Türkiyə kanalları DÜŞMƏN DƏYİRMANINA SU TÖKÜR? .....                     Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb .....                     Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib .....                     Şəki Uşaq İncəsənət Məktəbi ilə bağlı NƏLƏR BAŞ VERİR? .....                     Xanım jurnalist vəzifəyə təyin olundu .....                     Qriqoryan Qətərə gedir .....                     ADNSU-nun Məzun Günü tədbiri .....                     “İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI... .....                     Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil .....                     Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək .....                     Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır .....                     `Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... .....                     Vəfadan onu təhqir edən Türkana: .....                     Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini sınadılar .....                     Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir .....                     Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı .....                     Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu .....                     Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır .....                     Polis Ağcabədidə əməliyyatlar keçirib .....                     Milyonlar xaricə axır: BİZ İSƏ SEYR EDİRİK... .....                     Paşinyan Xameneiyə başsağlığı verdi .....                     Mərkəzi Bankda yeni təyinat .....                     Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? .....                     Lerik rayonunda polis zabiti qəfil vəfat edib .....                     Avropa siyasətinin üfüqündəki Ermənistan... .....                     Direktor haqqında paylaşımlar edən katibə yenidən məhkəmə qarşısına çıxarılır .....                     " `Azercell` kimi cibgir bir özüdür..." .....                     Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... .....                     "Zeytun Pharmaceuticals” MMC .....                     "Mənim ona nəsə deməyim ayıb olar" .....                     Ağstafada təhsil adına BAZAR... .....                     Xızıda özbaşınalıq edən məmur KİMDİR? .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     “Şərurlu İsfəndiyar”: “Həbs edilməmişəm” .....                     Gəncədə bu idarənin məmurları İTTİHAM OLUNUR .....                     Azərbaycanın bərpa etdiyi ədalət .....                     İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR .....                     "Çox təxribatçı addımlar atıldı" .....                     4 manat 50 qəpik çox böyük rəqəmdir .....                     Helikopter qəzasında ölənlərin adları açıqlandı .....                 

Azərbaycan-Bolqarıstan münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Tarix: 9-05-2024, 09:48 | Çap et
Azərbaycan-Bolqarıstan münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu
illər ərzində ölkələr arasında əlaqələr sürətlə və uğurla inkişaf edib.
İndiyənədək ölkələrimiz arasında 65 sənəd imzalanıb. Aparılan fəal siyasi
dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin,
dərinləşsin və yeni nəticələr əldə edilsin.
Təkcə 2024-cü ilin birinci rübündə iki ölkə arasında qarşılıqlı ticarət
təxminən 4 dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, Azərbaycanın
Bolqarıstana ixracı isə 4 dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil
edib. Ölkələr arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya
fəaliyyətlərindən kənara çıxır. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının
ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib
və bu, bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa
sadiqliyimizi nümayiş etdirir. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti
fəaliyyət göstərir.
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə
rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan
verəcəkdir. Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və
geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin
imzalanması mərasimi olub.
Mərasimdə ölkə başçıları “Azərbaycan Respublikası ilə Bolqarıstan
Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə
Bəyannamə”ni imzaladılar. Həmçinin mərasimdə “Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti
arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və
İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”
imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan
Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, 2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac
ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi
gözlənilir. SOCAR keçən il Bolqarıstanda rəsmi olaraq təmsil olunmağa
başlayıb. Azərbaycanın enerji məhsulları, xüsusən də təbii qazı
Bolqarıstana ixrac edilir. Bolqarıstandan olan qonaqlarımız da Azərbaycan
və Gürcüstanda istehsal olunacaq yaşıl enerji layihəsinə maraq göstərirlər.
Prezident İlham Əliyev öz bəyanatında qeyd edib ki, Azərbaycan
qazının ildən-ilə Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250
milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci
ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılan hesablamalar onu
göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı
Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən
50 faizini təşkil edir.
Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir.
Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə
ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaqdır. Hazırda
Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji
kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Azərbaycan Avropa məkanı
üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji
təchizatçısı kimi özünü göstərəcək. Ölkəmizin bu sahədə potensialı kifayət
qədər genişdir və bunu Avropalı tərəfdaşlar bilirlər.
Mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev bu məqama da
diqqəti yönlətdi ki, son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət
dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbi təbii ki, enerji
sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və
perspektivləri də çox müsbətdir.
İki ölkə arasında nəqliyyat sahəsi önəmli əməkdaşlıq
istiqamətlərindəndir. Ölkə başçısının öz çıxışında bildirdiyi kimi:
“Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-
Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun
ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən
təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu
layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq.
Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük
həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da
gücləndirəcək”.
Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında bu
mühüm məqamı xüsusi qeyd etdi ki, bizi ənənəvi dostluq, anlaşma və
qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə
siyasi-strateji dialoq aparırıq. Ən yüksək səviyyədə olan siyasi dialoqumuz
təkcə ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi
firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji
təhlükəsizliyinə töhfə verir. Rumen Radev bu fikri də böyük inamla
vurğuladı ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm,
həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının
şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident
Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz
şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi
Mərkəzi və Şərqi Avropaya birləşdi.
Qeyd edilənləri nəzərə alaraq əminliklə bildiririk ki, qədim ənənələrə
malik Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı
olaraq genişlənəcək və inkişaf edəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
dia-az.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə kanalları DÜŞMƏN DƏYİRMANINA SU TÖKÜR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:24
Kirants kəndində sərhəd dirəkləri quraşdırılıb - Ermənistan KİV
Bu gün, 11:21
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
Bu gün, 11:14
Şəki Uşaq İncəsənət Məktəbi ilə bağlı NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR...
Bu gün, 11:12
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
Bu gün, 11:03
Qriqoryan Qətərə gedir
Bu gün, 10:59
ADNSU-nun Məzun Günü tədbiri 256 500 manata başa gələcək
Bu gün, 10:57
“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:56
Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil - GƏLİŞMƏ
Bu gün, 10:50
Dövlət Xidmətinin şöbə müdiri Metrologiya İnstitutuna müvəqqəti rəhbərlik edəcək - ƏMR
Bu gün, 10:48
Vaşinqton səhvlərini anladı: Bakının önəmi daha da artır - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
`Azəraqrar` MMC-nin SUBSİDİYA FIRILDAĞI... - Büdcəni BELƏ YEYİRLƏR...
Bu gün, 10:44
Vəfadan onu təhqir edən Türkana: - ““TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
Bu gün, 10:26
Məktəblilər yol hərəkəti qaydaları ilə bağlı biliklərini sınadılar - FOTO
Bu gün, 10:21
Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb, məmurlar düzələcək deyir - ETİRAZ VAR...
Bu gün, 10:20
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı - FOTO
Bu gün, 10:06
Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu - FOTO
Bu gün, 10:04
Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır
Bu gün, 10:02
Polis Ağcabədidə əməliyyatlar keçirib
Bu gün, 10:00
Milyonlar xaricə axır: BİZ İSƏ SEYR EDİRİK... - AXI NİYƏ?
Bu gün, 09:59
Paşinyan Xameneiyə başsağlığı verdi
Bu gün, 09:51
Mərkəzi Bankda yeni təyinat - FOTO, DOSYE
Bu gün, 09:49
Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."
Bu gün, 09:47
Lerik rayonunda polis zabiti qəfil vəfat edib
Bu gün, 09:38
Avropa siyasətinin üfüqündəki Ermənistan... - ORDA BELƏ YERİ YOXDUR...
Bu gün, 09:37
Direktor haqqında paylaşımlar edən katibə yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:20
" `Azercell` kimi cibgir bir özüdür..." - NARAZILIQ VAR...
Bu gün, 09:14
Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR
Bu gün, 09:05
"Zeytun Pharmaceuticals” MMC - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 08:59
"Mənim ona nəsə deməyim ayıb olar"
Bu gün, 08:58
Ağstafada təhsil adına BAZAR... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:52
Xızıda özbaşınalıq edən məmur KİMDİR? - GİLEY
Bu gün, 08:49
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bu gün, 08:44
“Şərurlu İsfəndiyar”: “Həbs edilməmişəm” - QAZİLƏRİ OYUNA SALIBLAR
Bu gün, 08:41
Gəncədə bu idarənin məmurları İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 08:39
Azərbaycanın bərpa etdiyi ədalət - İNCƏLƏMƏ
Bu gün, 08:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
Bu gün, 08:35
"Çox təxribatçı addımlar atıldı" - deputat
Bu gün, 08:17
4 manat 50 qəpik çox böyük rəqəmdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:14
Helikopter qəzasında ölənlərin adları açıqlandı - FOTO
Bu gün, 08:09
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır - Diqqət!
Bu gün, 08:04
Gəncədə oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 08:03
Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
Bu gün, 07:57
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub - AÇIQLAMA
Bu gün, 07:51
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
Bu gün, 06:52
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib
Bu gün, 06:50
Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı - GƏLİŞMƏ
Bu gün, 00:22
"Makron ikili oynayır" - FAKT BUDUR...
Bu gün, 00:17
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Dünən, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru