![Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə yeni təyinatlar olub Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə yeni təyinatlar olub](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716808248_0001.jpg)
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib.
Dia-az.İnfo bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Akif Mustafa oğlu Bağırov 2024-cü ilin may ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib, hazırda həmin vəzifədə çalışır.
Bundan əlavə, Vüsal Cahangir oğlu Xəlilov Mərkəzi Bankın baş direktoru təyin edilib.