"Çox təxribatçı addımlar atıldı" .....                     4 manat 50 qəpik çox böyük rəqəmdir .....                     Helikopter qəzasında ölənlərin adları açıqlandı .....                     Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır .....                     Gəncədə oğurluq edən şəxslər saxlanılıb .....                     Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA .....                     İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub .....                     Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib .....                     İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib .....                     Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı .....                     "Makron ikili oynayır" .....                     “Hökumət Evi”nin binasını milyon manata bu şirkət .....                     “Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” .....                     Sabunçuda nə qanun var... nə qayda... .....                     Nazir bu direktorla BACARMIR? .....                     Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI .....                     Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? .....                     Regionlarda şagird sayı problemi... .....                     AYNA-nın əsas inzibati binasında .....                     "Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının .....                     "İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını .....                     "Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" .....                     Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... .....                     “Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC .....                     "Modern Hospitaliy" .....                     “Ərimi görmək istəyən bizə gəlsin” .....                     Sosial şəbəkələrdə çılpaq videosunu yayan .....                     Lukaşenkonun Bakıda verdiyi bəyanatın .....                     Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı .....                     Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü .....                     Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı .....                     "Aztelekom"a qarşı qaldırılmış iş üzrə .....                     "Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı .....                     Samirə Mustafayeva AzTV-dən getdi .....                     Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: .....                     "İrşad Electronics" MMC .....                     Müsavatçının Bakıya könüllü olaraq, .....                     ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir .....                     Rəmiş kimdir? .....                     Paris Bakını niyə ittiham edir? .....                 

Zəngəzur dəhlizi iki ölkəni üz-üzə qoydu – “Bunu Ankara və Kreml etməlidir”
Tarix: 9-05-2024, 10:26 | Çap et
Zəngəzur dəhlizi iki ölkəni üz-üzə qoydu
Siyasi şərhçi Səxavət Məmməd Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan da, noyabradək sülh müqaviləsinin imzalanmasının mümkünlüyünə diqqət çəkdi. Sizcə, belə bir zaman kəsiyində və ya bundan tez müqavilənin imzalanması üçün zəmin varmı?

- İstər Azərbaycan, istərsə də Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması barədə müsbət mesajlar verir. Paşinyan da konkret vaxtdan danışır. Ancaq sülh müqaviləsinin imzalanması üçün tərəflərin şərtləri var. O zaman şərtlərlə bağlı ya razılıq əldə olunub, ya da tərəflər şərtlərindən vaz keçib. Məsələn, rəsmi Bakı konkret tələb edir ki, Ermənistan konstitusiyası dəyişdirilməlidir. Nədənsə indiki məqamda bu mümkün görünmür. Çünki 4 kəndlə bağlı Ermənistanda mitinqlər keçirilir. Konstitusiyanın dəyişdirilməsi yönündə Ermənistanda addımlar atılsa, müxalifət və erməni cəmiyyəti buna necə reaksiya verəcək? Bunu demək asan deyil. Ermənistanda keçirilən sorğular da onu deməyə əsas verir ki, Azərbaycanla müsbət əlaqələrə qarşıdırlar.

Düzdür, dövlətlər yönünü hansı səmtə tutsa, cəmiyyətlər də o istiqamətə hərəkət edər, ancaq Ermənistanda bu məsələ bir qədər fərqlidir. Çünki kilsənin və ideologiyanın erməni cəmiyyətində hökmü var. Bundan əlavə, ABŞ, Fransa və Rusiyanın da maraqlarını nəzərə almaq lazımdır. Dünyada baş verən silahlanma, elə iki ölkənin də dünya ilə paralel silahlanması, münaqişə ocaqlarının alovlanmaqda olması onu deməyə əsas verir ki, sülh müqaviləsi deyildiyi qədər asan əldə olunmayacaq. Çərçivə sazişinin imzalanması isə real görünür.

- Paşinyan bildirib ki, xarici işlər nazirlərinin Qazaxıstan görüşündə Almatı bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi müzakirə olunacaq. O, delimitasiyadan danışarkən, SSRİ-nin son xəritələrindən də bəhs etdi. Ermənistan niyə təkidlə Almatı bəyannaməsi və SSRİ-nin son xəritələri üzərində dayanır? Bunlar bizim maraqlarımıza nə qədər uyğundur?

- Almatı bəyannaməsinin əsas götürülməsi və həmin dövrə aid xəritələr üzərindən delimitasiya işlərinin aparılması Azərbaycanın maraqlarına ziddir. Çünki SSRİ-nin son xəritələri ilə hərəkət edilsə, Ermənistan Laçın və Kəlbəcər istiqamətlərində bir çox ərazilərə iddia irəli sürəcək. Qaragöl istiqaməti də bunlardan biridir. Bundan əlavə, 2022-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında sərhəd toqquşması baş vermişdi. Toqquşma zamanı Azərbaycan bütün istiqamətlər üzrə yüksəkliklərə nəzarəti təmin etmişdi. Ermənistan tərəfi elə o zamandan iddia edir ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub. Əslində xəritələr məsələsi həmin toqquşma ilə gündəmə gəlib. Yəni Ermənistan bu yöndə (torpaq qoparmaq cəhdi - red.) Almatı bəyannaməsi ilə əlini gücləndirməyə çalışır. Ona görə də, Azərbaycan tərəfi delimitasiya məsələsində SSRİ-nin son xəritələrindən istifadəyə razılıq verməyəcək.

- Paşinyan onu da dedi ki, artıq 10 noyabr bəyanatının heç bir bəndi keçərli deyil. Xüsusən də açılacaq kommunikasiya xətləri və ya nəqliyyat dəhlizlərinə Rusiyanın nəzarətini ehtiva edən 9-cu bəndi vurğuladı. Paşinyan nəzarətin Ermənistanda olmalı olduğunu qeyd etdi. Belə olan halda, dəhliz məsələsi necə həll olunacaq?

- 10 noyabr bəyanatından geriyə yalnız sonuncu - 9-cu maddə qalıb. Bu maddə də komunikasiyalarla bağlıdır. 9-cu maddədə açıq göstərilib ki, təhlükəsizliyin təmini üçün Rusiya təhlükəsizlik xidməti (FSB) orada nəzarəti həyata keçirəcək. Yəni 10 noyabr bəyanatı faktiki olaraq, Ermənistanla Rusiyanı üz-üzə qoyub.

Azərbaycan bəyanatın bütün maddələrini birdəfəlik həll edib. Ona görə də, rəsmi Bakının əli güclüdür. Nəinki 10 noyabr bəyanatı ilə bağlı, Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsi ilə bağlı da üzərinə düşən hər şey edib: torpaqlarını işğaldan azad edib, ərazisinə nəzarət edir, təhlükəsizliyi təmin edə bilir, öz ərazisində yolların çəkilişini də tam şəkildə bitirib. Bundan sonra top Rusiya və Türkiyədədir.

Bəzi ölkələr Ermənistana Azərbaycanın təzyiq etməsini istəyir. Azərbaycan tərəfi isə səbirlə davranır və ya arzulanan mühribəyə səbəb vermir. Ermənistan da həmçinin...

Dolayısı ilə Türkiyə və Rusiya Ermənistana təzyiq etməli, yolun açılmasını təmin etməlidir. Naxçıvanla əlaqə onsuz da İran üzərindən mövcud idi və bu, davam edir. Hesab edirəm ki, İran, yaxud Ermənistan üzərindən Naxçıvanla əlaqənin xüsusi fərqi yoxdur. Məlum məsələdir ki, bütün məsələ Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəsini bərpa etmək yox, böyük layihənin (dəhlizlə bağlı) həyata keçirilməsidir. Rusiya da bu layihə üçün 10 noyabr bəyanatına özünü daxil edib. Bundan sonra Azərbaycanın təzyiqi regionda yeni müharibə ehtimalı yarada bilər. Dəhlizin açılmasını bu layihədən yararlanmaq istəyən ölkələr təmin etməlidir.

Görünən odur ki, Paşinyan hakimiyyəti zamanı Rusiya dəhlizlə bağlı istəyinə nail ola bilməyəcək. Bu o anlama gəlir ki, Rusiya çevriliş planlarını işə salacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Çox təxribatçı addımlar atıldı" - deputat
Bu gün, 08:17
4 manat 50 qəpik çox böyük rəqəmdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:14
Helikopter qəzasında ölənlərin adları açıqlandı - FOTO
Bu gün, 08:09
Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır - Diqqət!
Bu gün, 08:04
Gəncədə oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 08:03
Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
Bu gün, 07:57
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub - AÇIQLAMA
Bu gün, 07:51
Putin Rəisinin helikopterinin axtarışına kömək etmək məqsədilə xilasedicilərin göndərilməsi barədə göstəriş verib
Bu gün, 06:52
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib
Bu gün, 06:50
Kreml köhnə üsuluna əl atır: terror mərhələsinin başlanğıcı - GƏLİŞMƏ
Bu gün, 00:22
"Makron ikili oynayır" - FAKT BUDUR...
Bu gün, 00:17
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 00:05
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
Dünən, 00:02
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
18-05-2024, 08:20
Nazir bu direktorla BACARMIR? - Görünəni odur ki...
18-05-2024, 08:10
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 08:05
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
18-05-2024, 08:02
Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 00:39
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
18-05-2024, 00:10
"Ceyranbatan Dəmir Beton" ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
18-05-2024, 00:05
"İnşaat Konstruksiyaları Zavodu" böhrandan çıxış yollarını AXTARIR
18-05-2024, 00:02
"Prezident Administrasiyası müstəqillik tarixində növbəti ilkə imza atdı" - Elxan Şükürlü
17-05-2024, 19:02
Əhali əziyyət çəkir, iqtisadiyyat itirir, turizm zərər görür, amma... - NƏ ETMƏLİ?
17-05-2024, 19:00
“Bizim Bala Körpələr Evi Uşaq Bağçası” MMC - CƏRİMƏ OLUNA BİLƏR
17-05-2024, 18:56
"Modern Hospitaliy" - CƏRİMƏ EDİLƏ BİLƏR
17-05-2024, 17:32
“Ərimi görmək istəyən bizə gəlsin” - Səidə
17-05-2024, 17:30
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17-05-2024, 17:27
Lukaşenkonun Bakıda verdiyi bəyanatın İrəvandakı əsk-sədası
17-05-2024, 17:22
Qohumuna qarşı dələduzluq edən təşkilat sədri saxlanıldı - TƏFƏRRÜAT
17-05-2024, 17:19
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – ŞOK TƏFƏRRÜAT
17-05-2024, 17:17
Paşinyanın Bakının təzyiqinə ehtiyacı yarandı - "Müharibə olsa..."
17-05-2024, 16:58
"Aztelekom"a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb
17-05-2024, 16:56
"Crocus" işinə görə saxlanılanların həbs müddəti uzadıldı
17-05-2024, 16:21
Samirə Mustafayeva AzTV-dən getdi - AÇIQLAMA
17-05-2024, 16:14
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: - Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
17-05-2024, 16:10
"İrşad Electronics" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
17-05-2024, 16:05
Müsavatçının Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir
17-05-2024, 16:03
ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
17-05-2024, 15:57
Rəmiş kimdir? – Heç nəyin qədrini bilməyən çılğın sənətkar
17-05-2024, 15:56
Paris Bakını niyə ittiham edir? - AKTUAL
17-05-2024, 15:51
Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 15:48
Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına sadiqdir - Mirzoyan
17-05-2024, 15:45
Azərbaycanın qoşulacağı yeni nəqliyyat dəhlizi - ABŞ “no” deyir...
17-05-2024, 15:43
Yeni Kaledoniyadakı hadisələrə qərəz: - Qərb KİV-i müstəmləkəçiliyi müdafiə edir
17-05-2024, 15:40
Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb
17-05-2024, 15:38
Nikol Paşinyan Azərbaycana gələ bilər - AKTUAL
17-05-2024, 14:02
Qonşuluqda inqilabın ayaq səsləri: - “Gəncləri oyatdı və müxalifəti birləşdirdi”
17-05-2024, 14:00
"Akkord Mingəçevir Maşınqayırma Zavodu"nun səhmdarları TOPLANIR
17-05-2024, 13:56
Siyasilərin rəsmilərlə görüşü: - “Səfirlik qapısında yatmaqdansa...”
17-05-2024, 13:06
Bakıda həbsdə olan separatçıların cinayətləri tam və obyektiv araşdırılır -RƏY
17-05-2024, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru