Ermənistanda “Tavuş – Vətən uğrunda” hərəkatının iki iştirakçısına qarşı cinayət işi qaldırılıb - Ermənistan KİV
Tarix: 10-05-2024, 16:44 |
Çap et
Ermənistanı paytaxtı İrəvanda “Tavuş – Vətən uğrunda!” hərəkatının keçirdiyi etiraz aksiyasının saxlanılan iki iştirakçısına qarşı cinayət işi qaldırılıb.
APA-nın Ermənistan mətbuatına istinadən məlumatına görə, buna səbəb 42 və 47 yaşlı bu şəxslərin üzərində iki ədəd bıçağın tapılmasıdır. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.