Bu şirkətlər Qarabağda 57,9 milyonluq tikinti və layihələndirmə - İŞLƏRİ GÖRƏCƏK
Tarix: 10-05-2024, 00:02 |
Çap et
Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Qubadlı və Cəbrayıl rayonlarında yaşayış evlərinin layihələndirilməsi və tikintisi ilə bağlı 7 tenderə yekun vurub.
Dia-az.info xəbər verir ki, tenderləri “Amal Group” MMC, “Arxin-M LTD” MMC, Azərdövlətlayihə Dövlət Baş Layihə İnstitutu və Azərinşaatlayihə Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutu şirkətləri udub.
Qalib şirkətlərlə qurum arasında toplam dəyəri 57 970 531 manat məbləğində müqavilələr imzalanıb.