1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Texniki Universitetin rektoru İTTİHAM OLUNUR .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                 

900 milyon kasıbı olan ölkədən gələn "sərfəli təklif" - Dələduzların “pendirli tələ”si
Tarix: 24-05-2024, 09:40 | Çap et
900 milyon kasıbı olan ölkədən gələn "sərfəli təklif"
Artıq neçə vaxtdır Daxili İşlər Nazirliyinin mətbuat xidməti hər gün səhər virtual dələduzlar tərəfindən bank kartlarından kiber üsullarla oğurluqlar edilən şəxslər barədə məlumat verir.

Günə 15-20, bəzən daha çox bu cür aldadılan, pulları talananlar olur.

Bu barədə hər gün saytlar və qəzetlər də yazır, telekanallarda, radiolarda məlumat verilir, sosial şəbəkələr bu kimi xəbərlərlə dolub-daşır, ancaq yenə xeyri yoxdur, hər gün bu “qapaqsız kanalizatiya quyusu”na yeni-yeni adamlar düşür.

Dələduzların ifşa edilməsi, yaxalanması prosesi də gedir, ancaq onların bir qisminə əl çatmır, çünki hansısa xarici ölkədə oturublar, bəlli olmayan İP ünvanlarından daxil olaraq ölkəmizdəki adamlarla ünsiyyət qururlar və onları aldadırlar.

Əvvəl-axır bu cür cinayətlərlə mübarizə üçün İnterpolda xüsusi bölmələr yaradılacaq. Ya da artıq yaradılıb, amma onların öz işlərini gücləndirmələrinə ehtiyac var.

İndilikdə əlac “doqqazın, qapının rəzəsini, cəftəsi”ni bərk bağlamaqdır. Yəni fırıldaqların potensial qurbanları öncədən ağıllı, tədbirli olmalıdırlar, “siçan tələsindəki müftə pendir”ə tamah salmamalıdırlar.

Aldananların sayı onu göstərir ki, müasir dünyada hər cür informasiyaya çatmaq bu qədər asan olduğu halda yüz minlərlə insan özünütəcrid rejimində yaşayır. Onlar gün ərzində televizora baxmır, kompüterlərindən, mobil telefonlarından informasiya almaq üçün istifadə etmirlər, baxdıqları yalnız yüngül əylənncə, şou tipli videolardır.

Dələduzlar məhz insanların informasiyasızlığından və tamahkarlıqlarından istifadə edirlər. Əks təqdirdə onlar bu qədər “uğurlu” ola bilməzlər. Əslində fırıldaqçılar gün ərzində bəlkə də 100-200 adama tilov atırlar, çox adam onların “xidmət”ini rədd edir, amma yenə də 15-20 nəfəri öz qarmaqlarına keçirə bilirlər.

Sosial şəbəkələrin milli seqmentinin üzvü olan elə bir adam tapılmaz ki, ona azı 40 dəfə “xarici ölkədə vəfat etmiş eyni soyadlı milyonçu qohumunun mirasını bölmək” təklifi gəlməsin. Bu, artıq ölkədə zarafat, ironiya predmetinə çevrilib. Hamı bilir ki, bu, fırıldaqdır, heç kim heç kimlə miras böləsi deyil. Həm də hamı yeddi arxa dönənindən bəri xaricdə olan qohum-əqrəbasını tanıyır. Yəqin ki, vətəndaşlarımızın 100-də 99-u bu fırıldağa etina etmir, amma yenə də mütləq 1-2 nəfər tapılır ki, durduq yerdə bəxtinə çıxan, küçəyə tökülmüş milyonları mesaj yazan “vəkil”lə bölmək istəsin.

Elə ona görə də azı 15 ildir sosial şəbəkə üzvü olan hər kəsin ünvanına vaxtaşırı belə mesajlar gəlir.

Hələ biri də yeni çıxıb (dələduzlar öz “qarmaq”larını yeniləməyə məcburdurlar), abonentlərin votsap nömrəsinə aşağıdakı məzmunda mesaj yazırlar: “Etməli olduğunuz tək şey hər gün internetə girmək, istədiyiniz film qoşqularına baxmaq və şərhlərinizi buraxmaqdır. Bu rəylər sizə komissiya gətirəcək və boş vaxtlarınızda gündə 50 manatdan 150 manata qədər qazana bilərsiniz, qazancınız kart hesabına köçürüləcək”.

Göründüyü kimi, tərcümə proqramı vasitəsilə dilimizə çevrilmiş, Hindistandan ünvanmıza göndərilimiş mətndə 50-150 manatlıq “pendir” var. Buna tamahsılanmaq kifayətdir ki, bir geridönməz proses başladılsın və bu, sonda bank kartınızın sıfırlanması ilə nəticələnsin.

Ona görə də bu və ya digər “sərfəli təklif”lər edən mesaj alan kimi düşünmək lazımdır: bunlar kimdir, nəçidir, nədən tanımadıqları adamlara pul qazandırmaq istəyirlər, özlərinin kasıb qohum-əqrəbaları, qırılmışları yoxdurmu? Rəsmi statistikaya görə, 900 milyon kasıbı olan Hindistandan belə bir mesaj gəlməsi qəribə deyilmi?

Təkcə bu suallar üzərində şəkkaklıqla düşünmək kifayət edər ki, ağıllı adam bu cür tələlərə düşməsin. Ancaq bunun tamahı, necə deyərlər, Koroğlunun misri qılıncından iti olan adamlara dəxli yoxdur, ortada asan qazanılacaq müftə pul söhbəti varsa, onlar düşünmədən tələnin üstünə atılacaqlar.

Başqa ölkələrdə də hüquq-mühafizə orqanları virtual dələduzların əlindən cana-boğaza yığılıblar. Rusiya və Qazaxıstan kimi ölkələrdə təqaüdçülərə zəng edərək övladlarının və ya nəvələrinin qəzaya düşdüyünü, avtomobillə adam vurduqlarını xəbər verən, onların türmədən qurtulması üçün filan qədər pul tələb edən fırıldaqçıları bir ucdan ha tuturlar, bitmək bilmir.

Dövran dəyişib, indi ictimai nəqliyyatda insanların cibinə girən, çantasını kəsərək pulqabını aparanlar, demək olar ki, yoxdur. Həmin oğrular ixtisaslarını artırıblar, müasir texnoloji vasitələrlə işləməyi öyrəniblər, hardasa, bu sakit yerdə oturur, telefonunda, kompüterində qurdalanır və öz “şikar”nı tapır.

Keçmiş vaxtlarda insanlar pul-paralarını oğurlatmamaq üçün necə ehtiyatlı olurdularsa, indi ondan ikiqat artıq dərəcədə ehtiyatlı olmaq lazımdır.

Xalid KAZIMLI - musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru