Sabiq tabor komandirinə Şuşada ev verildi - AÇIQLAMA
Tarix: 10-05-2024, 15:52 |
Çap et
“Bu gün Şuşaya köç başladı, sakinlərimiz yola düşdülər”.
Bunu Bakupost.az -a açıqlamasında "Şuşa" özünümüdafiə taborunun sabiq komandiri Fəxrəddin Səfərov deyib.
O, Şuşada mənzillə təmin olunduğunu bildirib:
“Mənə də Şuşada mənzil veriblər, amma neçə otaq olmasıyla bağlı hələ ki, məlumatım yoxdu. Mənə müəyyən güzəştlər olacaq. Ümid edirəm ki, bu ay biz də Şuşaya köçərik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün onların sayəsində doğma torpaqlarımıza ayaq basırıq”.