III Qarabağ savaşı başlayır? .....                     Qafqaz üçün məkrli plan... .....                     Onların dəqiqəsi qızıl imiş... .....                     İranda "dil problemi" aradan qalxır? .....                     "Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?” .....                     Saxta məhsul satmaları bir yana... .....                     Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb .....                     Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib .....                     Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Rusiya izi araşdırılır: .....                     İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın .....                     Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb .....                     "Bütün toylarda bu səslənəcək" .....                     Ermənistan-Azərbaycan genişmiqyaslı müharibəsi gözlənilmir .....                     Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib .....                     Ağadadaş Ağayevin son durumu açıqlandı: .....                     Türkiyədə fahişəliyə məcbur edilən .....                     Tramp prezident seçilərsə… .....                     Nexus ASEAN-nı gücləndirəcək .....                     “İbrahim anlaşması”nın TƏHLÜKƏSİ .....                     "Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..." .....                     Seçiciləriniz sizi tanımır, yoldaş Qafarov!!! .....                     Ehtiram Hüseynov buzlu su ilə sağalır .....                     Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir .....                     Rəşad Nəbiyevin uğursuz taksi islahatı... .....                     "Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" .....                     Təxribat üçün niyə yenə Tovuz seçildi? .....                     Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək? .....                     Arazdəyən kəndi ilə bağlı xəbər .....                     “25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” .....                     Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? .....                     İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... .....                     "Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" .....                     Zəfər Qurbanovu DURDURAN OLACAQMI? .....                     “Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı .....                     “Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” .....                     Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... .....                     Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb .....                     “YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” .....                 

Əsl erməni məsələsi: Vazgen Nikola qarşı - GƏLİŞMƏ
Tarix: 27-05-2024, 15:36 | Çap et
Əsl erməni məsələsi: Vazgen Nikola qarşı
Elçin Alıoğlu - TREND


Dünən Ermənistanda müxtəlif yaşayış məntəqələrindən 190 nəfər təxliyə edilib, xilasedicilər tərəfindən 73 nəfər xilas edilib. Xilasedicilər 3 nəfər naməlum vətəndaşın cəsədini Sənahin körpüsünün yaxınlığından çıxarıblar. 2 nəfər isə itkin düşüb.

Lakin təbii fəlakət keşiş Baqrat Qalstanyana İrəvanda aksiyalara yenidən başlamağa əsla mane olmayıb.

"Vətən uğrunda Tavuş" adlı hərəkatın "lider"i, Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat, yəni Vazgen Qalstanyan əslində ölkə əslən Qarabağda olan ermənilərdən ibarət "qarabağlılar klanı", xarici ölkələrdəki erməni diaspor təşkilatları, habelə Rusiya və İranın maliyyələşdirərək idarə etdikləri qruplardan ibarət "koalisiya"nın rəhbəri kimi qələmə verilir.

Aprelin 19-da, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə başlandığı gün aksiyalara başlayan keşiş Baqrat konkret məqsədlərini səsləndirmişdi.

O, Ermənistan parlamentində baş nazir Nikol Paşinyana impiçment elan edilməsini, baş nazirin dərhal istefa verərək hakimiyyətdən kənarlaşdırılmasını, növbədənkənar parlament seçkilərinin keçirilərək yeni hökumətin formalaşmasını və yeni baş nazirin seçilməsini tələb edirdi.

Vazgen Qalstanyan son ayyarım ərzində guya ölkə müxalifətinin bütün düşərgələrinin və qüvvələrinin rəhbərləri ilə görüşlərlə müzakirələr keçirdiyini, yeni baş nazir postuna namizədin müəyyənləşdirilməsi üçün diskussiyaların aparıldığını bəyan edirdi.

Vaxt ötdükcə bəlli oldu ki, keşiş Baqratın önə çıxaran qüvvələrin əsas məqsədi sabiq prezident Robert Köçəryanın hakimiyyətə qayıdışının təminatıdır.

Məhz bu məqsədlə Robert Köçəryanın tərəfdarları ilə daşnaklardan ibarət “Ermənistan” franksiyası və sabiq prezident Serj Sarqsyanın “Şərəfim var” fraksiyası Qalstanyana “tam dəstək” verdilər.

İlkin müəyyənləşdirilmiş ssenariyə görə, müxalifətin dağınıq və zəif olduğu Ermənistanda kütlənin kilsəyə olan etibarından sui-istifadə etməklə arxiyepiskop Baqrat kütləni ələ almalı, sonra isə ermənilərə baş nazir postuna "ən layiqli namizəd"inq məhz Robert Köçəryan olmasını təlqin etməliydi.

Anti-Paşinyan koalisiyasının təşkilatçıları və rəhbərləri kiçik, amma real məqamı nəzərə almadılar: Ermənistanda Nikol Paşinyana arşı qıcıq və antipatiya varsa, Robert Köçəryana ermənilərin əksəriyyəti sadəcə, nifrət edir.

Məhzu bu səbəbdən "Vətən uğrunda Tavuş" hərəkatının ssenari müəllifləri dünən taktikanı dəyişdilər.

Vazgen Qalstanyan dünən İrəvanın mərkəzindəki Respublika Meydanındakı mitinqdə bəyan etdi ki, baş nazir olmaq niyyətindədir.

Bununla da müvəqqəti fiqur, daha doğrusu, marionet olduğunu təsdiqlədi. Zatən Qalstanyanı önə atanlar, Ermənistanda Paşinyana qarşı sərt müxalifətdə duran bütün qüvvələri birləşdirmək, yaranacaq kvazikoalisiyaya kilsəni, daşnakları və diasporu da cəlb etmək, sonucda mütəhərrik və bitkin alyans formalaşdırmaq istəyənlər məramlarını açıqladılar.

Plana görə, Vazgen Qalstanyan baş nazir postuna yiyələnməli, sonra növbədənkənar parlament seçkiləri keçirilərək Robert Köçəryanı dəstəkləyən "koalisiya" qalib gəlməli və baş nazir səlahiyyətlərinə Köçəryan yiyələnməlidir.

Amma bu ssenari baş tutmayacaq və səbəblər sadədir:

1. Yolların bağlanması. Arxiyepiskop Baqratın başçılıq etdiyi hərəkat paytaxt İrəvanda yolları bağlamaqla məqsədlərinə çatmağa çalışır. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrinndə avtombilləri saxlayıb getməklə, zibil qutuları ilə "sədd"lər yaratmaqla, hətta elektrik skuterlərini yola düzməklə hərəkəti dayandırmağa çalışırlar. Halbuki belə aksiyalar zamanı yolu zibil qutuları və ya atılıb gedilmiş avtomobillər yox, hakimiyyətdən narazı insanlar kəsirlər.

2. Baş nazir postu arzusu. Arxiyepiskop Baqratın dediyinə görə, siyasi fəaliyyətlə "azad və qanuni şəkildə məşğul olmaq üçün" din xadimi statusunu dondurub, Kanada vətəndaşlığından da imtina edib. Halbuki Eçmiədzinin bu gün yaydığı rəsmi bəyanatda deyilir: "Baqrat Qalstanyanın kilsə-inzibati xidmətinə son qoyulub, amma onun arxierey rütbəsi saxlanılıb". Yəni Baqrat hələ də keşişdir və Ermənistanın mövcud qanunvericiliyinə görə, dünyəvi hakimiyyətə başçılıq edə bilməz.

Üstəlik, o, hələ də Kanada vətəndaşıdır. Kanada vətəndaşlığından imtinası rəsmiləşsə belə, Ermənistan Konstitusiyasına görə, baş nazir postuna namizəd ola bilməz. Bunun üçün o, ölkədə keçirilən parlament seçkilərində deputat mandatına yiyələnməli, daha sonra parlament üzvlərinin riyazi çoxluğu tərəfindən baş nazir postuna namizəd irəli sürülməlidir.

Arxiyepiskop Baqrat və ya Vazgen Qalstanyan son 5 il ərzində Ermənistanda yaşamadığından, Konstitusiyanın tələblərinə uyğun olaraq, deputat seçilmək üçün 4 il gözləməlidir.

... Əgər kimsə klerikal şüuru ilə düşünürsə ki, qanunları pozaraq və kilsə ilə "qarabağlılar klanı"nın təşkilati, erməni diasporununsa maliyyə dəstyi ilə Ermənistanda hakimiyyəti qəsb edə bilər - dərin yanlışolığa yol verir.

Nikol Paşinyan hazırda malik olduğu səlahiyyətlərdən asanlıqla əl çəkən və hakimiyyəti də bəsit formatda təhvil verən deyil. Tam əksinə, Ermənistanda iqtidarda olan qüvvə bütün imkanlarını səfərbər edərək, potensialından və inzibati rıçaqlarından maksimum yararlanaraq özünümüdafiə ilə məşğuldur.

Arxiyepiskop Baqrat, yəni Vazgen Qalstanyan bu gün bəyan edib ki, Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması uğrunlda aksiyalar üçüncü, son mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, son mərhələ Ermənistan sakinlərinin kütləvi vətəndaş itaətsizliyindən ibarət olmalıdır.

Bu çağırış da irreal və emosionaldır, çünki sel və daşqınların yaşandığı Ermənistanda əyalətlərdə əsas problem təbii fəlakətin fəsadlarının aradan qaldırılmasıdır.

Delimitasiya və demarkasiya prosesinin, yekun sülh danışıqlarının dayandırılması ilə bağlı tələblər isə ümumiyyətlə, absurddur. Belə olarsa, Ermənistanın perspektivləri ermənilər üçün olduqca təhlükəli hal ala bilər.

Subregional geosiyasi oyunçulara gəldikdə isə, Ermənistanda hazırda yaşanan proseslər Qərbi dərindən narahat edirsə, İranı da qayğılandırmağa başlayıb.

Radikal, aqressiv və revanşist qüvvələrin Ermənistanda aktivləşməsi Cənubi Qafqaz bölgəsində maraqları olan dövlətlərin heç birinin mənafeyinə cavab vermir.

Keşiş Baqrat, yəni Vazgen Qalstanyanla onun sahibləri bu məqamları bilməmiş deyillər.

Bilib belə davranırlarsa, onların hansısa siyasi fəhmindən, strateji düşüncəsindən danışmaq yersizdir.

Tamamən mənasız və yersiz.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
III Qarabağ savaşı başlayır? - "Bu cür silahlanmaya dözə bilmərik"
Bu gün, 12:58
Qafqaz üçün məkrli plan... - “Qərb Rusiyanın yerini tutmaq istəyir”
Bu gün, 12:54
Onların dəqiqəsi qızıl imiş... - SORĞU
Bu gün, 12:52
İranda "dil problemi" aradan qalxır? - AKTUAL
Bu gün, 12:41
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?” - Leyla Şıxlinskaya
Bu gün, 12:35
Saxta məhsul satmaları bir yana... - İSTEHLAKÇI HÜQUQU HARDA QALDI?
Bu gün, 12:33
Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:29
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib - FOTO
Bu gün, 12:21
Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı
Bu gün, 12:17
Arabir güclənən şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:15
Rusiya izi araşdırılır: - Fransadakı təxribatın arxasında aşpaz Kiril dayanır?
Bu gün, 12:14
İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın - ÇAĞIRIŞ
Bu gün, 12:12
Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Bu gün, 12:10
"Bütün toylarda bu səslənəcək" - VİDEO
Bu gün, 11:40
Ermənistan-Azərbaycan genişmiqyaslı müharibəsi gözlənilmir - “Fitch Ratings”
Bu gün, 11:30
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
Bu gün, 11:27
Ağadadaş Ağayevin son durumu açıqlandı: - “Əgər səhhəti əl versə...”
Bu gün, 11:20
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
Bu gün, 11:16
Tramp prezident seçilərsə… - ARAŞDIRMA
Bu gün, 11:08
Nexus ASEAN-nı gücləndirəcək - GƏLİŞMƏ
Bu gün, 11:03
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
Bu gün, 11:00
"Belə çıxır ki, biz heyvanıq, əlacsızlıqdan yaşayırıq..." - GİLEY
Bu gün, 10:58
Seçiciləriniz sizi tanımır, yoldaş Qafarov!!! - Bu dəfə də mandat versələr... BU LAP AĞ OLACAQ...
Bu gün, 10:54
Ehtiram Hüseynov buzlu su ilə sağalır
Bu gün, 10:50
Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir
Bu gün, 10:43
Rəşad Nəbiyevin uğursuz taksi islahatı... - yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…
Bu gün, 10:39
"Binamızda bir deputat yaşayır, öz pulumuza liftimizi növbədənkənar dəyişdiriblər" - Şeyx Əbdül
Bu gün, 10:30
Təxribat üçün niyə yenə Tovuz seçildi? - Ermənistanın şok planı üzə çıxdı
Bu gün, 10:27
Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?
Bu gün, 10:26
Arazdəyən kəndi ilə bağlı xəbər Ermənistanı ÇALXALADI
Bu gün, 10:19
“25 min avro Qənimətə çatacaq, 10 min manat isə...” – Tofiq Yaqublunun işi
Bu gün, 10:17
Vaşinqton təmsilçiləri “davamlı və ləyaqətli sülh” ifadəsi ilə nəyi demək istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
İrəvanda Nizaminin gizlədilən türkcə əsərləri var... - Alimdən şok iddia
Bu gün, 10:14
"Payızda yeni müharibə başlayır, Ermənistan Zəngəzuru itirir" - Ərdoğana yaxın qəzetin rəhbərindən ŞOK yazı
Bu gün, 10:11
Zəfər Qurbanovu DURDURAN OLACAQMI? - ADAU adlı BAZAR...
Bu gün, 10:08
“Azərsun” şirkətinə məxsus “Saville” makaronlarının içindən diri siçan balaları çıxdı - İYRƏNCLİK
Bu gün, 10:00
“Əhali məhsulun bahalaşmasını payızda hiss edəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Müdafiə Nazirliyi ÜSTÜÖRTÜLÜ DANIŞMADI... NET DEDİ... - SAVAŞ QAPIDADIR!
Bu gün, 09:48
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Bu gün, 09:44
“YERİMƏ NARKOTİK İSTİFADƏÇİSİNİ GÖTÜRÜBLƏR” – Bərdə sakini işdən şərlənərək çıxarıldığını deyir
Bu gün, 09:41
"Kupça satan" kimi tanınır, həbsdə olduğu deyilir... - Adil Əliyevin MENYUSUNA...
Bu gün, 09:38
Ölkədaxili, regional və qlobal şərtlər dəyişir, amma... - İNCƏLƏMƏ
Bu gün, 09:36
Füzulidə uçuşların başlaması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni dövrü əks etdirir - AZAL
Bu gün, 09:30
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Bu gün, 09:28
Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? - Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib
Bu gün, 09:27
3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."
Bu gün, 09:22
Avropa Azərbaycanla milyardlıq layihələrin izində - ARAŞDIRMA
Bu gün, 09:15
SEPAH-ın Ermənistanda güclü maraqlarının olması bir faktdır - NƏ ETMƏLİ?
Bu gün, 09:14
Göyçayın başçısı nə dərd dinləyir, nə də ki... - Hansı günə orda oturub?
Bu gün, 09:12
“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur” - Ziya Məmmədovun qardaşından İLGİNC AÇIQLAMALAR
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru