![Papikyan 5 müdafiə naziri ilə müzakirə apardı Papikyan 5 müdafiə naziri ilə müzakirə apardı](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716981036_0001.jpg)
Mayın 28-də AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrellin dəvəti ilə Brüsselə gedən Ermənistan müdafiə naziri Suren Papikyan AB və tərəfdaş ölkələrin müdafiə nazirlərinin işçi naharında iştirak edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN-in mətbuat xidməti məlumat yayıb.
Tədbir zamanı Suren Papikyan İsveç, Bolqarıstan, Yunanıstan, Cənubi Kipr və Gürcüstanın nazirləri ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.