![Bloger Fatimə Mövlamlı və Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb Bloger Fatimə Mövlamlı və Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716985040_0001.jpg)
Bloger Fatima Movlamli və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.
“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.