müqayisədə də xeyli yüksəkdir.

Almaniyada yaşayan azərbaycanlı Vüqar Niftiyev “AzPolitika”-ya bildirib ki, ölkədə pomidorun qiyməti 1,50 - 1,80 avro (2.80-3.30 manat) arasında dəyişir. Qeyd edək ki, Almaniyada minimum əmək haqqı 1500 avro (2742 manat), Azərbaycanda isə 345 manatdır.

Niderlandda da pomidorun qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur. Bu ölkədə yaşayan jurnalist həmkarlarımızdan aldığımız məlumata görə, bazarlarda 2.-2.50 manata pomidor almaq mümkündür. Marketlərdə isə toros tomatın kiloqramı 4-5 manata təklif olunur.

Bəs kifayət qədər məhsul yetişdirilən Azərbaycanın yerli bazarlarında pomidorun qiyməti niyə yüksəkdir?

Xatırladaq ki, Azərbaycan adambaşına pomidor istehsalı göstəricisinə görə Portuqaliya, Türkiyə, İtaliya, İspaniya kimi ölkələrdən geridə olsa da, qonşu İrandan, Gürcüstandan, Rusiyadan xeyli irəlidədir. Belə ki, Azərbaycan 2021-ci ildə adambaşına 81,5 kiloqram pomidor istehsal edib. Bu göstərici Türkiyə ilə müqayisədə 2 dəfə az olsa da, İranla müqayisədə 2 dəfə, Rusiya ilə müqayisədə 3,9 dəfə, Gürcüstanla müqayisədə isə 5,3 dəfə çoxdur.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycanda örtülü torpaqlarda yetişdirilən məhsulları istehlakçılara yüksək qiymətlərə təklif edirlər: “Apardığımız araşdırmalar göstərir ki, payız, qış və yaz aylarında Azərbaycan bazarlarında pomidorun qiyməti qonşu ölkələrlə müqayisədə hətta 2-3 dəfə baha satılır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinın məlumatlarına əsaslansaq ölkədə pomidor istehsalının ilbəil artdığını deyə bilərik. Son 10 il ərzində ölkədə pomidor istehsalı 75,2% artıb. Eyni zamanda Azərbaycanın pomidor idxalı 2,2 dəfə azalıb, ixracı isə 4 dəfə artıb. Bu müddət ərzində pomidor istehlakı isə 46,4% artıb”.

V.Məhərrəmli deyir ki, bahalığın səbəbini yalnız pomidor istehsalı sahəsində monopoliyanın olması ilə əsaslandırmaq olar.

Onun sözlərinə görə, istixana komplekslərinin yaradılması üçün dövət hesabına ucuz kredit resursları əldə edən oliqarx məmurlar indi də bazarı inhisara almaqla mal dovriyyəsini artırmaq hesabına deyil, yüksək qiymət hesabına daha çox qazanc əldə edirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı - GƏLİŞMƏ
Bu gün, 00:22
"Makron ikili oynayır" - FAKT BUDUR...
Bu gün, 00:17
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Dünən, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
18-05-2024, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
18-05-2024, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
18-05-2024, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
18-05-2024, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
18-05-2024, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17-05-2024, 12:59
Məktəbli qızı vurub öldürən azərbaycanlı həbs olundu
17-05-2024, 12:54
Baqrat Ter-Petrosyanın adamları ilə görüşdü: - Paşinyana qarşı birləşirlər?
17-05-2024, 12:51
Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu
17-05-2024, 12:50
Razi Əliyeva işində son şahidlər dindirildi
17-05-2024, 12:48
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
17-05-2024, 12:45
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - Belə deyirlər...
17-05-2024, 12:41
Kəramət Böyükçöl də seçkiyə GEDİR?
17-05-2024, 12:32
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi - ƏMR
17-05-2024, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru