Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Rusiya izi araşdırılır: .....                     İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın .....                     Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb .....                     "Bütün toylarda bu səslənəcək" .....                     Ermənistan-Azərbaycan genişmiqyaslı müharibəsi gözlənilmir .....                     Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib .....                     Ağadadaş Ağayevin son durumu açıqlandı: .....                     Türkiyədə fahişəliyə məcbur edilən .....                     Tramp prezident seçilərsə… .....                     Nexus ASEAN-nı gücləndirəcək .....                     “İbrahim anlaşması”nın TƏHLÜKƏSİ .....                     "Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..." .....                     Seçiciləriniz sizi tanımır, yoldaş Qafarov!!! .....                     Ehtiram Hüseynov buzlu su ilə sağalır .....                     Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir .....                     Rəşad Nəbiyevin uğursuz taksi islahatı... .....                     "Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" .....                     Təxribat üçün niyə yenə Tovuz seçildi? .....                     Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək? .....                     Arazdəyən kəndi ilə bağlı xəbər .....                     “25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” .....                     Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? .....                     İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... .....                     "Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" .....                     Zəfər Qurbanovu DURDURAN OLACAQMI? .....                     “Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı .....                     “Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” .....                     Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... .....                     Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb .....                     “YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” .....                     "Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... .....                     Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... .....                     Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir .....                     Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb .....                     Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? .....                     3 uşaq anası FƏRYAD EDİR... .....                     Avropa Azərbaycanla milyardlıq layihələrin izində .....                     SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır .....                     Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... .....                 

Qərbi Azərbaycan məsələsi: Petrosyandan sonra Paşinyan da etiraf etdi - GƏLİŞMƏ
Tarix: 24-05-2024, 10:08 | Çap et
Qərbi Azərbaycan məsələsi: Petrosyandan sonra Paşinyan da etiraf etdi
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə söylədi ki, Azərbaycana ərazi iddia etsələr, Qafanı da (Zəngəzur) itirə bilərlər. Ermənistan rəhbərinin bu açıqlamasını necə şərh etmək olar?

- Zənnimcə, Nikol Paşinyan yüz ölçüb, bir biçir, Azərbaycanla münasibətlər və sülhyaratma prosesinə diqqətlə yanaşır. Yəqin yaxşı başa düşür ki, indi “Ermənistan” ərazilər vaxtilə Azərbaycana məxsus olub və orada azərbaycanlılar yaşayıb. Söhbət Qərbi Azərbaycandan gedir. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışında da eşitmişəm. Ermənilər həmin ərazilərdə dövlətin necə yarandığını, bununla bağlı sovet dönəmi və ondan əvvəl imzalanmış sənədləri yaxşı bilirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz müraciətində sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsini istədi. Türkiyə lideri bildirdi ki, indiki məqam sülh üçün göydəndüşmə fürsət və imkanlar yaradır, əgər bu fürsətlərdən istifadə edilməsə, sazişin imzalanması uzana, bu da sülhü istəməyən qüvvələrin bölgəyə müdaxiləsinə, bu fonda da prosesin pozulmasına gətirib çıxara bilər. Nikol Paşinyan ayıq adamdır, yaxşı başa düşür ki, sülh prosesinin pozulması Ermənistan üçün pis nəticələr yaradacaq. Paşinyan bunları nəzərə alaraq, erməniləri başa salmağa çalışır ki, sülhdən başqa çıxış yolu yoxdur.

- Həm Bakı, həm Ankara, həm də İrəvandan verilən açıqlamalardan belə təəssürat yaranır ki, sülh prosesinə müdaxilə etmək istəyən qüvvələr var, sülh sazişinin imzalanmasının sürətləndirilməsi ilə bağlı çağırışlar da bundan irəli gəlir. Sizcə, bu pozucu qüvvələr kimlərdir?



- İlk növbədə Rusiyanın adını çəkərdim. Rusiya Cənubi Qafqazda qalmaq üçün müxtəlif oyunlara gedir ki, hər iki ölkəni öz təsir dairəsində saxlasın. Məsələn, Gürcüstanda da vəziyyət gərginləşib. Bu prosesdə də Rusiyanın əlinin olduğuna şübhə etmirəm. Çünki Bidzina İvanişvili Rusiyanın adamıdır.

Fransa da bölgədə baş verənlərə münasibətlərdə nə tərəfsizliyini, nə də obyektivliyini qoruya bilir. Paris separatçılara dəstək verməklə yanaşı, sülh prosesini əngəlləmək üçün bəyanatlar verir və bunun qarşısını almaq üçün müxtəlif bəhanələr axtarır.

Həmçinin hesab edirəm ki, sülh müqaviləsi imzalansa, Ermənistan daxilindəki revanşistlərin Nikol Paşinyana hücumları da səngiyəcək. Bu, həm də Paşinyana hakimiyyətini gücləndirmək üçün zəmin yaradacaq. Nikol Paşinyan sülh müqaviləsinin gücünü yaxşı başa düşür. Artıq bu istiqamətdə hər iki tərəfdən müsbət addımlar atılır. Hətta Bakı və İrəvan o qədər optimistdir ki, noyabradək sülh müqaviləsinin imzalanacağı barədə bəyanatlar verir.

- Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Serj Sərkisyan bildirir ki, hakimiyyət dəyişikliyi üçün hər şeyə hazırdırlar. Revanşistlərin hakimiyyəti dəyişdirə biləcək qədər gücləri varmı?

- Zənn etmirəm. Revanşistlər Ermənistan cəmiyyətini öz tərəflərinə çəkə bilmirlər. Öz tərəflərinə çəkdikləri separatçılar da qətiyyətli mövqe tutmurlar. Üstəgəl, vaxtilə hakimiyyətdə olmuş bu şəxslərin Ermənistana vurduqları zərər göz qabağındadır. Paşinyanın isə cəmiyyətə cəlbedici görünən sosial-iqtisadi layihələri var. İndi bura imzalanacaq sülh müqaviləsinin gətirəcəyi qazancları da əlavə etsək, revanşistlərin heç bir şansı qalmır. Videogörüntülərdən də məlum olur ki, Ermənistanın ən müxtəlif şəhər və kəndlərinə gedən revanşistləri yerli əhali isti qarşılamır, əksinə, qəzəblə qarşılanırlar. Hətta qadınlar onları əllərində qazanlarla qovurlar. Açıq şəkildə Paşinyanı müdafiə etdiklərini söyləyirlər.

Hazırda Nikol Paşinyanın ölkə daxilində elektoral bazası 60 faizdən çoxdur. Bəlkə də son etirazlar fonunda daha yüksəkdir. Çünki Paşinyan ölkəni çapıb-talayan cinayətkarları zərərsizləşdirib, müəyyən qədər əhaliyə nəfəs almağa imkan yaradıb.

Qənaətimə görə, Paşinyanı küçə etirazları ilə devirmək, sui-qəsd yolu ilə aradan götürmək mümkün deyil. Çünki Paşinyanı Avropada Birliyindən “müşahidə missiyası” adı altında göndərilmiş keçmiş hərbçi və kəşfiyyatçılardan ibarət böyük bir missiya qoruyur. ABŞ-nin da bu yöndə gördüyü tədbirlər var. Belə bir durumda sui-qəsd təşkil etmək çox çətindir. Nikol bundan sonra ölkədə prezident idarəetmə sistemini tətbiq etmək fikrindədir. Bundan sonra bütün ipləri bir əldə saxlayacaq.

- Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da keçiriləcək “izdihamlı mitinq”də və bundan sonra hakimiyyətə qarşı sərt addımlar atacaqlarının anonsunu verib. Ermənistan hökumətinin mətbu orqanları da, revanşistlərin təxribat törədə biləcəkləri barədə xəbərdarlıq edib. Söhbət nə kimi təxribatlardan gedir, Paşinyan belə bir gəlişməyə hazırdırmı?

- Məncə, hazırlıqlıdır. Hansısa təxribata əl ata bilərlər, amma bu, heç nəyi dəyişdirməyəcək. Xüsusən də bu cəhdlər cəmiyyətdə heç bir nüfuzları qalmayan qüvvələrdən gələcəksə... Digər yandan, hakimiyyəti təxribatla, sui-qəsdlə, hansısa avatürist addımlarla ələ keçirmək dövrü çoxdan arxada qalıb. Bu başıboş keşiş heç nə edə bilməyəcək, axırda təxribatçı fəaliyyətlərinə görə tutub həbsə atacaqlar, bundan sonra özü də rahatlaşacaq. Paşinyan artıq prosesləri səngidə bilib, bir az sonra tam yatırılacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arabir güclənən şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:15
Rusiya izi araşdırılır: - Fransadakı təxribatın arxasında aşpaz Kiril dayanır?
Bu gün, 12:14
İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın - ÇAĞIRIŞ
Bu gün, 12:12
Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Bu gün, 12:10
"Bütün toylarda bu səslənəcək" - VİDEO
Bu gün, 11:40
Ermənistan-Azərbaycan genişmiqyaslı müharibəsi gözlənilmir - “Fitch Ratings”
Bu gün, 11:30
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
Bu gün, 11:27
Ağadadaş Ağayevin son durumu açıqlandı: - “Əgər səhhəti əl versə...”
Bu gün, 11:20
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
Bu gün, 11:16
Tramp prezident seçilərsə… - ARAŞDIRMA
Bu gün, 11:08
Nexus ASEAN-nı gücləndirəcək - GƏLİŞMƏ
Bu gün, 11:03
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
Bu gün, 11:00
"Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..." - GİLEY
Bu gün, 10:58
Seçiciləriniz sizi tanımır, yoldaş Qafarov!!! - Bu dəfə də mandat versələr... BU LAP AĞ OLACAQ...
Bu gün, 10:54
Ehtiram Hüseynov buzlu su ilə sağalır
Bu gün, 10:50
Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir
Bu gün, 10:43
Rəşad Nəbiyevin uğursuz taksi islahatı... - yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…
Bu gün, 10:39
"Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" - Şeyx Əbdül
Bu gün, 10:30
Təxribat üçün niyə yenə Tovuz seçildi? - Ermənistanın şok planı üzə çıxdı
Bu gün, 10:27
Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?
Bu gün, 10:26
Arazdəyən kəndi ilə bağlı xəbər Ermənistanı ÇALXALADI
Bu gün, 10:19
“25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” – Tofiq Yaqublunun işi
Bu gün, 10:17
Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... - Alimdən şok iddia
Bu gün, 10:14
"Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" - Ərdoğana yaxın qəzetin rəhbərindən ŞOK yazı
Bu gün, 10:11
Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...
Bu gün, 10:08
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK
Bu gün, 10:00
“Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... - SAVAŞ QAPIDADIR!
Bu gün, 09:48
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bu gün, 09:44
“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir
Bu gün, 09:41
"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... - Adil Əliyevin MENYUSUNA...
Bu gün, 09:38
Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... - İNCƏLƏMƏ
Bu gün, 09:36
Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL
Bu gün, 09:30
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 09:28
Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib
Bu gün, 09:27
3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."
Bu gün, 09:22
Avropa Azərbaycanla milyardlıq layihələrin izində - ARAŞDIRMA
Bu gün, 09:15
SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır - NƏ ETMƏLİ?
Bu gün, 09:14
Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... - Hansı günə orda oturub?
Bu gün, 09:12
“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” - Ziya Məmmədovun qardaşından İLGİNC AÇIQLAMALAR
Bu gün, 09:06
Çox pul qazansınlar deyə... QİYMƏTİ QALDIRIRLAR! - BU FAKTDIR!
Bu gün, 09:05
Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."
Bu gün, 09:03
ƏDV ödənişi ilə bağlı açılan saxta saytlar vətəndaşın cibini "deşir" - "Pulsuz pendir siçan tələsində olur"...
Bu gün, 09:00
Bu məmurlar İSTEFA VERƏCƏK - Onların sırasında baş nazirin müavini də var...
Bu gün, 08:59
İrəvanı “dizə gətirmək” üçün... - ”Azərbaycan şərtləri sərtləşdirməlidir”
Bu gün, 08:58
Paşinyan Bakıya “səfəri”ndən şou düzəldir - Vasadze
Bu gün, 08:56
Polad Bülbüloğlunu KİM ƏVƏZ EDƏCƏK? - Təyinat seçkidən sonrayadır...
Bu gün, 08:55
Ermənilərin Hindistandan aldığı silahlar təkcə bizəmi qarşıdır? - AKTUAL
Bu gün, 08:52
İşçilər bildirirlər ki... - Ekspert danışır...
Bu gün, 08:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru