Kreml sülh masasına qayıdır? - NƏ BAŞ VERİR?
Tarix: 15-05-2024, 16:09 | Çap et
“Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qərarı ilə 2021-ci ildə yaradılmış üçtərəfli qrupun tamhüquqlu işini mümkün qədər tez bərpa etməyi zəruri hesab edir”.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Qərbin təzyiqi ilə İrəvan Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması işi üzrə üçtərəfli əməkdaşlığı dondurmaq qərarına gəlib.
Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun yaradılmasna dair 2021-ci il yanvarın 11-də hər üç ölkə liderinin Moskvada keçirilən görüşündə razılaşma əldə olunub.
İşçi Qrup Azərbaycan, Ermənistan və Rusiya arasında dəmir yolu, avtomobil və qarışıq daşınmaların təşkili barədə qərar qəbul edib. Eyni zamanda, nəqliyyat əlaqələrinin təhlükəsizliyi, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növlərinin təmin edilməsi ilə bağlı üçtərəfli qaydada razılığa gəlinib.
Lakin ötən üç ildə bu sənədin icrası mümkün olmayıb. Ona görə də 2022-ci ilin sonlarına qədər fasilələlərlə müzakirələri davam etdirən İşçi Qrup sonradan fəaliyyətini qeyri-rəsmi dayandırdı. Buna səbəb hər üç ölkə arasında 2020-ci il noybarın 10-da və 2021-ci il yanvarın 11-də qəbul edilmiş bəyanatlarda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair razılaşmaların Ermənistan tərəfindən yerinə yetirilməməsi olub.
İşçi Qrup çərçivəsində dəmir yolunun bərpası və fəaliyyəti başlaması qərara alınsa da, Nikol Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına dair 10 noyabr Bəyanatının 9-cu bəndini hələ də yerinə yetirməyib. Hətta Ermənistan rəsmiləri 10 noyabr Bəyanatından çıxması, yaxud 9-cu bəndin öz əhəmiyyətini itirməsinə dair davamlı açıqlamalar verməklə kommunikasiyaların açılmasına mane olub.
Bundan başqa, rəsmi İrəvan Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə zidd hesab edərək buna etiraz edib. Ermənistanla Rusiya arasında kommunikasiyalara nəzarətlə bağlı yaranmış fikir ayrılığı dəmir və avtomobil yollarının açılmasını əngəlləyən növbəti amilə çevrilib.
Halbuki, Ermənistan 10 noyabr Bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəqliyyat vasitələrinin, yüklərin və vətəndaşların təhlükəsiz keçidini təmin etmək barədə öhdəlik götürüb. Yola hansı ölkənin nəzarət etməsindən asılı olmayaraq, Ermənistan qeyd edilən öhdəliyi qeyd-şərtsiz yerinə yetirməlidir.
İndi Rusiya xarici işlər nazirinin müavini İşçi Qrupun fəaliyyətini yenidən bərpasını təklif etməklə həmin format çərçivəsində əldə edilmiş razılaşmaların icrası məsələsini yenidən gündəmə gətirir. Çox güman ki, Qaluzinin bu açıqlamasının səbəbi Azərbaycanla Ermənistan arasında ikitərəfli təmasların artmasıdır.
Xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilən görüşündən sonra nəqliyyat-kommunikasiya əlaqələrinin bəprası məsələsi gündəmə gəlib. Bunun davamı olaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla dəmir yolunun açılmasına hazır olduqlarını bəyan etdi.
Lakin Ararat Mirzoyanın bu prosesin bərabərlik prinsipinə əsaslanmasının vacibliyini xüsusi vurğulaması rəsmi İrəvanın dəhliz prinsipini qəbul etmədiyini və Ermənistanın dəmir yolunun təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasına qarşı olduğuna işarədir. Artıq Qarabağ separatçılarının nümayəndəsi Samvel Babayan Azərbaycandan Naxçıvan MR-a çıxış üçün Kalininqrad modelinin tətbiqini təklif edib.
Rusiyanı Kalininqrad vilayəti ilə birləşdirən “Suvalki” dəhlizinin tətbiqi nəqliyyat marşrutlarına üçüncü ölkənin nəzarət etməsini nəzərdə tutmur. Bu isə Rusiyanı qane etmir. Rəsmi Moskva İranla sərhəddə yerləşən qoşunlarının Zəngəzur dəhlizinə cəlb olunmasını istəyir. Azərbaycan üçün hər iki variant əlverişlidir. Rəsmi Bakı Zəngəzurdan kommunikasiyaların açılmasını Ermənistanla sülhün əsas prinsiplərindən biri hesab edir.
Rusiya Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməklə Avropanı Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək ən mühüm nəqliyyat marşrutlarından birinə nəzarət etməyə çalışır. Bu həm də Rusiyanın Ermənistanda zəifləyən geosiyasi mövqelərini möhkəmlətmək məqsədi daşıyır. Ona görə də Mixail Qaluzin İşçi Qrupun fəaliyyətinin bərpasını təklif etməklə Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasında Rusiyanın maraqlarının nəzərə alınmasının vacibliyinə dair mesaj verir.
Lakin həm Azərbaycanla sülh danışıqlarında, həm nəqliyyat marşrutlarının mühafizəsində Rusiyanın iştirakı ilə razılaşmayan Ermənistanın bu təklifi qəbul edəcəyi inandırıcı görünmür.
Müşfiq Abdulla “Cebhe.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Əsədi Suriyanın yeni hakimiyyətinə sata bilər - Sensasion iddia
Bu gün, 19:23 |
|
|
|
• Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib - Bu MADDƏ İLƏ....
Bu gün, 19:19 |
|
|
|
• Ermənilərlə işləmək asan məsələ deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• "Rusiyanın hərbi bazasının yerləşdiyi Ermənistanda Putinin həbsi ilə bağlı qərar icra oluna bilməz"
Bu gün, 19:00 |
|
|
|
• Azərbaycanda 2 min manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 18:58 |
|
|
|
• General və polkovniklərin müsadirə olunan əmlakları - SİYAHI
Bu gün, 18:47 |
|
|
|
• Təbrizdə türkcə “Qarı nənə” uşaq tamaşası nümayiş olundu - BUNA DA ŞÜKÜR...
Bu gün, 18:06 |
|
|
|
• Repetitorluq qadağan olunarsa... - “Ali məktəblər boş qalacaq”
Bu gün, 18:04 |
|
|
|
• Ermənistanın Suriya siyasətində durğunluq dövrü olacaq - İrəvan üçün böyük itki
Bu gün, 17:58 |
|
|
|
• "İnsan hüquqlarının pozulduğu Qərb ölkələri Azərbaycandakı məhkəmə qərarlarına müdaxilə edirlər" - deputat
Bu gün, 17:56 |
|
|
|
• Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır
Bu gün, 17:54 |
|
|
|
• Suriyanın müvəqqəti hökumətinin rəhbəri vəzifəsinə Məhəmməd əl Bəşiri seçiləcək - "Al Jazeera'
Bu gün, 17:41 |
|
|
|
• Mirqiyas Kazımov məhkəməyə ÜZ TUTDU
Bu gün, 17:39 |
|
|
|
• Almaniya suriyalıların sığınacaq müraciətlərinə baxılmasını dayandırdı
Bu gün, 17:36 |
|
|
|
• “Vialon”un rəhbəri deyir ki, dilinizi boğazınızdan çıxararam... - ÖZBAŞINALIQ!
Bu gün, 17:34 |
|
|
|
• Paşinyanın dediyi absurddur, Parisdə Trampla... - Voskanyan
Bu gün, 17:28 |
|
|
|
• “Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib - buna qədər isə...
Bu gün, 17:23 |
|
|
|
• Suriyanın bərpası neçəyə başa gələcək?
Bu gün, 17:16 |
|
|
|
• Aynur Dadaşova ərinin xəyanətindən DANIŞDI - "Hər şeyə qulaq asdım"
Bu gün, 17:14 |
|
|
|
• Ukrayna və ABŞ Müdafiə nazirləri cəbhədə mövcud vəziyyəti müzakirə edib
Bu gün, 17:04 |
|
|
|
• “Suriya Türkiyəyönlü silahlı dövlətə çevriləcək”
Bu gün, 16:55 |
|
|
|
• "Ermənistan-Azərbaycan arasında davamlı sülh olmadan Qərbi Azərbaycana dinc qayıdış mümkün deyil"
Bu gün, 16:52 |
|
|
|
• BDU-nun 6 tələbəsi qalib oldu
Bu gün, 16:48 |
|
|
|
• Sabahdan bələdiyyə seçkilərinə namizədlərin sənədlərinin qəbulu başlayır - DİQQƏT!
Bu gün, 16:47 |
|
|
|
• "Onlara demək istəyirəm ki... sizin gördüyünüz kimi deyil"
Bu gün, 16:45 |
|
|
|
• Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var...
Bu gün, 16:42 |
|
|
|
• Mənbic şəhərində Azərbaycan bayrağı, Qarabağ yazısı görünüb - FOTO
Bu gün, 16:37 |
|
|
|
• İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb
Bu gün, 16:36 |
|
|
|
• 10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi məktəbdə BATIB – Hadisənin TƏFƏRRÜATI
Bu gün, 16:23 |
|
|
|
• "20 Yanvar" yeraltı keçidindəki obyektlərin taleyi necə olacaq? - "Heç bir sənəd mövcud deyil..."
Bu gün, 16:21 |
|
|
|
• Əməkdar artist kliniki ölüm keçiribmiş - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• İki dairədə yeni seçki məntəqələri yaradılıb
Bu gün, 16:13 |
|
|
|
• "Pul verməmək üçün hər şey edirlər" - Hüquqşünasdan "Meqa Sığorta" ilə bağlı şikayət
Bu gün, 16:11 |
|
|
|
• Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif – Dörd bölgə…
Bu gün, 16:05 |
|
|
|
• Nazirlik qanunsuz çalışan plastik cərrahlara sertifiaktların verilməsində əməkdaşlarının adlarının çəkilməsinə münasibət bildirib
Bu gün, 15:49 |
|
|
|
• ABŞ-nin NATO-dan çıxması onun azalan nüfuzuna daha böyük zərbə vura bilər -ŞƏRH
Bu gün, 15:44 |
|
|
|
• Əsəddən sonrakı Suriya: - “Yeni və daha mürəkkəb dövr başlayır”
Bu gün, 15:41 |
|
|
|
• Trampın xüsusi nümayəndəsi HƏMAS-ı girovları azad etməyə çağırıb
Bu gün, 15:40 |
|
|
|
• Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
Bu gün, 15:34 |
|
|
|
• Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT - “Oğlumu türmədə ölümə təhrik edirlər”
Bu gün, 15:32 |
|
|
|
• Gürcüstan Aİ-yə inteqrasiyası dayandırılmayıb - Kobaxidze
Bu gün, 15:16 |
|
|
|
• Səhiyyə sisemində TENDER YEYİNTİSİ... - İcazə verin şübhələnək...
Bu gün, 15:14 |
|
|
|
• Yeni ili bölgələrdəki hotellərdə qarşılamaq neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 15:11 |
|
|
|
• Putin Əsədlə nə vaxt görüşəcək? - Peskovdan açıqlama
Bu gün, 15:09 |
|
|
|
• Məşhur plastik cərrahların sertifikatları ləğv olunur... - Ağır cəza gözlənilir
Bu gün, 15:07 |
|
|
|
• Suriyanın müvəqqəti rəhbəri o oldu - BƏLLİ OLDU
Bu gün, 15:00 |
|
|
|
• Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib - FOTO
Bu gün, 14:51 |
|
|
|
• Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub - "Al-Watan"
Bu gün, 14:46 |
|
|
|
• Ombudsman Aparatında vətəndaş cəmiyyəti institutları üçün maarifləndirmə tədbiri keçirilib - FOTO
Bu gün, 14:39 |
|
|
|
• Ağ Evin erməni planı: Səbəb Azərbaycan deyil - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
|