"Bank Respublika"nın səhmdarları toplanır: - mühüm qərarlar veriləcək
Tarix: 10-05-2024, 09:00 |
Çap et
"Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 24-ü saat 12:00-da bankın Baş Ofisində keçirilməsi nəzərdə tutulub.
Gündəlikdəki məsələlər:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2023-cü il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika"Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2023-cü il üzrə illik hesabatının təsdiqi.
5. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında.
6. "Bank Respublika" ASC-nin Mükafatlandırma Siyasətinin təsdiq edilməsi haqqında.
7. "Bank Respublika" ASC-nin Dividend Siyasətinin təsdiq edilməsi haqqında.