Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı .....                     Nazir məşhur cərraha vəzifə verdi .....                     Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü .....                     Samir Rzayev səfirlə görüşdü .....                     İcra başçısının müavini işdən çıxarıldı .....                     Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır .....                     Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... .....                     Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                     44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... .....                     "Neftqazmaş" ASC kiçilib .....                     "Bakıtikişsənaye" ASC səhmdarlarına .....                     Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər .....                     İlham Əliyev regionda MEYDAN SULAYIR... .....                     ABB də boyun qaçırır, qosqoca `Azercell` də... .....                     Gəncədə icra hakimiyyətinin yaxınlığında .....                 

Zəngəzur dəhlizinin yekun statusu bəlli oldu - Bakının son tələbi açıqlandı
Tarix: 15-05-2024, 17:10 | Çap et
Zəngəzur dəhlizinin yekun statusu bəlli oldu
Zəngəzur dəhlizinin Kalininqrad statusu ilə açılması Ermənistanda yenidən gündəmə gəlib. Ermənilər iddia edirlər ki, hər şey dəhlizin bu statusla açılmasına doğru gedir. Bu, rəsmi Bakının tələb etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni ehtiva edən modeldir. Bəs son durum nə yerdədir, Ermənistanın buna münasibəti necədir?

Məsələni Teleqraf.com-a şərh edən politoloq İlqar Vəlizadə Kalininqrad modelinin mahiyyətini izah edib.

Onun sözlərinə görə, bu, Zəngəzur dəhlizinin xüsusi güzəştlərlə açılması hadisəsi olacaq:

“Kalininqrad modeli belədir ki, sərnişin və malların daşınmalarında güzəştlər tətbiq olunur, müəyyən kateqoriyalara aid olan mallarla bağlı ümumiyyətlə rüsum alınmır. Məsələn, bu modelin tətbiqindən sonra Naxçıvan sakinlərinə gündəlik tələbat malları göndəriləcəksə, bunlar rüsumsuz buraxılacaq. Sərnişinlərin daşınmasına gəlincə, daşınma Azərbaycandan Azərbaycana olacağı üçün Naxçıvana getmək istəyən və ya bura gəlmək istəyən vətəndaşlardan viza tələb olunmayacaq. Bu durumda sadəcə şərti yoxlama aparılır.

Dəhlizin Kalininqrad modeli ilə açılması Azərbaycanın tələbidir. Bizim tələbimiz reallaşsa, Azərbaycanla Ermənistan arasında digər istiqamətlərdə də kommunikasiyalar açılacaq. Bu, Ermənistana da qazanc gətirəcək, tranzit imkanları yaranacaq və artacaq. Bu durumda Ermənistanın Türkiyə ilə də əlaqələri yaranacaq. Yeri gəlmişkən, Ermənistan bu xətlər vasitəsilə Mərkəzi Asiya və Rusiyaya birbaşa çıxış imkanları əldə edə bilər. Bu tələbi yerinə yetirməsə, Ermənistan üçün hər şey olduğu kimi qalacaq”.

İlqar Vəlizadə hesab edir ki, Ermənistan “Sülh qovşağı” layihəsini reallaşdırmaq istəyirsə, Zəngəzur dəhlizinin statusu ilə bağlı şərtimizi yerinə yetirməlidir:

“Bunu istəməsə, heç kim onu məcbur etməyəcək. Bizim İran üzərindən alternativimiz var, indi Ermənistanın ziddiyyətli addımları fonunda bu projedən imtina etsək, onun heç bir imkanı qalmayacaq. Yəni duruma uyğun olaraq, şərtlər də dəyişə bilər. Əslində Ermənistanı bir az cazibəli göstərən Zəngəzur dəhlizi layihəsidir, indi buna yaxın durmasa, bu imkanını da itirəcək. İrəvan mümkün gəlişmələri qabaqlamaq istəyirsə, bəri başdan tədbir görməlidir. Tarix göstərir ki, gecikən cavab heç vaxt vəziyyəti bunu ləngidənin xeyrinə dəyişmir.

Ermənistan iş-işdən keçdikdən sonra cavab verəcəksə, oyundankənar vəziyyətdə qala bilər. Məsələn, Ermənistan bu kimi səbəblərdən regionda reallaşan Bakı-Tiflis-Qars dəmir yolu və Bakı-Tiflis-Ceyhan boru kəmərindən kənada qalıb. İndi Azərbaycandan Avropaya çəkilən elektrik kabelləri Gürcüstandan keçəcək, bunu sonradan Ermənistandan keçirmək mümkün olacaqmı? Yox! Bu, Avropaya açılacaq “Yaşıl enerji dəhlizi” üçün də keçərlidir. Ermənistan bu dəfə də oyundankənar vəziyyətdə qalmaq istəmirsə, dəhlizin bizim istədiyimiz statusla açılması üçün tələsməlidir”.

Ermənistanın “dəhliz” ifadəsindən çəkinməsinə gəlincə, politoloq mümkün səbəblər haqda bunları söyləyib:

“Ermənistan uzun illər özünü inandırıb ki, guya Azərbaycan və Türkiyədə ona ancaq təhdid və təhlükə gələ bilər. Bu səbəbdən də, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq dəhliz Ermənistanda “işğal cəhdi” kimi qəbul olunur. Ermənilər öz xülyalarından qorxurlar. Digər yandan, indiyədək Ermənistanda irimiqyaslı tranzit layihələr həyata keçirilməyib. Yəni belə layihələrdən, onların hansı formada reallaşması və nə kimi üstünlüklərinin olmasından xəbərsizdirlər”.

Ermənistan və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şimal-Cənub dəhlizinin Qacaran-Sisyan yolunun (Zəngəzur bölgəsində) tikintisi üçün 236 milyon avroluq kredit sazişi imzalayıb. Bəs bu hansı layihədir?

İlqar Vəlizadə bunun Zəngəzur dəhlizi ilə bağlı olmadığını söyləyib:

“Bu, tam başqa layihədir. Ermənistan Fars körfəzi və Qara dənizi birləşdirən bir proje təklif edib. Bunun başlanğıcı İranın Çabahar, sonu Gürcüstanın Batumi limanlarındadır. Qacaran-Sisyan yolu da bunun tərkib hissəsi kimi qiymətləndirilir. Bu projedə şərti olaraq Hindistan, İran, Ermənistan, Gürcüstan və Bolqarıstan iştirak edir. Avropa Birliyi bu xətlə Ermənistan üzərindən Hindistan və Asiyanın digər bazarlarına çıxmaq istəyir. Bu, mürəkkəb bir məsələdir, çətin relyef buna mane olur. Üstəgəl, yüklərin avtomobil yolları ilə daşınmasını nəzərdə tutur. Ermənistanın yollarının isə yükgötürmə qabiliyyəti aşağıdır. Avtonəqliyyat daşımaları isə çox bahalıdır. Karqodan sonra ən bahalı yükdaşıma budur. Çünki benzin, mazut və dizeldən istifadə olunur, bunlar da bahalı resurslardır. Belə daşımalar isə iri şirkətlər və dövlətlər üçün o qədər də məqbul deyil. Çünki avtomobil yolları ilə daha az və birkateqoriyalı yükləri daşıya bilirlər.

Böyük yüklər adətən gəmi və dəmir yolları ilə daşınanda daha sərfəli olur. Bu səbəbdən də, Ermənistan marşrutu o qədər də sərfəli deyil. Çox güman ki, Avropa Yenidənqurma Bankı siyasi motivlərdən istifadə edərək bu layihəni reallaşdırmaq istəyir. Həmçinin bununla Rusiyaya göstərmək istəyirlər ki, sizinlə yanaşı, biz də burdayıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı - VİDEO
Bu gün, 12:14
Nazir məşhur cərraha vəzifə verdi - FOTO
Bu gün, 12:07
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
Bu gün, 12:04
Samir Rzayev səfirlə görüşdü - FOTO
Bu gün, 12:00
İcra başçısının müavini işdən çıxarıldı - BUNA GÖRƏ...
Bu gün, 11:59
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır - FOTO
Bu gün, 11:57
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10
Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09
Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57
“Xalq Bank”ın rəhbərinə ağır itki üz verib
Bu gün, 07:24
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? - GƏLİŞMƏ
Bu gün, 07:17
Arazın o tayının və bu tayının görüşü… - replika
Bu gün, 06:35
Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru