`Azəriqaz`ın SAYĞAC-MAYĞAC OYUNU... - BU NƏDİ BELƏ?!
Tarix: 16-05-2024, 08:34 |
Çap et
"Qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlamasında qeyd olunur ki, mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir..." dia-az.site xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Komitəsinə müraciətində Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
"Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər..." deyə fikrini əsaslandıran hüquq müdafiəçisi daha sonra NHMT-na daxil olan məlumatı da açıqlayır:
"Hazirda "Azəriqaz" İstehsalat Birliyinin Hacıqabul Xidmət Sahəsində bir neçə günə şəhər mərkəzində nə qədər SMART tipli sayğac var hamısının bloklaşdırılması barədə tapşırıq verilib.
Bu sayğaclar 2017-də quraşdırılan Smart tipli sayğaclardır. Haziırda Xidmət Sahəsinə Gəncə Cihazqayırma istehsalı olan mexaniki tipli sayğacların gətirildiyi bildirilir.
Məsələ gizlin saxlanılır ki, insanlar indidən sayğaca pul yükləsinlər. Yəni qışa saxlamasınlar.
"Smart Zenner" markalı sağaclar isə dəyişdirilmir, guya beş ilini tamamlamayıb..."