Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                 

Hərbi Hava Qüvvələrinin yeni komandanı kim olacaq - iki şanslı..
Tarix: 15-05-2024, 12:06 | Çap et
Hərbi Hava Qüvvələrinin yeni komandanı kim olacaq
Ötən həftə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov yaş həddi ilə əlaqədar xidmətdən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev müdafiə nazirinin müavinin hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılması barədə sərəncam imzalayıb.

“Yeni Müsavat” qeyd edir ki, Ramiz Tahirov 2014-cü ildə Prezidentin sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. Ramiz Tahirov 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə Dövlət İdarəçilik Akademiyasını və 2023-cü ildə isə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu fərqlənmə ilə bitirib. 2002-2013-cü illərdə Prezidentin müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib. General Tahirov Azərbaycanın ən səriştəli hərbi mütəxəssislərindən biri hesab olunurdu.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri strukturuna hava hücumundan müdafiə qüvvələri də daxildir. Azərbaycan regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci ilin məlumatına görə, 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. HHQ-nin arsenalında “Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı "MiQ-21", "MiQ-29", "Su-24", "Su-25", "İl-76", "An-24", "An-12", "Tu-134A", "Tu-16", "Mi-2", "Mi-8", "Mi-24", "Mi-35M" markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var. 2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş "MiQ-29M" döyüş təyyarəsi, həmçinin "Mi-24" helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin "MiQ-29" və "Su-25" döyüş təyyarələri Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təchiz edilib.

2017-ci ildən etibarən, Pakistan Azərbaycana təlim məqsədilə Super “Mushshlak” təyyarələrini təhvil verməyə başlayıb. 2020-ci ilin iyununda isə Türkiyədən yeni "Bayraktar-TB-2" alıb.

Bəs Hərbi Hava Qüvvələrinin yeni komanda kim ola bilər? Ehtimallardan biri Hərbi Hava Qüvvələrinin komandanın müavini polkovnik Elşad Pənahovdur. Elşad Pənahov 2020-ci ilin dekabrında Prezidentin sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. Hərbi Hava Qüvvələri komandirinin daha bir müavini, general-mayor Namiq İslamzadədir.

Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdənin Yeni Daşkənd kəndində anadan olub. 1981-1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olunub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Ali Hərbi Təyyarəçilik Məktəbinin təyyarəçi ixtisasını bitirib. 2019-2021-ci illərdə Hərbi Hava Qüvvələrinin komandanın aviasiya üzrə müavini -2021-ci ilin sentyabr ayında isə Hərbi Hava Qüvvələri Komandanının müavini - Hava Döyüş komandiri vəzifəsinə təyin olunub. 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib. 2020-ci ilin dekabrında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Hərbi Hava Qüvvələrinin Komandanlığının rəisi isə polkovnik Elçin Ahunovdur.

Qeyd edək ki, iki gün əvvəl müdafiə nazirinə yeni müavin - Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. Müşfiq Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. Bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. İdarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi.

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, komandanlar daimi deyil: “Bütün vəzifəli şəxslər təqaüdə göndərilə və ya xidmət yerini dəyişə bilər. Ona görə daimi heç nə yoxdur. Təqaüdə göndərilən komandanın da xidmətləri olub və Vətən müharibəsində Hərbi Hava Qüvvələrimiz öz döyüş gücünü nümayiş etdiriblər. Eyni zamanda HHQ-nin general-mayoru Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunub. Ümumiyyətlə, Hərbi Hava Qüvvələrinin inkişafı daim prezidentin diqqətindədir. Bizim Pakistanla olan təyyarələrin alınması üzrə müqavilələrimiz var. Pakistanın təlim təyyarələri 44 günlük müharibəyə qədər artıq alınmışdı. Yəni Hərbi Hava Qüvvələrinin inkişafı üçün həmişə böyük işlər görülüb". Polkovnik bu gün hava hücumundan müdafiə sistemlərinin təzələndiyini, Vətən müharibəsinə qədər Belarusla müqavilələr imzalandığını da yada salıb: “Belarus mütəxəssisləri xeyli işlər görüblər. Bizim ali məktəblərdə hərbi hava qüvvələri üçün kadrlar hazırlanır və onların peşəkarlığının artırılması istiqmaətində müasir trenajorlar mövcuddur. Həmçinin onlar daim uçuşlar həyata keçirirlər, pilotlarımız qardaş Türkiyədən olan həmkarları ilə birgə təlimlərdə iştirak edirlər. O baxımdan deyərdim ki, HHQ mütəxəssislərimiz yüksək peşəkarlığı ilə seçilir. Hazırda pilotsuz uçuş aparatları da istehsal olunur və müdafiə sənayesində bununla bağlı işlər görülür, bu sahədə kadrlar yetişdirilir. Bizim bu məsələdə İsrail və Türkiyə ilə sıx əməkdaşlığımız var. Bir sözlə, Azərbaycanın hava məkanını qorumağa tam şəkildə hazır olan kadrlarımız olduğunu deyə bilərik və onlar qarşıya qoyulan tələblərə ən yüksək səviyyədə cavab verirlər”.

Qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. Azərbaycanın ikinci müstəqilliyi dövründə - 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan Ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" - indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan Ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 2014-cü ildən komandan Ramiz Tahirov idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru