General-mayorun yerinə polkovnik-leytenant TƏYİN OLUNDU - ƏMR
Tarix: 29-05-2024, 14:21 |
Çap et
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
***
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firuddin Nəbiyev ehtiyata buraxılıb.
"Report" xəbər verir ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.