![Paşinyan daşqın günü arvadının əyləncəsindən danışdı Paşinyan daşqın günü arvadının əyləncəsindən danışdı](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716981252_0001.jpg)
Ermənistanın baş naziri Nikol Paşinyan Lori və Tavuşda daşqın günü həyat yoldaşı Anna Akopyanın əyləncə gecəsinə qatılmasına aydınlıq gətirib. O bildirib ki, bu şənlik ölən əsgərlərin analarına mənəvi dəstək olmaq üçün təşkil olunub.
“Heç kim ziyafət təşkil etməyib, bildiyimə görə, bu tədbir şəhid olan əsgər anaları üçün 5-6 ay əvvəldən nəzərdə tutulub. Məqsəd onlara dəstək olmaq, itkilərinin öhdəsindən gəlməyə kömək etmək idi”, - Paşinyan bildirib.
Qeyd edək ki, mayın 26-da yağan güclü yağışlar nəticəsində Debed və Ağstev çayları məcrasından çıxıb, daşqınlara səbəb olub. Dörd nəfər həlak olub, bir neçə yüz nəfər təxliyə edilib, yollara və infrastruktura ciddi ziyan dəyib.
AzVision.az