![General-mayor ehtiyata buraxıldı General-mayor ehtiyata buraxıldı](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716965618_0001.jpg)
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Əmrə əsasən general Nəbiyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb.