Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı .....                     Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! .....                     “Rusiyada diversiyalar törədən partizanlar arasında .....                     Azərbaycan regionda yeni siyasi nizam yaradıb .....                     İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu .....                     Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq .....                     Azərbaycan neftini ən çox hansı ölkələr alıb? .....                     Namizədliyimi irəli sürmək fikrindəyəm .....                     İtaliya Azərbaycana yeni səfir təyin edib .....                     "Bu faciədən faydalanmağa çalışıb, "suyu bulandırmaq" .....                     Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi .....                     Ağır əməliyyat keçirən Salam Sarvan danışdı .....                     Qarabağ Universitetinə təyin edilən rektor kimdir? .....                     Dövlət Radiotezliklər İdarəsi daha bir şirkəti .....                     Qarabağ Universitetinə rektor təyin edilib .....                     Sabir Rüstəmxanlı seçkiyə gedəcək? .....                     Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: .....                     50 qəpiklik un niyə 3 dəfə baha satılır? .....                     Kremldən Rəisi açıqlaması .....                     Azərbaycanda alimin elmi adı əlindən alındı .....                     Gürcüstanda qırmızı xətt keçildi: .....                     İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu .....                     "Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq" .....                     Baqrat geri çəkildi .....                     Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar .....                     “AzInTelecom” “Microsoft SPLA” lisenziyalarını yeniləyir .....                     Dövlət Radiotezliklər İdarəsi yerli şirkətlə .....                     “Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” .....                     Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb .....                     Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb .....                     Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib .....                     Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış .....                     "Hadisə baş verən kimi xəstəxanaya getdim" .....                     «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ .....                     Yayda mənzil qiymətləri düşəcək? .....                     Azərbaycan Tayvanın müstəqilliyini tanımır .....                     Xankəndiyə prokuror təyin edilib .....                     Azərbaycanda düyü bahalaşacaq? .....                     Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub .....                     “Bəzi məcburi köçkünlər dövlətdən əlavə ev almaq üçün boşanırlar” .....                 

Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa “oynayır”? - GƏLİŞMƏ
Tarix: 10-05-2024, 08:32 | Çap et
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa “oynayır”?
Ermənistanda revanşist qüvvələrin Azərbaycanla sərhəd Kirants kəndindən başlatdığı və ötən gün İrəvanda çoxminli mitinqlə tamamlanan yürüşü bir neçə aspektdən diqqət cəlb edir.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistanda hazırda davam edən prosesləri şərh edərkən deyib.

O bildirib ki, keşiş Baqratın rəhbərlik etdiyi aksiyada iştirakçı sayının hakim komandanın gözlədiyindən çox olması bəzi məqamları üzə çıxardır:

“Aksiyanın təşkil edildiyi və maliyələşdirildiyi qısa zamanda ifşa olundu. Yəni bunun keşiş Baqratın təşəbbüsü ilə “qəfildən” başlayan bir yürüş olmadığını hər kəs anladı. Yürüş iştirakçılarının yağış zamanı vahid geyimdən istifadə etməsi, tərəfdar toplamaq üçün rəqs edənlərin əslində peşəkar rəqqaslar olması, yol boyu təminat, son nəticədə yürüş iştirakçılarına ağ köynəklərin paylanılması, ölkə mediasının tam şəkildə etirazçıların mövqeyini işıqlandırması, bütün informasiya lentini yürüş xəbərləri ilə doldurması prosesin arxasında ciddi maliyyənin və siyasi qüvvələrin dayandığını təsdiqləyirdi. Bütün bunlar yekun mitinqdə iştirakçı sayına da təsirsiz ötüşmədi”.

A.Camalın sözlərinə görə, məhz bu “uğur”dan ilhamlanan keşiş Baqrat hökumətə istefa tələbi ilə bir saat vaxt verdi:

“Ancaq bir saat müddətində Ermənistan baş naziri nəinki istefa verdi, hətta keşişin sorğusunu cavablandırmağı belə lazım bilmədi. Hakimiyyətin davranış tərzi, mitinqə müdaxilə etməməsi, həmçinin təxribatın qarşısını ən sərt şəkildə alacağı xəbərdarlığı isə proseslərin sonrakı gedişatına təsir göstərdi. Baqrat bir tərəfdən hər kəsi öz rayonuna qayıdaraq, aksiyaları öz ərazilərində keçirməyə çağırdı, digər tərəfdən özü bu gün səhər saatlarından paytaxtda müxtəlif aksiyalar keçirəcəyini elan etdi. Görünür, yenidən yolların bağlanması, hərəkətin iflic olunması kimi Nikol Paşinyanın 2018-ci ildəki taktikasından istifadə edəcəklər. Bunu artıq hazırkı müxalifət bir neçə dəfə sınaqdan keçirib və uğursuz olub”.

Mitinqin tez dağılması, meydanın boşalmasına gəlincə, Aynur Camal vurğulayıb ki, bunun da səbəbi perspektivsizliklə bağlıdır:

“Keşiş Baqratın arxasındakı qüvvələr mitinqin davamlı olacağı halda ötən il Saqatelyanın başlatdığı prosesin aqibətinin yaşanacağını yaxşı anlayırlar. Saqatelyan da “fərqli qüvvə” kimi ortaya çıxmışdı və davamlı aksiyalar keçirirdi. Nəticə etibarilə hər aksiyada sayları kəskin azalmaqla, son mitinqdə bir neçə yüzə nəfərə düşdü və müqavimət iflasa uğradı. İndi keşiş Baqratın arxasındakı siyasi qüvvələr də nəticənin eyni olacağını bildiklərindən, aksiyanı dayandırdılar və impiçment məsələsini ortaya atdılar. Keşiş Baqrat ötən gün “Ermənistan” blokunun rəhbəri Robert Köçəryanla görüşərək, “istefa verməyən” Paşinyanı “istefaya göndərmək” istəyir”.

Politoloqun fikrincə, Ermənistan müxalifəti bu “təcrübəni” də sınaqdan keçirib:

“Əslində, keşiş Baqratın Paşinyanın impiçmentini başlatmaq barədə çağırışı və guya küçə mübarizəsini hüquqi müstəvidə davam etdirmək istəyi nəticə əldə edə bilməyəcəyinin kompensasiyasıdır. Məsələ burasındadır ki, impiçment cəhdini də ötən il Ermənistan siyasi müxalifəti sınaqdan keçirib. Nəticə oldumu? Əlbəttə ki, yox. Çünki Ermənistan parlamentində 107 deputat var, onlardan 71-i Nikol Paşinyanın Mülki Müqavilə Partiyasından seçilib, “Ermənistan” blokunun (Köçəryanın) 29, “Şərəfim var” blokunun (Serj Sərkisyan) 7 deputatı var. Hətta “Şərəfim var” blokunun bir deputatı istefa verərək, müstəqil fəaliyyət göstərir, hazırda bu bloku 6 deputat təmsil edir.

Yəni hakim 71 deputata qarşı müxalifətin cəmi 35 mandatı mövcuddur. Nikol Paşinyanın partiyası koalisiya qurmayıb ki, hansısa danışıqlarla nəyəsə nail olmaq mümkün olsun. Paşinyanın “Mülki Müqavilə” fraksiyası təkbaşına iqtidardır və bütün müxalifət deputatlarının sayından iki dəfə artıq mandata sahibdir. İmpiçment üçün isə parlamentin ən azı 2/3-nin səsi lazımdır. Müxalifət bu qədər səsi necə əldə edəcək?”

Politoloqun fikrincə, əslində Ermənistanda bir gizli danışılmış oyun getdiyini də istisna etmək olmaz:

“Paşinyan həddən artıq arxayın davranır və belə görünür ki, proses nəzarətindədir. Hətta bu oyunun razılaşdırılmış olması, Azərbaycanla aparılan danışıqlarda bu “etirazlardan” sui-istifadə edilməsi ehtimalı da mümkündür. Nəzərə alın ki, bu gün Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının geniş tərkibdə görüşü keçiriləcək və ciddi müzakirələr və müəyyən əhəmiyyətli irəliləyişlər gözlənilir. Bu baxımdan 9 mayda bu aksiya, daha sonra müxalifətin 2023-cü ilin sentyabrında “sınaqdan keçirdiyi” nəticəsiz “impiçment məsələsi”nin yenidən aktivləşdirilməsi razılaşdırılmış, Paşinyanın Azərbaycanla danışıqlarda “əlini gücləndirmək” üçün qurulan oyun da ola bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
Bu gün, 18:12
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
Bu gün, 18:05
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”
Bu gün, 18:02
Azərbaycan regionda yeni siyasi nizam yaradıb - FAKT BUDUR!
Bu gün, 17:56
İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu
Bu gün, 17:52
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq - QƏRAR
Bu gün, 17:50
Azərbaycan neftini ən çox hansı ölkələr alıb? - CƏDVƏL
Bu gün, 17:46
Namizədliyimi irəli sürmək fikrindəyəm - Fəzail Ağamalı
Bu gün, 17:39
İtaliya Azərbaycana yeni səfir təyin edib - FOTO
Bu gün, 17:32
"Bu faciədən faydalanmağa çalışıb, "suyu bulandırmaq" və münasibətlərə təsir etmək cəhdləri olacaq"
Bu gün, 17:28
Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Bu gün, 17:25
Ağır əməliyyat keçirən Salam Sarvan danışdı - 10-15 günə...
Bu gün, 17:13
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
Bu gün, 17:06
Dövlət Radiotezliklər İdarəsi daha bir şirkəti - MƏHKƏMƏYƏ VERİB
Bu gün, 17:03
Qarabağ Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:58
Sabir Rüstəmxanlı seçkiyə gedəcək? - AÇIQLAMA
Bu gün, 16:48
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
Bu gün, 16:42
50 qəpiklik un niyə 3 dəfə baha satılır? - AÇIQLAMA
Bu gün, 16:33
Kremldən Rəisi açıqlaması – “Gecə yarısı Ermənistandan...”
Bu gün, 16:31
Azərbaycanda alimin elmi adı əlindən alındı - ŞOK QƏRAR
Bu gün, 16:26
Gürcüstanda qırmızı xətt keçildi: - Zurabişvili hökümət ilə kəllə-kəlləyə gəlir
Bu gün, 16:21
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
Bu gün, 16:18
"Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq"
Bu gün, 16:11
Baqrat geri çəkildi - “Bir daha...”
Bu gün, 16:04
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar - FOTO
Bu gün, 15:58
“AzInTelecom” “Microsoft SPLA” lisenziyalarını yeniləyir - MƏBLƏĞ
Bu gün, 15:53
Dövlət Radiotezliklər İdarəsi yerli şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 15:51
“Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” - Qalmaqallı açıqlama
Bu gün, 15:48
Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO
Bu gün, 15:39
Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb
Bu gün, 15:28
Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib - İNCƏLƏMƏ
Bu gün, 15:23
Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış - SƏN DEMƏ...
Bu gün, 15:20
"Hadisə baş verən kimi xəstəxanaya getdim"
Bu gün, 15:14
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
Bu gün, 15:06
Yayda mənzil qiymətləri düşəcək? - NƏ ETMƏLİ?
Bu gün, 15:00
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - RƏSMİ BAKI
Bu gün, 14:56
Xankəndiyə prokuror təyin edilib - ƏMR
Bu gün, 14:53
Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA
Bu gün, 14:49
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub - BUNDAN SONRA...
Bu gün, 14:46
“Bəzi məcburi köçkünlər dövlətdən əlavə ev almaq üçün boşanırlar” – SENSASİON AÇIQLAMA
Bu gün, 14:44
Buşu da İsa Qəmbərə müavin təyin etsələr, xeyri yoxdur - Sabiq müsavatçılar danışdı
Bu gün, 14:29
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." - ŞOK TƏFƏRRÜAT
Bu gün, 14:26
İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - MƏNBƏ
Bu gün, 14:22
"Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıqovun yaxınlarına məxsus idi" - MN-dəki 143 milyonluq mənimsəmə İŞİ...
Bu gün, 14:18
Mərkəzi Bank ən çox şikayət edilən bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 14:15
"Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...
Bu gün, 14:10
Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır
Bu gün, 14:02
Təbii fəlakət, texniki nasazlıq, yoxsa sui-qəsd? - AKTUAL
Bu gün, 14:00
“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 13:55
İrandakı qəzanın təhqiqatına Rusiya da qoşulacaqmı? - Peskovdan AÇIQLAMA
Bu gün, 13:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru