![Bu şirkət texniki xidmətlər müqabilində 1,4 milyon Bu şirkət texniki xidmətlər müqabilində 1,4 milyon](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716794246_888.png)
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi “Proqram təminatına texniki xidmət və dəstək” tenderinin nəticələrini elan edib.
Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Cerberus” MMC olub.
Qalib şirkətlə 1 420 230 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Cerberus” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 25 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Dzhevdet Salakhly. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 52, M7, m. 3 ünvanında yerləşir.