Aynur Sabitova fəaliyyətini burada davam etdirəcək
Tarix: 16-05-2024, 11:12 |
Çap et
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.
dia-az.site Pravda.az-a istinadən xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir.
Kafedrada 41 əməkdaş olmaqla 3 professor, 12 dosent, 4 f.e.d., 17 f.f.d., 3 baş müəllim, 16 müəllim və 2 laborant fəaliyyət göstərir.
Qeyd: A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.