Parisdən Bakıya kompliment ünvanlandı, amma... .....                     Elşad Musayev deputatlığa namizəd olacaq? .....                     Məktəblərdə fənlərin sayı azaldıla bilər? .....                     Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı .....                     Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! .....                     “Rusiyada diversiyalar törədən partizanlar arasında .....                     Azərbaycan regionda yeni siyasi nizam yaradıb .....                     İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu .....                     Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq .....                     Azərbaycan neftini ən çox hansı ölkələr alıb? .....                     Namizədliyimi irəli sürmək fikrindəyəm .....                     İtaliya Azərbaycana yeni səfir təyin edib .....                     "Bu faciədən faydalanmağa çalışıb, "suyu bulandırmaq" .....                     Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi .....                     Ağır əməliyyat keçirən Salam Sarvan danışdı .....                     Qarabağ Universitetinə təyin edilən rektor kimdir? .....                     Dövlət Radiotezliklər İdarəsi daha bir şirkəti .....                     Qarabağ Universitetinə rektor təyin edilib .....                     Sabir Rüstəmxanlı seçkiyə gedəcək? .....                     Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: .....                     50 qəpiklik un niyə 3 dəfə baha satılır? .....                     Kremldən Rəisi açıqlaması .....                     Azərbaycanda alimin elmi adı əlindən alındı .....                     Gürcüstanda qırmızı xətt keçildi: .....                     İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu .....                     "Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq" .....                     Baqrat geri çəkildi .....                     Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar .....                     “AzInTelecom” “Microsoft SPLA” lisenziyalarını yeniləyir .....                     Dövlət Radiotezliklər İdarəsi yerli şirkətlə .....                     “Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” .....                     Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb .....                     Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb .....                     Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib .....                     Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış .....                     "Hadisə baş verən kimi xəstəxanaya getdim" .....                     «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ .....                     Yayda mənzil qiymətləri düşəcək? .....                     Azərbaycan Tayvanın müstəqilliyini tanımır .....                     Xankəndiyə prokuror təyin edilib .....                 

İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Tarix: 10-05-2024, 12:45 | Çap et
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı?
Ermənistanda Azərbaycanla sərhəddə demarkasiya və delimitasiya proseslərinə etiraz olaraq aksiya mayın 9-dan etibarən yeni bir mərəhələyə qədəm qoyub. Qazaxın Xeyrimli kəndində erməni kilsəsinin rəhbərliyi ilə başladılan etiraz aksiyası dünəndən İrəvanın mərkəzi meydanında hökumətin istefası tələbi ilə davam etdirilməkdədir. Bu aksiyalara əvvəlkindən fərqli olaraq erməni kilsəsi rəhbərlik edir və aksiyanın aparıcısı arxiyepiskop Baqrat Qalstanyandır.

Təbii ki, bu aksiyanın arxa planında bölgədə sülhə əngəl yaratmaq istəyən kilsə ilə yanaşı, ölkə daxilində hələ də revanşist planlarından əl çəkməyən qüvvələrlə bərabər bəzi xarici qüvvələr və ölkələr var. Kilsə erməni cəmiyyətində ciddi təsirə malik olsa da, bu prosesdə sadəcə olaraq kütləviliyi təmin etmək və bütün gücləri hakimiyyətə qarşı təzyiqi təmin etmək üçün bir vasitədir.
Kilsənin bu proseslərdə canfəşanlığının digər bir səbəbi də Paşinyan hakimiyyəti ilə düşmən mövqedə olmasıdır. Çünki Paşinyan komandası erməni kilsəsinin dövlət idarəçiliyinə müdaxiləsini məhdudlaşdırması kilsə tərəfindən kəskin əks reaksiya ilə qarşılandığından indi bunun əvəzini mövcud hakimiyyətdən qisas almaqla öz əvvəlki mövqelərini bərpa etməyə çalışır.

Aksiya iştirakçıları hökumətin istefasını tələb etsə də, indiki mərhələdə aksiya təşkilatçılarının əsas hədəfi Paşinyan hakimiyyətinə təzyiq etmək üçün İrəvan mərkəzinə bacardıqca maksimum etirazçı qüvvəsi toplamaq və bunun davamlılığını təmin etməkdir.
Müxalifətin Paşinyan hakimiyyətini siyasi yolla istefaya göndərməsinin bir neçə yolu var:
- növbədəkənar seçkilərin keçirilməsinə vadar etmək
- parlamentdə lazımi səs toplayıb hökumətə etimadsızlıq göstərmək yolu ilə istefaya məcbur etmək
- lazımi güc olduqda zorakı metdolara əl atmaq
- hərbi gücdən də faydlanmaq yolu ilə Paşinyan hökumətini istefaya yollamaq.
Paşinyan hakimiyyətini növbədənkənar seçkilərə vadar etmək üçün müxalifət meydana həddindən artıq güc toplamalı və onun inkişaf tempini bir müddət qoruyub saxlamağı bacarmalıdır. Bununla yanaşı siyasi təzyiq mexanizmlərindən faydalanmalıdır. Təbii ki, xarici güclər, xüsusən diaspora, İran, Rusiya və digərləri hakimiyyətə təzyiq imkanlarından faydalanaraq daxildəki qüvvələrə dəstək verəcəklər. Qeyd edilən qüvvələrə aksiyanın izdihamlılığını təmin etmək üçün maliyyə dəstəyi ilə yanaşı, daxildəki resursları ilə yardım edəcəklər. Bu, qarşıdakı günlərdən aksiyanın davam etmə tendensiyasından asılı olacaq.
İkincisi, parlamentdə hökumətə etimadsızlıq yolu ilə Paşinyan hakimiyyətini yola salmaq qeyri-real görünür. Çünki bunun üçün müxalifətin parlamentdə yetəri gücü yoxdur. Hazırkı vəziyyətdə 105 yerlik parlamentdə cəmi 33 təmsilçisi var. Hökumətə etimadsızlıq nümayiş etdirmək üçünsə, ən azı müxalifətin 53 səsə ehtiyacı var. Buna nail olmaq üçün Paşinyan komandasından 20 deputatın müxalifət cərgəsinə keçməsi və onların tələbini dəstəkləməsi qeyri-realdır. 5-10 səsə ehtiyac olsaydı bəlkə bunu etmək olardı, amma ən azı 20 deputatın səsini qazanmaq qeyri-mümkündür. Həmin deputatların da sonrakı mərhələdə marağını təmin etmək mümkün deyil. Odur ki, Ermənistan müxalifətinin hökumətə etimadsızlıq yolu ilə Paşinyanı istefaya yollaması perspektivi yoxdur.

Digər yollar isə siyasi və hərbi zorakılıq metodundan istifadə etməklə hakimiyyətə gəlməkdir ki, bu da başlanan aksiyanın gələcək günlərdəki inkişaf tendensiyasından asılı olacaq.
Onu da unutmaq lazım deyil ki, Paşinyan hakimiyyəti və ona dəstək verən Qərb ölkələri də sakitcə prosesi izləməycək. Onlar da Ermənistandakı maraqlarını qorumaq üçün adekvat addımlar atmalı olacaqlar. Hazırda Qərb ölkələrinin yetəri səviyyədə kəşfiyyat orqanları ilə yanaşı digər institutları Ermənistanda çalışır. Paşinyan və onu dəstəkləyənlər hansısa formada aksiyanın dinamikliyinin qarışısını almaq üçün hansısa taktikalardan istifadə edəcəklər.
Başqa bir məqam isə ondan ibarətdir ki, meydana toplaşan qüvvələrin daxilində uğur əldə edəcəkləri təqdirdə kimin baş nazir olması məsələsi fikir ayrılığına səbəb ola bilər. Çünki ortada tərəfləri razı sala biləcək real namizəd yoxdur.

Bütün bu və digər amillər onu deməyə əsas verir ki, aksiya təşkilatçıları qarşılarına qoyduqları hədəflərə nail ola bilməyəcəklər. Amma bununla belə onlar ölkənin siyasi səhnəsində ömürlərini uzatmağa və varlıqlarını qoruyub saxlamağa çalışacaqlar.

Onu da qeyd etmək yerinə düşər ki, aksiyadan Paşinyan da öz maraqları üçün maksimum faydalanmağa çalışacaq. Bu aksiya bir neçə məqamda Paşinyanın marağına xidmət edir.
Birincisi, Qərbdəki dəstəkçilərinin daha çox hərtərəfli dəstəyinə nail olmaq baxımdan;
İkincisi, Azərbaycanla sülh danışıqlarında, o cümlədən sərhəddəki demarkasiya və delimitasiya prosesində öz əlini gücləndirmək baxımdan. Amma istənilən halda bu aksiyalar Ermənistanı uğura deyil, daha pis dalana dirəyəcək. Çünki bu aksiya bölgədəki maraqlı güclər arasındakı toqquşmanı daha da kəskinləşdirəcək. Bununla da İrəvan geosiyasi güclərin açıq toqquşma məkanına çevrilə bilər ki, bu da Ermənistanın gələcək taleyini sual altına salar.
Onu unutmaq lazım deyil ki, bəzi güclər Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsində maraqlı olduğundan geosiyasi toqquşmanın açıq müstəviyə keçməsində maraqlıdırlar. Bu da bütövlükdə bölgə üçün təhdiddir.

Bakı və Ankara İrəvanda baş verən prosesləri izləyir və onlar Ermənistandakı hadisələrin təhlükəli həddə çatmasına nə göz yumacaq, nə də proseslərə biganə yanaşacaq.

Mürtəza
Ölkə.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 19:10
Elşad Musayev deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI
Bu gün, 19:00
Məktəblərdə fənlərin sayı azaldıla bilər? - AÇIQLAMA
Bu gün, 18:56
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
Bu gün, 18:12
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
Bu gün, 18:05
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”
Bu gün, 18:02
Azərbaycan regionda yeni siyasi nizam yaradıb - FAKT BUDUR!
Bu gün, 17:56
İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu
Bu gün, 17:52
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq - QƏRAR
Bu gün, 17:50
Azərbaycan neftini ən çox hansı ölkələr alıb? - CƏDVƏL
Bu gün, 17:46
Namizədliyimi irəli sürmək fikrindəyəm - Fəzail Ağamalı
Bu gün, 17:39
İtaliya Azərbaycana yeni səfir təyin edib - FOTO
Bu gün, 17:32
"Bu faciədən faydalanmağa çalışıb, "suyu bulandırmaq" və münasibətlərə təsir etmək cəhdləri olacaq"
Bu gün, 17:28
Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Bu gün, 17:25
Ağır əməliyyat keçirən Salam Sarvan danışdı - 10-15 günə...
Bu gün, 17:13
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
Bu gün, 17:06
Dövlət Radiotezliklər İdarəsi daha bir şirkəti - MƏHKƏMƏYƏ VERİB
Bu gün, 17:03
Qarabağ Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:58
Sabir Rüstəmxanlı seçkiyə gedəcək? - AÇIQLAMA
Bu gün, 16:48
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
Bu gün, 16:42
50 qəpiklik un niyə 3 dəfə baha satılır? - AÇIQLAMA
Bu gün, 16:33
Kremldən Rəisi açıqlaması – “Gecə yarısı Ermənistandan...”
Bu gün, 16:31
Azərbaycanda alimin elmi adı əlindən alındı - ŞOK QƏRAR
Bu gün, 16:26
Gürcüstanda qırmızı xətt keçildi: - Zurabişvili hökümət ilə kəllə-kəlləyə gəlir
Bu gün, 16:21
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
Bu gün, 16:18
"Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq"
Bu gün, 16:11
Baqrat geri çəkildi - “Bir daha...”
Bu gün, 16:04
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar - FOTO
Bu gün, 15:58
“AzInTelecom” “Microsoft SPLA” lisenziyalarını yeniləyir - MƏBLƏĞ
Bu gün, 15:53
Dövlət Radiotezliklər İdarəsi yerli şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 15:51
“Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” - Qalmaqallı açıqlama
Bu gün, 15:48
Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO
Bu gün, 15:39
Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb
Bu gün, 15:28
Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib - İNCƏLƏMƏ
Bu gün, 15:23
Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış - SƏN DEMƏ...
Bu gün, 15:20
"Hadisə baş verən kimi xəstəxanaya getdim"
Bu gün, 15:14
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
Bu gün, 15:06
Yayda mənzil qiymətləri düşəcək? - NƏ ETMƏLİ?
Bu gün, 15:00
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - RƏSMİ BAKI
Bu gün, 14:56
Xankəndiyə prokuror təyin edilib - ƏMR
Bu gün, 14:53
Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA
Bu gün, 14:49
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub - BUNDAN SONRA...
Bu gün, 14:46
“Bəzi məcburi köçkünlər dövlətdən əlavə ev almaq üçün boşanırlar” – SENSASİON AÇIQLAMA
Bu gün, 14:44
Buşu da İsa Qəmbərə müavin təyin etsələr, xeyri yoxdur - Sabiq müsavatçılar danışdı
Bu gün, 14:29
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." - ŞOK TƏFƏRRÜAT
Bu gün, 14:26
İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - MƏNBƏ
Bu gün, 14:22
"Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıqovun yaxınlarına məxsus idi" - MN-dəki 143 milyonluq mənimsəmə İŞİ...
Bu gün, 14:18
Mərkəzi Bank ən çox şikayət edilən bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 14:15
"Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...
Bu gün, 14:10
Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru