MƏLEYKƏ ABBASZADƏ KİMƏ “ƏZƏLƏ NÜMAYİŞ ETDİRİR”? - Abituriyentlər DİM-Təhsil Nazirliyi qarşıdurmasının girovuna çevrilib
Tarix: 27-05-2024, 15:53 | Çap et
 Dünən Dövlət İmtahan Mərkəzinin(DİM) keçirdiyi Ali Təhsil məktəblərinə qəbul imtahanında abituriyentlərə verilən suallar kütləvi narazılığa səbəb olub. Abituriyentlər və müəllimlər sualların həddindən artıq çətin, bəzilərininsə hətta “anormal dərəcədə” çətin və anlaşılmaz olmasından gileylənirlər.
Bu mənzərə ilk dəfə deyil ki, müşahidə olunur, əvvəlki illərdə də buna rast gəlinib. Lakin mütəxəssislərin də dediyi kimi, bu dəfə “əndazələr lap aşılıb”...
Məsələn, sosial şəbəkədə coğrafiya müəllimlərinin və bu elm üzrə mütəxəssislərin toplaşdığı “Coğrafiya kabineti” adlı qrupdakı narazılıq dolu paylaşımlardan birində deyilir: “Bir sualda beş sual, doğru sıra, doğru uyğunluq, doğru olan, doğru olmayan... Nə idi bu? Nə suallar idi? Coğrafiyanın başına oyun aça-aça gedirlər. Kimə deyək? Nə edək?”
Digər bir mütəxəssis isə yazır: “Bugünkü “əzələ nümayişi” kimə lazım? Bu imtahan millətin övladları üçündür, sənin “əzələ nümayişin” üçün yox. Bunun adı eqodur, ya nədir? Səriştəsizliyin niyə fənnə olan hörmətin azalmasına xidmət etməli idi?”
Bütün bu iradlar sualları hazırlayan quruma – DİM-ə, onun rəhbərliyinə, “bunker müəllimlərinə” şamil edilir. Coğrafiya fənni üzrə müşahidə edilən mənzərə 2-ci və 3-cü qrupa aid imtahandakı digər fənlərə də aiddir. Yuxarıda qeyd edilən kimi, imtahana salınan suallar sanki DİM sədri Məleykə Abbaszadənin kimlərəsə əzələ nümayişidir.
Mart və aprel aylarında keçirilən buraxılış imtahanında abituriyentlər yüksək nəticələr göstərib və təkcə maksimum göstəricini - 300 balı toplayanların sayı 53 nəfər olub. Görünür, bu nəticə DİM rəhbərliyini qane etməyib. Çünki bu halda Təhsil Nazirliyi sınaqdan uduşlu çıxmış kimi görünür.
Görünür, bu səbəbdən M.Abbaszadənin komandası “düyməni basmaq” və növbəti mərhələdə sualları anormal dərəcədə çətinləşdirmək qərarına gəlib. Ümumiyyətlə, Abbaszadənin uzun illərdən bəri Təhsil Nazirliyi ilə apardığı “intriqanın” səbəb və mahiyyəti barədə bir şey demək çətin olsa da, ötən illərdə bir neçə Təhsil nazirinin dəyişməsinə baxmayaraq, bu münasibətin dəyişməz olaraq qaldığı danılmazdır. Bundan ən çox əziyyət çəkən isə zatən tərifə layiq olmayan Təhsil Nazirliyi yox, abituriyentlərimiz, övladlarımızdır.
Təəssüf ki, onlara gerçək təhsili Təhsil Nazirliyinin tabeliyindəki məktəblərdən daha çox repetitorlar, özəl kurslar verir və bunu DİM-in başında duranlar da gözəl bilirlər. Buna baxmayaraq, öz heyflərini aylarla, illərlə çəkdikləri zəhmət qarşılığında bu cür anormal imtahanla qarşı-qarşıya qalan və nəticədə xəyal qırıqlığı, stres yaşayan abituriyentlərdən çıxırlar.
DİM-ə bu səlahiyyəti kim verib və bu qurum öz ağlına, kefinə uyğun imtahan sualları salmaqda hansı həddə qədər sərbəstdir? Bu qurumun qeyri-adekvat addımları nə vaxta qədər davam edəcək? Bunun hansısa hüquqi, inzibati tənzimlənməsi varmı və varsa, necə həyata keçirilməlidir? Bütün bunlara təkcə hüquqşünaslar deyil, DİM-in işinə nəzarət edən orqanlar da aydınlıq gətirməlidirlər...
“AzPolitika.info”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49 |
|
|
|
• Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42 |
|
|
|
• Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16 |
|
|
|
• Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58 |
|
|
|
• İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53 |
|
|
|
• “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22 |
|
|
|
• Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20 |
|
|
|
• “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16 |
|
|
|
• 5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00 |
|
|
|
• BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38 |
|
|
|
• Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
• "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26 |
|
|
|
• Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07 |
|
|
|
• Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57 |
|
|
|
• Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48 |
|
|
|
• Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45 |
|
|
|
• “Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13 |
|
|
|
• Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11 |
|
|
|
• ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07 |
|
|
|
• Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06 |
|
|
|
• IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00 |
|
|
|
• “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47 |
|
|
|
• İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44 |
|
|
|
• Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41 |
|
|
|
• "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34 |
|
|
|
• Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
• BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21 |
|
|
|
• “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59 |
|
|
|
• Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57 |
|
|
|
• İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54 |
|
|
|
• DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52 |
|
|
|
• Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47 |
|
|
|
• Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44 |
|
|
|
• Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39 |
|
|
|
• Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35 |
|
|
|
• Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30 |
|
|
|
• "Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24 |
|
|
|
• Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14 |
|
|
|
• “Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06 |
|
|
|
• Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59 |
|
|
|
• Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52 |
|
|
|
• “Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51 |
|
|
|
• "Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..." - ÇAĞIRIŞ
Bu gün, 08:35 |
|
|
|
|