![Müdafiə Nazirliyində yeni təyinat olub Müdafiə Nazirliyində yeni təyinat olub](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716550585_04.jpg)
Müdafiə Nazirliyində yeni təyinat olub.
Dia-az.info unikal-a istinadla bildirir ki, Müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb.
Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov hazırda həbsdədir.