Azərbaycanın şərab şirkətinə yeni sədr və üzvlər seçiləcək .....                     Azərbaycanın metal şirkəti səhmdarlarını .....                     Parisdən Bakıya kompliment ünvanlandı, amma... .....                     Elşad Musayev deputatlığa namizəd olacaq? .....                     Məktəblərdə fənlərin sayı azaldıla bilər? .....                     Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı .....                     Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! .....                     “Rusiyada diversiyalar törədən partizanlar arasında .....                     Azərbaycan regionda yeni siyasi nizam yaradıb .....                     İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu .....                     Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq .....                     Azərbaycan neftini ən çox hansı ölkələr alıb? .....                     Namizədliyimi irəli sürmək fikrindəyəm .....                     İtaliya Azərbaycana yeni səfir təyin edib .....                     "Bu faciədən faydalanmağa çalışıb, "suyu bulandırmaq" .....                     Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi .....                     Ağır əməliyyat keçirən Salam Sarvan danışdı .....                     Qarabağ Universitetinə təyin edilən rektor kimdir? .....                     Dövlət Radiotezliklər İdarəsi daha bir şirkəti .....                     Qarabağ Universitetinə rektor təyin edilib .....                     Sabir Rüstəmxanlı seçkiyə gedəcək? .....                     Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: .....                     50 qəpiklik un niyə 3 dəfə baha satılır? .....                     Kremldən Rəisi açıqlaması .....                     Azərbaycanda alimin elmi adı əlindən alındı .....                     Gürcüstanda qırmızı xətt keçildi: .....                     İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu .....                     "Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq" .....                     Baqrat geri çəkildi .....                     Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar .....                     “AzInTelecom” “Microsoft SPLA” lisenziyalarını yeniləyir .....                     Dövlət Radiotezliklər İdarəsi yerli şirkətlə .....                     “Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” .....                     Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb .....                     Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb .....                     Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib .....                     Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış .....                     "Hadisə baş verən kimi xəstəxanaya getdim" .....                     «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ .....                     Yayda mənzil qiymətləri düşəcək? .....                 

“Hüseyniyyun” terror qruplaşması və radikal erməni keşişləri: - ABŞ onları niyə müdafiə edir?
Tarix: 10-05-2024, 15:42 | Çap et
“Hüseyniyyun” terror qruplaşması və radikal erməni keşişləri:
ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) 2023-cü il ərzində dini və etiqad azadlıqları və hüquqların pozulmasına dair illik hesabatını dərc edib. USCIRF hesabatında ABŞ Dövlət Departamentinə 17 dövlətin “xüsusi narahatlıq olan ölkələr” (CPC) kimi təyin edilməsini tövsiyə edir. Tövsiyəyə əsasən, artıq siyahıda olan Myanma, Çin, Kuba, Eritreya, İran, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistandan başqa, Əfqanıstan, Azərbaycan, Hindistan, Nigeriya və Vyetnam da bu siyahıya əlavə edilməlidir.

Hesabatın Azərbaycanla bağlı hissəsində əsas diqqət keçmiş “Dağlıq Qarabağ”ın inzibati ərazisində və kənar ərazilərdə (yəni vaxtilə ermənilərin işğal etdiyi ətraf yerlərdə) erməni dini abidələrinin qorunmasına (söhbət həm də işğal vaxtı inşa edilmiş dini yerlərdən gedir) və radikal siyasi islamçıların (söhbət xomeyniçilərdən gedir) müdafiəsinə yönəlib. Mətndə Müsəlman Birliyin Hərəkatının (MBH) adı 10 dəfə çəkilib.

Dövlət Departamentinə tövsiyə edilir ki, 2009-cu ildə qəbul edilmiş din haqda qanuna (2022-ci ildə ən son düzəliş edilmiş) yenidən baxılması üçün Azərbaycan hökuməti ilə işləsin; “Dağlıq Qarabağ”da və ətraf ərazilərdə ibadət yerlərinin və digər dini və ya mədəni obyektlərin bərpası və mühafizəsi üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və ABŞ-ın Bakıdakı Səfirliyinə maliyyə ayrılsın.

ABŞ Konqresinə tövsiyə edilir ki, “ictimai dinləmələr və digər tədbirlər vasitəsilə” Azərbaycanda dini azadlıq və ümumın insan hüquqları pozuntuları, o cümlədən MBH-yə münasibətlə bağlı narahatlıqları bildirmək üçün birbaşa Azərbaycan səfirliyi və digər hökumət rəsmiləri ilə əlaqə saxlamalı, bütün “dini məhbusların” azadlığa buraxılmasına çalışmalıdır.

“Hüseyniyyun” terror qruplaşması və radikal erməni keşişləri:

Hesabatda deyilir ki, hökumətin dini praktikaya nəzarət etməsinə qarşı çıxan “şiə müsəlman qrupu” MBH, bir çox insan hüquqları müdafiəçisinin siyasi motivli kimi xarakterizə etdiyi təqiblərə məruz qalır. Hesabat müəllifləri Azərbaycanın İranın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra casusluq, hökuməti devirmək cəhdləri və narkotik alveri ilə mübarizə aparmaq məqsədilə ölkə daxilində həyata keçirilmiş həbsləri də mübahisələndirir. Hərçənd ki, ABŞ rəsmiləri insidentdən sonra Azərbaycanı müdafiə etmək yönündə hansısa açıqlamalar da vermişdilər. Qeyd edilir ki, ilin sonunda qeyri-hökumət təşkilatı (həmin QHT haqda sonda məlumat verəcəyik-C.Q) Azərbaycanda dini etiqadlarına və ya fəaliyyətlərinə görə haqsız yerə həbs edilən 183 nəfərin “dinc dindar” olduğunu müəyyən edib.

Ötən həftə açıqlanmış hesabatdakı bir çox iddialar yeni deyil, əvvəlki vaxtlarda bu və ya digər şəkildə iddiaların bir çoxunun qərəzli olmasına, həqiqəti təhrif etməsinə toxunmuşuq. Amma dünən Ermənistanda baş verənlər hesabatı xatırlamağa məcbur edir.

Ötən illərdən qalma səhvlərin təkrarı- Kəlbəcərdəki Xudavəng monastrı barədə Azərbaycana tutulan iradlar, səsləndirilən tələblərin heç biri beynəlxalq humanitar hüququn tələblərinə uyğun deyil. Həmin monastr işğaldan əvvəl sadəcə tarixi abidə kimi qorunub, işğal illərində təyinatı dəyişdirilərək dini məbəd kimi istifadə olunub. Necə olur ki, eyni hesabatda Ayasofyanın dini ibadətə açılması abidənin təyinatının dəyişilməsi kimi tənqid edilsin, amma Xudavəngin erməni işğalı zamanı təyinatının dəyişdirilməsi təqdir olunsun?

2021-ci ildə açıqlanmış hesabatdan sitat: ”Mexakavan qəsəbəsində yerləşən Zoravor St. Astvatsatsin Kilsəsini təhqir edən və zərər verən əsgərlərin, kilsənin xaçını qırması da daxil olmaqla videoları yayımlandı”.

2017-ci ildə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda “Zoravor St. Astvatsatsin Kilsəsi” adlı hərbi ibadətgah inşa edilməsinə Azərbaycan tərəfi rəsmi olaraq etiraz etmişdi. ABŞ-ın rəsmi sənədində Cəbrayıl yox, “Mexakavan” yazılır, 2017-ci ildə, yəni işğal vaxtı qondarıldığı etiraf olunan hansısa "ibadətgah"ın uçurulmasından danışılırdı. Bu məqamlar zamanında tənqid də edilib. Bu dəfə qondarma “Mexakavan” toponimindən istifadə yoxdur, çünki hesabatı hazırlayanların qərəzini ələ verdiyi bəlli olur, amma “Dağlıq Qarabağdan kənar ərazilər” deyiləndə məhz vaxtilə zəbt olunmuş ərazilərimizdə işğal illərində inşa edilmiş dini təyinatlı tikililərdən söhbət gedir. Görəsən işğal olunmuş ərazilərin mədəni -dini xarakterini dəyişmək hansı beynəlxalq hüquqa uyğundur ki, indi ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında onların yenidən açılması üçün vəzifə müəyyən edilir?

“Hüseyniyyun” terror qruplaşması və radikal erməni keşişləri:

Dini azadlıq haqda hesabat olsa da, mətnin mühüm bir hissəsinin siyasi təşkilatın, həm də xomeyniçiliyi təbliğ edən təşkilatın müdafiəsinə həsr olunması absurd deyilmi?

Hesabatda Azərbaycan Siyasi Məhbuslara Azadlıq İttifaqının “siyasi məhbus” siyahına istinad edilir. Təəssüf ki, bizdə insan hüquqları ilə məşğul olan QHT-lər siyasi islamçıların təsiri altındadır, bir müddət sonra onların göndərdikləri siyahılar sayəsində xomeyniçilər Qərbdə Azərbaycanda faktiki əsas müxalif qüvvə kimi qəbul olunmağa başlayır. Konkret halda sözügedən hüquq müdafiə təşkilatı - "Siyasi Məhbuslara Azadlıq İttifaqı” 2018-ci il noyabrında təsis edilib. Qurum o zaman əsas məqsədinin aparıcı beynəlxalq təşkilatları məlumatlandırmaq, Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyət haqda dinləmələr təşkil etmək olduğunu açıqlamışdı. Yeni qurumun təsisçiləri sırasında Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri), Eldəniz Quliyev, Hilal Məmmədov var idi. Bu şəxslərin hər birinin İranla bu və ya digər şəkildə əlaqələri haqda müxtəlif səviyyələrdə ittihamlar səslənib, bəziləri buna görə mühakimə də olunub.

Qurumun əsas simalarından olan Arif Yunus siyasi mühacirlərə məxsus YouTube kanallarında öyünür ki, erməni və yunan lobbilərinin Azərbaycan məmurlarına qarşı tətbiqinə çalışdıqları sanksiya siyahısını o tərtib edib.

Doğrudanmı ABŞ Konqresi və Dövlət Departamenti İrana, İranın formalaşdırmaq istədiyi proksi qüvvəyə rəğbətini gizlətməyən bir təxribatçı qurumun dezinformasiyaları sayəsində yanlış yönləndirilir? İstisna etmirik, amma bu hesabatı xatırlamağa məcbur olduğumuz hadisəyə - Ermənistandakı keşiş qiyamına qayıtmaq istəyirik.

Ötən yazılarda İranın aparıcı KİV-lərinin manşetini bəzəyən bir məlumat vermişdik. Etiraf edirdilər ki, İranda Cənubi Qafqazla bağlı siyasətlərini yürütmək üçün iki əsas qüvvəyə-terrorçu “Hüseyniyyun” qruplaşmasına və erməni kilsəsinə bel bağlayırlar. ABŞ-dan ard-arda yayımlanan müxtəlif rəsmi hesabatlarda da məhz bu iki qüvvəyə istinad edilməsi qəribə deyilmi? Radikal erməni keşişləri və ABŞ-ın terror təşkilatı kimi tanıdığı SEPAH-ın nəzarət etdiyi, Qafqazda yeni proksi qüvvəyə çevirmək istədiyi radikal xomeyniçilər nədən ABŞ tərəfindən himayə edilməlidir? Yeri gəlmişkən, Ermənistandakı keşiş qiyamının başında duran şəxs Kanada vətəndaşıdır.

Cəmaləddin Quliyev, siyasi ekspert









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın şərab şirkətinə yeni sədr və üzvlər seçiləcək - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanın metal şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 00:02
Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?
Dünən, 19:10
Elşad Musayev deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI
Dünən, 19:00
Məktəblərdə fənlərin sayı azaldıla bilər? - AÇIQLAMA
Dünən, 18:56
Kəmaləddin Heydərov xanım idarə rəisini işdən çıxardı - ƏMR
Dünən, 18:12
Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...
Dünən, 18:05
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”
Dünən, 18:02
Azərbaycan regionda yeni siyasi nizam yaradıb - FAKT BUDUR!
Dünən, 17:56
İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu
Dünən, 17:52
Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq - QƏRAR
Dünən, 17:50
Azərbaycan neftini ən çox hansı ölkələr alıb? - CƏDVƏL
Dünən, 17:46
Namizədliyimi irəli sürmək fikrindəyəm - Fəzail Ağamalı
Dünən, 17:39
İtaliya Azərbaycana yeni səfir təyin edib - FOTO
Dünən, 17:32
"Bu faciədən faydalanmağa çalışıb, "suyu bulandırmaq" və münasibətlərə təsir etmək cəhdləri olacaq"
Dünən, 17:28
Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Dünən, 17:25
Ağır əməliyyat keçirən Salam Sarvan danışdı - 10-15 günə...
Dünən, 17:13
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
Dünən, 17:06
Dövlət Radiotezliklər İdarəsi daha bir şirkəti - MƏHKƏMƏYƏ VERİB
Dünən, 17:03
Qarabağ Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:58
Sabir Rüstəmxanlı seçkiyə gedəcək? - AÇIQLAMA
Dünən, 16:48
Keyfiyyət yox, məbləğ YÜKSƏKDİR: - Otellərində qiymətlər niyə bahadır?
Dünən, 16:42
50 qəpiklik un niyə 3 dəfə baha satılır? - AÇIQLAMA
Dünən, 16:33
Kremldən Rəisi açıqlaması – “Gecə yarısı Ermənistandan...”
Dünən, 16:31
Azərbaycanda alimin elmi adı əlindən alındı - ŞOK QƏRAR
Dünən, 16:26
Gürcüstanda qırmızı xətt keçildi: - Zurabişvili hökümət ilə kəllə-kəlləyə gəlir
Dünən, 16:21
İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir...
Dünən, 16:18
"Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq"
Dünən, 16:11
Baqrat geri çəkildi - “Bir daha...”
Dünən, 16:04
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar - FOTO
Dünən, 15:58
“AzInTelecom” “Microsoft SPLA” lisenziyalarını yeniləyir - MƏBLƏĞ
Dünən, 15:53
Dövlət Radiotezliklər İdarəsi yerli şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Dünən, 15:51
“Qızın ata-anası yoxdursa, o, ərə gedə bilməz” - Qalmaqallı açıqlama
Dünən, 15:48
Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO
Dünən, 15:39
Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb
Dünən, 15:28
Latviya iki qonşusundan fərqli olaraq Azərbaycana üstünlük verib - İNCƏLƏMƏ
Dünən, 15:23
Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış - SƏN DEMƏ...
Dünən, 15:20
"Hadisə baş verən kimi xəstəxanaya getdim"
Dünən, 15:14
«Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT
Dünən, 15:06
Yayda mənzil qiymətləri düşəcək? - NƏ ETMƏLİ?
Dünən, 15:00
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - RƏSMİ BAKI
Dünən, 14:56
Xankəndiyə prokuror təyin edilib - ƏMR
Dünən, 14:53
Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA
Dünən, 14:49
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub - BUNDAN SONRA...
Dünən, 14:46
“Bəzi məcburi köçkünlər dövlətdən əlavə ev almaq üçün boşanırlar” – SENSASİON AÇIQLAMA
Dünən, 14:44
Buşu da İsa Qəmbərə müavin təyin etsələr, xeyri yoxdur - Sabiq müsavatçılar danışdı
Dünən, 14:29
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." - ŞOK TƏFƏRRÜAT
Dünən, 14:26
İranda səfirliyimizin açılacağı tarix bəlli oldu - MƏNBƏ
Dünən, 14:22
"Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıqovun yaxınlarına məxsus idi" - MN-dəki 143 milyonluq mənimsəmə İŞİ...
Dünən, 14:18
Mərkəzi Bank ən çox şikayət edilən bankların adını açıqlayıb - SİYAHI
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru