Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı .....                     Bakının Kremlin təklifinə müsbət reaksiyası… .....                     "Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam" .....                     “Ermənistan Konstitusiyası dəyişdirilməsə...” .....                     “Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib .....                     "Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" .....                     Bu şirkət dərman satışından 3 milyon qazanacaq .....                     Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? .....                     İrəvan sülh prosesindən daha da uzaqlaşacaq .....                     İlginc pensiya sistemi: .....                     Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək .....                     "Ermənistanın iç üzü budur" .....                     YAP-ın 1 sentyabr TAKTİKASI... .....                     "Bu qədər boşboğazlığa necə qiymət verəsən?" .....                     Ukraynanın dövlət borcu .....                     Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır .....                     DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır .....                     Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi .....                     Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib .....                     Sülh sazişi REAL DEYİL... .....                     Razi Nurullayevin namizədliyi təsdiqləndi .....                     Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı .....                     AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı .....                     Kolleclərə niyə maraq azalıb? .....                     DGK Abid Şərifovun şirkətinə protokol yazdı .....                     "İlham Əliyev dediyini edəcək" .....                     Bağçaların növbə problemi: .....                     Nazirlik 1 milyon manatlıq tenderinin .....                     "Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm" .....                     Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib .....                     Azərbaycan “qara siyahı”nı ləğv etdi .....                     Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti .....                     Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib .....                     "Bu, kasıb təbəqənin başına açılan oyundur" .....                     Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? .....                     Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? .....                     Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: .....                     Samir Əsədlinin namizədliyi qeydə alındı .....                     “A-Qroup Sığorta Şirkəti”nin yığımları .....                     Bu klinikanın vergi borcu altmış mini ötdü .....                 

Oliqarx Mikayıl İsmayılovun oğlunu 2 bir-birindən çətin məhkəmə gözləyir - İLGİNC GƏLİŞMƏ...
Tarix: 29-05-2024, 15:21 | Çap et
Oliqarx Mikayıl İsmayılovun oğlunu 2 bir-birindən çətin məhkəmə gözləyir
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini - atalıq testindən keçməkdən yayınması onun özünün əleyhinə çevrilib.

Musavat.com xəbər verir ki, Orxan İsmayılzadənin keçmiş həyat yoldaşı olduğunu bildirən Fidan Abbasova övladı ilə birgə ekspertizanın işində iştirak etsə də, qarşı tərəf ekspertizada iştirak etməyib.

Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a deyib ki, hazırda iki instansiyada iş üzrə məhkəmə çəkişməsi var: “2017-ci ildə Fidan Abbasova Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin məhkəmə qərardad qəbul etməklə iş üzrə icraata xitam verib: “O zaman Fidan Abbasova aldadılıb. Biz həmin qərardadı rəsmi şəkildə əldə edə bilməmişdik. Qərardad bizə çıxarılandan 7 il sonra, 2024-cü ildə verilib. İcraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alandan sonra qərardaddan şikayət verdik. Bildirdik ki, icraata xitam verilməsi Fidan Abbasovanın iradəsi ilə olmayıb, aldadılıb. Məhkəmədən çıxardığı qərardadın ləğvini xahiş etdik. Məhkəmə prosessual müddətin ötürülməsi əsası ilə şikayətimizi geri qaytardı. Prosessual müddətin bərpası ilə məhkəməyə müraciət etdik. Məhkəmə bu dəfə qərardadın 2017-ci ildə çıxarıldığını əsas götürüb şikayətimizi təmin etmədi. Arqumentlərimiz vardı ki, prosessual müddəti ötürməmişik. Ümumiyyətlə, qərardad tərəf olaraq bizə verilməyib. Amma məhkəmə əsas gətirdi ki, qəbzi imzalamışıq. Halbuki, həmin boş qəbzə imza atılmışdı”.

Vəkil bildirib ki, qərardadı zamanında heç bir şəkildə Fidan Abbasovaya təqdim etməyiblər: “Ona görə də bu hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyası şikayətimizi araşdırdı və aydınlaşdırdı ki, prosessual müddət üzrlü səbəbdən buraxılıb və bu əsasla da Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını ləğv etdi. İş yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərildi”.

Vəkil qarşı tərəfin Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şikayətlə bağlı da açıqlama verib. Bildirib ki, Xətai Rayon Məhkəməsi iş üzrə atalığın müəyyən edilməsi üçün ekspertiza təyin edib: “Bildiyiniz kimi ekspertizanın keçirildiyi ünvan, gün və saatı barədə qarşı tərəfə məlumat verilsə də, ekspertizada iştirak etmədilər. Həmin saatda Fidan Abbasova övladı ilə bərabər ekspertizada oldular. Lakin qarşı tərəf heç bir əsas olmadan ekspertizada iştirak etmədi. Prosessual qanunvericiliklə ekspertizadan keçmə qaydası müəyyən edilib. Tərəf ekspertizada iştirak etmirsə, bu o deməkdir ki, nəticə ilə razıdır. Prosessual Məcəllədə belə nəzərədə tutulur. Ekspertiza tərəflərdən birinin ekspertizaya gəlməməsi səbəbindən baş tutmursa, son olaraq bu məsələyə məhkəmə qərar verir”.

Fidan Abbasova Musavat.com-a bildirib ki, Orxan İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan İsmayılzadə iddiasında Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.

“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və Orxan İsmayılzadə ekspertizada iştirak etmədi. Halbuki Bakıda idi, elə həmin gün onu restoranda görmüşdüm. Vəkili isə məhkəməyə doğru olmayan məlumat vermişdi ki, guya Orxan Bakıda deyil deyə ekspertizada iştirak etməyib”, - deyə Fidan Abbasova bildirib.

Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:

“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı repressiyalar: müharibənin qaçılmaz davamı - GƏLİŞMƏ
Bu gün, 07:27
Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert
Bu gün, 07:25
"Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam"
Bu gün, 07:20
“Ermənistan Konstitusiyası dəyişdirilməsə...” - İşxan Verdyan
Bu gün, 07:18
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Bu gün, 07:14
"Hazırda Fransa, Hindistan və İran kimi ölkələr Ermənistana silah verir" - Partiya sədri
Bu gün, 00:05
Bu şirkət dərman satışından 3 milyon qazanacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 19:02
İrəvan sülh prosesindən daha da uzaqlaşacaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 19:00
İlginc pensiya sistemi: - 60 manat üçün 25 il işləməliyik
Dünən, 18:56
Sabunçuda 4,3 milyona yarımstansiyanı bu şirkət tikəcək
Dünən, 18:10
"Ermənistanın iç üzü budur" - Ekspert danışır...
Dünən, 18:08
YAP-ın 1 sentyabr TAKTİKASI... - Nələr və kimlər dəyişəcək?
Dünən, 18:07
"Bu qədər boşboğazlığa necə qiymət verəsən?" - deputat
Dünən, 17:56
Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı
Dünən, 17:55
Peskov Rusiyadakı demoqrafik vəziyyətdən narahatdır
Dünən, 17:52
DGK müştəriyə qüsurlu avtomobil satan şirkətdən 170 minlik maşın alır - HANSI MƏNTİQLƏ?..
Dünən, 17:43
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - QƏRAR
Dünən, 17:29
Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib - FOTO
Dünən, 17:27
Sülh sazişi REAL DEYİL... - Yeni savaş isə...
Dünən, 17:24
Razi Nurullayevin namizədliyi təsdiqləndi
Dünən, 17:19
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
Dünən, 17:11
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - FOTO
Dünən, 17:06
Kolleclərə niyə maraq azalıb? - ŞƏRH
Dünən, 17:01
DGK Abid Şərifovun şirkətinə protokol yazdı
Dünən, 16:59
"İlham Əliyev dediyini edəcək" - Avetisyan
Dünən, 16:54
Bağçaların növbə problemi: - Valideynlər portaldan şikayətlənir
Dünən, 16:48
Nazirlik 1 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 16:41
"Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm"
Dünən, 16:35
Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib
Dünən, 16:32
Azərbaycan “qara siyahı”nı ləğv etdi - Prezidentin imzaladığı o sənəd...
Dünən, 16:31
Akademik İsa Həbibbəylinin robotla "siyasi" söhbəti - "Salam, sağ ol"...
Dünən, 16:29
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib
Dünən, 16:26
"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...
Dünən, 16:20
Xankəndi və Şuşadan olan məşhurlar deputatlığa namizəd olacaqlar? - AÇIQLAMA
Dünən, 16:16
Zaur Darabzadəyə niyə “QIRMIZI KART” göstərildi? - İLGİNC İDDİALAR...
Dünən, 16:12
Dəhşətli qəzadan qurtulmuş müğənni danışdı: - "O, indi xəstəxanada reanimasiyadadır..."
Dünən, 16:08
Samir Əsədlinin namizədliyi qeydə alındı
Dünən, 16:03
“A-Qroup Sığorta Şirkəti”nin yığımları 1 milyon manatdan çox azalıb
Dünən, 16:01
Bu klinikanın vergi borcu altmış mini ötdü - TƏFƏRRÜAT
Dünən, 16:00
Bu ölkələr Ermənistanı silahlandırır: - “Gərginliyin artmasında ABŞ və Rusiyanın əli var”
Dünən, 15:58
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: - "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
Dünən, 15:50
Geosiyasi çağırış: "Onu burax, bana gəl..." - "İki sevda" çəkən dövlətlərin "cəza"sını aydın görürük...
Dünən, 15:47
Kişiləri aqressiv edən nədir? - Psixoloq sirləri açdı
Dünən, 15:41
"Gənc qızların yaşca böyük kişilərə qaçması..." -Psixoloqdan ŞOK İZAH
Dünən, 15:37
Ağadadaş Ağayev mühafizəçi ilə barışığa gedir? - Vəkilindən AÇIQLAMA
Dünən, 15:27
Prorektorun deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
Dünən, 15:25
Məmmədovlar arasındakı qohumluq düşmənçiliyə keçib? - İLGİNC
Dünən, 15:22
Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: - namizəd ərazidən qovula bilər
Dünən, 15:16
“82 yaşlı anamın bu dərmandan istifadə limitinin başa çatdığı bildirilib” - NARAZILIQ VAR...
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru