Kremldə şam yeməyi – Menyuda bunlar var idi
Tarix: 9-05-2024, 12:10 |
Çap et
Mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Kreml sarayında Ali Avrasiya İqtisadi Şurası ölkələrinin liderlərinə qeyri-rəsmi şam yeməyi verilib.
Yeniavaz.com “Pul Pervoqo” Teleqram kanalına istinadla xəbər verir ki, şam yeməyi menyusuna aşağıdakılar daxil olub:
- qızıl balıqlı pelmeni (rus mətbəxinə məxsus ətli xəmir yeməyi),
- mal döş əti, pampuşka (pişi növüdür) və xama ilə borş,
- çaytikanı şərbəti,
- balqabaqlı və ispanaqlı Baykal omulu (qızılbalıq növüdür),
- kartof və qovaq göbələyi sousu ilə “Pojarskaya” kotleti,
- “Anna Pavlova” deserti.
Qedy edək ki, mayın 8-də Kremldə Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstan, Özbəkistan və Kuba prezidentlərinin iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.