"Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                 

ATƏT-siz sülh danışıqlarının müsbət nəticələri – Vasitəçisiz daha yaxşıdır
Tarix: 15-05-2024, 15:24 | Çap et
ATƏT-siz sülh danışıqlarının müsbət nəticələri
ATƏT-in fəaliyyətdə olan sədri Yanq Borq ötən gün Azərbaycanda səfərdə olub. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Görüşlərdə yaddaqalan açıqlamalar verildi. İrəvandan Bakıya gələn Yanq Borq işgüzar səfəri zamanı Azərbaycan lideri ilə görüşdə bildirib ki, ATƏT Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir. Borq bildirib ki, sülh istiqamətindəki səylər təqdir olunur.

Azərbaycan Prezidenti qeyd edib ki, sülh prosesinin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz Azərbaycandır. Ölkə başçısı onu da bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqların işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Bildirib ki, Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Daha sonra XİN başçısı Ceyhun Bayramov Borqla görüşüb və ATƏT sədri ilə müzakirə zamanı Azərbaycanla təşkilat arasında əməkdaşlıq, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarından danışılıb. Bununla yanaşı,postmünaqişə dövründə regiondakı vəziyyət müzakirə olunub. Bayramov Bakı ilə İrəvan arasında diplomatik yolla əldə edilənləri “tarixi nəticə” adlandırıb: “Nəticələr ona görə uğurludur ki, bu, iki dövlət arasında birbaşa danışıqlarla əldə olunub. Son 30 ildə ilk dəfədir ki, iki ölkə masa arxasında razılaşır və 4 işğalda olan kəndimiz Azərbaycana qaytarılır”. XİN başçısı eyni zamanda, Bakı ilə İrəvan arasındakı sülh gündəliyinə də toxunub və, Münhen, Berlin və Almatı şəhərində erməni həmkarı ilə reallaşan görüşləri nümunə göstərib. Bildirib ki, tərəflər sülh yolda inamla addımlayır.

“Azərbaycan tərəfi üçün ən önəmli məqam ondan ibarətdir ki, bu, ədalətli, beynəlxalq hüquqa əsaslanan və gələcəkdə hər hansı açıq məqamları yenidən masaya çıxarılmasını istisna edən saziş olmalıdır. Azərbaycanın mövqeyi qarşı tərəfə çatdırılır və qarşı tərəfin də gözləntilərini, arqumentlərini diqqətlə izləyirik”, - deyə Bayramov vurğulayıb.

ATƏT sədri də çıxışında XİN başçısının fikirlərini təsdiqləyib və delimitasiya-demarkasiya ilə bağlı razılığı “düzgün istiqamətdə atılan addım” kimi qiymətləndirib: “Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ATƏT üçün prioritetdir. Sərhədlərin delimitasiyasına başlanılması müsbət addımdır. Sülhün alternativi yoxdur. Ermənistanla Azərbaycan arasındakı praqmatik məsələləri dəstəkləyəcəyik”.

ATƏT sədrinin Bakı səfəri və müzakirələr zamanı səsləndirilən fikirlərlə bağlı, eyni zamanda sülh prosesi ilə əlaqədar AYNA-nın suallarını politoloq Fikrət Sadıqov cavablandırıb. Analitik bildirib ki, Prezident də, XİN başçısı da ATƏT sədrinə mövqeyimizi bildirdi, bir sıra məsələlərə aydınlıq gətirildi:

- Rəsmi Bakı Minsk Qrupunun fəaliyyətindən çoxdan imtina edib. Prezident həmsədrlik institutunun fəaliyyətinə ehtiyac qalmadığını hələ 44 günlük müharibədən sonra həmsədrlərlə görüşündə demişdi. Bir daha Minsk Qrupuna ehtiyac qalmadığı ATƏT sədrinin diqqətinə çatdırıldı. Almatıda XİN başçılarının görüşü, müzakirələr də bunu təsdiqləyir. Nazirlərin görüşü vasitəçisiz keçirildi ki, bu, müsbət haldır. Hətta görüşə ev sahibliyi edən Qazaxıstan nümayəndəsi də görüşdə iştirak etmədi. Demək istədiyim odur ki, ikitərəfli danışıqların nəticəsi kifayət qədər müsbət olur. Sülh istiqamətində tərəqqiyə nail olunur, həm Bakıdan, həm də İrəvandan müsbət bəyanatlar verilir. ATƏT də bunu alqışlayırsa, dəstəkləyirsə, nə gözəl.

- Sülh istiqamətində müsbət mesajlar verilməsi sazişin imzalanmasına yaxınlaşıldığının göstəricisidir?

- Düzdür, rəsmi Bakı İrəvanın hərəkətlərinə çox ehtiyyatla yanaşmalıdır, reaksiya verməlidir. Çünki bəzi hallarda İrəvanın bəyanatları ilə addımları arasında ziddiyyətlər özünü göstərir. Bəzən Ermənistan ikibaşlı mesajlar verir. Biz öz siyasi prioritetlərimizi həyata keçirərkən İrəvanın bu hərəkətlərinə ehtiyatla reaksiya verməliyik. Ermənistanın Baş naziri Nikol Paşinyan da, xarici işlər naziri Ararat Mirzoyan da o qədər ziddiyyətli bəyanatlar verir ki, bizim mövqeyimiz sərt, həm də çevik olmalıdır. Mümkündür ki, razılaşmalar tamamlansın və sülh sazişi payızadək imzalansın.

- Sülh prosesi getdiyi zaman Paşinyan hökumətinə qarşı etirazlar keçirilir, müxaliflər hazırkı iqtidarı devirmək niyyətindədirlər. Baş verənlər sülh prosesinə hansı təsiri göstərə bilər?

- Ermənistan hakimiyyəti, Baş naziri açıq şəkildə bildirdi ki, bu etirazlar sülh danışıqlarını, delimitasiya prosesini poza bilməz. Eyni zamanda, hakimiyyətin devrilməsi üçün güc strukturlarının da etirazçılara qoşulması lazımdır. Güc strukturları isə Paşinyanın nəzarətindədir. Nəzarətdən qismən kənarda qalan ordudur ki, məncə, ordu etirazçılara qoşulmayacaq. Çünki ordunun başında dayanan əsas şəxslər Paşinyanın adamlarıdır.

Ola bilsin ki, indi deyəcəklərim bir qədər qəribə səslənir, amma deyim ki, ola bilsin, Ermənistandakı aksiyaların təşkilatçısı da elə Paşinyanın özü olsun. Bununla göstərmək istəsin ki, İrəvan sülhə hazırdır, amma xalq istəmir. Bilirsiniz, İrəvan hər zaman ikibaşlı oyun oynayır. Əgər belədirsə, o zaman sülh prosesinə Ermənistanda baş verənlər müəyyən qədər təsir göstərə bilər. Amma çevriliş ehtimalı azdır. Çünki Ermənistan əhalisinin böyük əksəriyyəti Paşinyan hakimiyyətini dəstəkləyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru