Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Kəbirli kəndində Birinci Qarabağ müharibəsi əlili Vəliyev Vəkil Əşrəf oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb. Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Qeyd edək ki, Vəkil Vəliyev 1993-cü il sentyabr ayının 2-də könüllü olaraq müharibəyə yollanmış və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 7-də həmin istiqamətdə düşmən minasına düşərək hər 2 ayağını itirmişdir. Vəkil Vəliyevə müharibə zamanı aldığı xəsarətlərə görə birinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən fərdi ev və avtomobillə təmin olunmuşdur. Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. dia-az.site